Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4080/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı MMC Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə “Azərmaş" MMC tərəfindən ödənilmiş 422 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-4080/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli e-2(010)-1213/2023 saylı qətnaməsi ilə (hakim R.Qafarova) İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 2218.41 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portalından alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir:1. BNA ******* saylı protokola görə 18 manat;2. BNA ******* saylı protokola görə 36 manat;3.BNA ******* saylı protokola görə 18 manat;4.BNA ******* saylı protokola görə 18 manat; 5.BNA ******* saylı protokola görə 32 manat; 6.BNA ******* saylı protokola görə 36 manat;7.BNA ******* saylı protokola görə 18 manat; 8.BNA ******* saylı protokola görə 18 manat; 9.BNA ******* saylı protokola görə 18 manat;10. BNA ******* saylı protokola görə 64 manat;11. BNA ******* saylı protokola görə 32 manat; 12.BNA ******* saylı protokola görə 18 manat: 13.BNA ******* saylı protokola görə 64 manat; 14. BNA ******* saylı protokola görə 32 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 422 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Tərəflərin izahatları. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. xx.xx.2022-ci il tarixli MAS-5211 saylı X1 görünür ki, lizinq verən İddiaçı MMC və lizinq alan Cavabdeh olmaqla, həmin lizinq müqaviləsinə görə, lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılıcaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli, MAS-5211 saylı X2 1 saylı əlavəsindən görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, Rəngi: Ağ, Ban: NVAW01HHFKE168343 avtomobilin qiyməti 7247 manat təşkil edir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X3 və Cavabdeh, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışdırlar. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, Ban nömrəsi NVAW01HHFKE168343 olan , Buraxılış ili 2019-cu il olan sedan tipli avtomobil İddiaçı MMCnin mülkiyyətindədir. İş materiallarında olan hökumət ödəniş portalından alınmış çıxarışlar üzrə son ödəniş məlumatlarından görünür ki, 1. BNA ******* saylı protokola görə 18 manat; 2.BNA ******* saylı protokola görə 36 manat; 3.BNA ******* saylı protokola görə 18 manat;4.BNA ******* saylı protokola görə 18 manat; 5.BNA ******* saylı protokola görə 32 manat; 6.BNA ******* saylı protokola görə 36 manat;7.BNA ******* saylı protokola görə 18 manat; 8.BNA ******* saylı protokola görə 18 manat; 9.BNA ******* saylı protokola görə 18 manat; 10. BNA ******* saylı protokola görə 64 manat;11. BNA ******* saylı protokola görə 32 manat; 12.BNA ******* saylı protokola görə 18 manat: 13.BNA ******* saylı protokola görə 64 manat; 14. BNA ******* saylı protokola görə 32 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkətin nümayəndəsi tərəfindən həmin cərimələrə görə ümumilikdə 422 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin 7 gün ərzində ödənilməsi tələb edilmiş, ğdənilməyəcəyi təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-1213/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS- 5211 saylı "Daxili lizinq” müqaviləsi üzrə əsas borca görə 858,76 manat, mükafat borcuna görə 82.04 manat və cərimə borcuna görə 150 manat, lizinq obyekti olan "Khazar SD” markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası xərcinə görə 1084 manat və ödənilmiş dövlət rüsumuna görə 43,61 manat olmaqla, ümumilikdə 2218,41 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Azərmaş” MMC -nin xeyrinə ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. ...217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə cvabdeh Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli MAS-5211 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq müqaviləsinə əsasən, mülkiyyət hüququ iddiaçı-lizinq verəndə saxlanılır. İş materiallarında olan hökumət ödəniş portalından alınmış çıxarışlardan göründüyü kimi, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Avtomobilin mülkiyyətçisi olan İddiaçı MMC avtomobil üzərində öz səlahiyyətlərini həyata keçirmək üçün, inzibati xəta haqqında protokollara görə ümumilikdə 422 manat məbləğində cərimələri ödəmişdir. Yuxarıda sadalanmış mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı MMC Cavabdeh ona vurulmuş ziyanın əvəzini – inzibati xəta haqqında protokollara görə ödənilmiş pulu geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və öz etirazlarını bildirməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh inzibati xəta haqqında protokollara görə “Azərmaş" MMC tərəfindən ödənilmiş 422 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə iddiaçı “Azərmaş" MMC tərəfindən ödənilmiş 422 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4080/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4080/2024
31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver