Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4079/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 518.98 manat məbləğində kredit borcu, 0.12 manat məbləğində faiz borcu və 229.7 manat məbləğində cərimə olmaqla, cəmi 748 (yeddi yüz qırx səkkiz) manat 8 (səkkiz) qəpik məbləğində borcun, xx.xx.2019-cu il tarixli 002A********** savlı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" QSC-nin xeyrinə 1304.81 manat məbləğində kredit borcu, 12.97 manat məbləğində faiz borcu və 803.7 manat məbləğində cərimə olmaqla, cəmi 2121 (iki min yüz iyirmi bir) manat 48 (qırx səkkiz) qəpik məbləğində borcun və ödənilmiş 48.7 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərli ilə 964.37 (doqquz yüz altmış dörd) manat məbləğində kredit götürmüşdür. O,kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O. götürdüyü kredit borcundan 445.39 manat ödəniş etmiş və onun iddiaçıya 518.98 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qavtanlmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o. kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə hesablanmış faiz borcu 0.12 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytrılmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 229.7 manat təşkil edir. Bundan başqa Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin aynimaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1589.55 (min beş yüz səksən doqquz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 284.74 manat ödəniş etmiş və onun iddiaçıya 1304.81 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 434 gün üçün hesablanmış faiz borcu 12.97 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər geeikdirilon gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) ii ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 434 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 803.7 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 964.37 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 1589.55 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə 479.85 manat məbləğində kredit borcu, 0.09 manat məbləğində faiz borcu və 0 manat məbləğində cərimə borcu, xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli Kredit müqaviləsi üzrə 1282.95 manat məbləğində kredit borcu, 13.17 manat məbləğində faiz borcu və 775.69 manat məbləğində cərimə borcu mövcuddur. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh borc məbləğini qısa zamanda ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində tam əsaslıdır. AR Mülki Məcəlləsinin 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırkı işdə iddiaçı tərəfindən cavabdehə belə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə tələb olunan borca münasibətdə qismən əsaslıdır. Belə ki, iddiaçı tələbində xx.xx.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-nin xeyrinə 518.98 manat məbləğində kredit borcu, 0.12 manat məbləğində faiz borcu və 229.7 manat məbləğində cərimə olmaqla, cəmi 748.8 manat məbləğində borcun tutulmasını xahiş etsə də, lakin iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli kredit müqaviləsi üzrə 479.85 manat məbləğində kredit borcu, 0.09 manat məbləğində faiz borcu və 0 manat məbləğində cərimə borcu mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi hazırki kredit müqaviləsi üzrə məhz maliyyə arayışında qeyd olunan məbləğlərə uyğun təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli Kredit müqaviləsi üzrə tələb olunan borca münasibətdə də qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində xx.xx.2019-cu il tarixli 002A********** savlı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" QSC-nin xeyrinə 1304.81 manat məbləğində əsas borc, 12.97 manat məbləğində faiz borcu və 803.7 manat məbləğində cərimə olmaqla, cəmi 2121.48 manat məbləğində borcun tutulmasını xahiş etsə də, lakin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 002A********** nömrəli Kredit müqaviləsi üzrə 1282.95 manat məbləğində kredit borcu, 13.17 manat məbləğində faiz borcu və 775.69 manat məbləğində cərimə borcu mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 002A********** savlı kredit müqaviləsi üzrə əsas borc məhz maliyyə arayışında qeyd olunan məbləğdə - 1282.95 manat məbləğində tutulmalıdır. Məhkəmə xx.xx.2019-cu il tarixli 002A********** savlı kredit müqaviləsi üzrə faiz borcuna münasibətdə qeyd edir ki, maliyyə arayışında həmin məbləğ 13.17 manat olaraq qeyd olunsa da, lakin iddiaçı tərəfindən iddia ərizəsində tələb olunan məbləğ 12.97 manat təşkil etdiyindən iddia iddiaçının tələb etdiyi məbləğdə təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi xx.xx.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə cərimə borcuna münasibətdə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 775.69 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Məhkəmə tərəfindən müəyyən edilir ki, ödənilmiş 48.7 manat məbləğində dövlət rüsumunun 38.24 manat hissəsi cavabdehdən tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" QSC ilə cavabdeh Ağayev Arı̇ f İbrahı̇ m oğlu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 002A********** saylı və xx.xx.2019-cu il tarixdə bağlanmış 002A********** saylı kredit müqavilələri ləğv edilməli, cavabdeh Ağayev Arı̇ f İbrahı̇ m oğlundan iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixdə bağlanmış 002A********** saylı kredit müqaviləsi üzrə 479.85 manat əsas borc, 0.09 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla cəmi 479.94 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış 002A********** saylı kredit müqaviləsi üzrə 1282.95 manat əsas borc, 12.97 manat faiz borcu və 50 manat cəimə borcu olmaqla cəmi 1345 manat, ümumilikdə 1824.94 manat pul tutulmalı, iş üzrə ödənilmiş 48.7 manat dövlət rüsumunun 38.24 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" QSC ilə cavabdeh Ağayev Arı̇ f İbrahı̇ m oğlu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 002A********** saylı və xx.xx.2019-cu il tarixdə bağlanmış 002A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdeh Ağayev Arı̇ f İbrahı̇ m oğlundan iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixdə bağlanmış 002A********** saylı kredit müqaviləsi üzrə 479.85 manat əsas borc, 0.09 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla cəmi 479.94 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış 002A********** saylı kredit müqaviləsi üzrə 1282.95 manat əsas borc, 12.97 manat faiz borcu və 50 manat cəimə borcu olmaqla cəmi 1345 manat, ümumilikdə 1824.94 manat pul tutulsun. İş üzrə ödənilmiş 48.7 manat dövlət rüsumunun 38.24 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-4079/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4079/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver