Məhkəmə qərarları › İş №e-2(010)-4101/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4101/2024

23.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4101/2024 23.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1660 manat məbləğində pulun və ödənilmiş 36.60 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 4101/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2021-ci il tarixli, MAS-4065 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2(010)-2676/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilərək cavabdehdən ümumilikdə 2564.28 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: EQ 10364491 saylı protokola görə 160 manat, EQ 10218375 saylı protokola görə 80 manat, EQ 10385684 saylı protokola görə 80 manat, EQ 10309504 saylı protokola görə 80 manat, EQ 10309521 saylı protokola görə 80 manat, EQ 10333155 saylı protokola görə 80 manat, EQ 11083207 saylı protokola görə 64 manat, EQ 10309532 saylı protokola görə 64 manat, EQ 10218383 saylı protokola görə 64 manat, EQ 10309473 saylı protokola görə 64 manat, EQ 10309475 saylı protokola görə 64 manat, İXP ******* saylı protokola görə 96 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ 10218378 saylı protokola görə 16 manat, EQ 10218381 saylı protokola görə 16 manat, EQ 10218384 saylı protokola görə 16 manat, EQ 10309460 saylı protokola görə 16 manat, EQ 10309466 saylı protokola görə 16 manat, EQ 10309467 saylı protokola görə 16 manat, EQ 10309477 saylı protokola görə 16 manat, EQ 10309480 saylı protokola görə 16 manat, EQ 10309487 saylı protokola görə 16 manat, EQ 10309491 saylı protokola görə 16 manat, EQ 10309494 saylı protokola görə 16 manat, EQ 10309505 saylı protokola görə 16 manat, EQ 10313738 saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 16 manat, EQ 10333154 saylı protokola görə 16 manat, EQ 10637145 saylı protokola görə 16 manat, EQ 10623649 saylı protokola görə 16 manat, EQ 10623651 saylı protokola görə 16 manat, EQ 10623653 saylı protokola görə 16 manat, EQ 10707691 saylı protokola görə 16 manat, EQ 10772039 saylı protokola görə 16 manat, EQ 11078143 saylı protokola görə 16 manat, EQ 11078158 saylı protokola görə 16 manat, EQ 11085518 saylı protokola görə 16 manat, EQ 11095968 saylı protokola görə 16 manat, EQ 11165029 saylı protokola görə 16 manat, EQ ******* saylı protokola görə 16 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat, BNA ******* saylı protokola görə 18 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1660 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilı İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin hüquqları da pozulmuş olur. Tərəflərin izahatları İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı MMC (Lizinq verən) və Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli daxili lizinq müqaviləsindən müəyyən olunur ki, bu müqavilənin şərtlərinə uyğun olaraq “Lizinq verən” “Lizinq alan”ın sifariş etdiyi “Khazar LX minik” markalı, NVABA1HHFMF801696 ban nömrəli, ağ rəngli avtomobili muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, “Lizinq alan” isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli daxili lizinq müqaviləsinə əlavə olan təhviltəslim aktından müəyyən olunur ki, daxili lizinq müqaviləsi ilə lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi nəzərdə tutulmuş nəqliyyat vasitəsi lizinq alan tərəfindən tam həcmdə, tələb olunan keyfiyyətlə və tərəflər arasında razılaşdırılmış qaydada və müddətdə təhvil alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2676/2023 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli “daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə ödənilməmiş 410.67 manat əsas borc, 331.25 manat mükafat məbləği, 20 manat dəbbə pulu, 1802.36 manat lizinq obyektinə dəymiş zərər olmaqla, ümumilikdə 2564.28 manat və 45.64 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərinə əsasən iddia ərizəsində sadalanan protokollara görə ümumilikdə 1660 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 1336 nömrəli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh lizinq obyetki olan avtomobilin onun müvəqqəti sahiblik və istifadəsində olduğu müddətdə törədilmiş inzibati xətalarla əlaqədar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara əsasən yaranmış borcun məbləği barədə məlumat verilmiş və həmin borcun 7 gün ərzində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 36.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 747. Lizinq müqaviləsi. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi elə müqavilənin bağlandığı gün – xx.xx.2021-ci il tarixdə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh həmin vaxtdan avtomobili lizinq alan kimi faktiki idarə etməyə başlamış, lakin lizinq obyekti olan avtomobil xx.xx.2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə İddiaçı MMC-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Göründüyü kimi avtomobil xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında Cavabdeh faktiki sahiblik və istifadəsində olmuşdur. İddiaçı MMC iddia edir ki, avtomobilin cavabdehdə olduğu dövr ərzində cavabdeh bir sıra inzibati xətalar törədərək inzibati cərimə olunmuş, cəmi 1660 manat məbləğində olan bu cərimələr İddiaçı MMC tərəfindən ödənilmiş, müvafiq ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh sahiblik və istifadəsində olduğu dövrdə bu avtomobillə bağlı əlli bir dəfə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair EQ 10364491, EQ 10218375, EQ 10385684, EQ 10309504, EQ 10309521, EQ 10333155, EQ 11083207, EQ 10309532, EQ 10218383, EQ 10309473, EQ 10309475, İXP 4743767, EQ 8910286, EQ 8910287, EQ 9434280, EQ 10218378, EQ 10218381, EQ 10218384, EQ 10309460, EQ 10309466, EQ 10309467, EQ 10309477, EQ 10309480, EQ 10309487, EQ 10309491, EQ 10309494, EQ 10309505, EQ 10313738, EQ 9106704, EQ 10333154, EQ 10637145, EQ 10623649, EQ 10623651, EQ 10623653, EQ 10707691, EQ 10772039, EQ 11078143, EQ 11078158, EQ 11085518, EQ 11095968, EQ 11165029, EQ 8910285, BNA 2310077, BNA 2157584, BNA 2144201, BNA 1818128, BNA 2310079, BNA 2310078, BNA 2310076, BNA ******* və BNA ******* nömrəli protokollar tərtib edilmişdir. Bu protokollara görə İddiaçı MMC tərəfindən 1660 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollardan bir qismi (məsələn xx.xx.2022-ci il tarixli, EQ10385684 nömrəli, xx.xx.2022-ci il tarixli, EQ10309504 nömrəli, xx.xx.2022-ci il tarixli, EQ10309521 nömrəli, xx.xx.2022-ci il tarixli, EQ10333155 nömrəli və s. protokollar) Bağır-zadə Ziya Elxan oğlu barəsində tərtib edilmişdir. Lakin, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4065 nömrəli daxili lizinq müqaviləsinin 5.2-ci bəndində qeyd olunur ki, “Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. Odur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsini imzalamaqla, lizinq obyektinin onun müvəqqəti sahiblik və istifadəsində olduğu dövr ərzində həmin müqavilədən irəli gələn bütün məsuliyyəti tam həcmdə öz üzərinə götürmüş və bu səbəbdən İddiaçı MMC hazırkı iddia tələbini məhz lizinq alan qismində ona qarşı yönəltməkdə haqlı olmuşdur. İddiaçı MMC tərəfindən iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzlərində hər bir qəbz üzrə ödənişin hansı nömrəli sənədə görə ödənildiyi qeyd edilmişdir. Həmin qəbzlərdən görünən sənəd nömrələri ilə AR X3 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş yuxarıda sadalanan protokolların nömrələri üst-üstə düşmüş, müvafiq protokollar üzrə ümumilikdə 1660 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi avtomobilin Cavabdeh sahiblik və istifadəsində olduğu dövrdə cavabdeh tərəfindən dəfələrlə inzibati xətalar törədilmiş, cavabdeh bu xətalara görə dəfələrlə inzibati cərimə edilmişdir. Belə görünür ki, Cavabdeh avtomobili İddiaçı MMC-yə təhvil verdikdən sonra bu cərimələri ödəməmiş və əlli bir protokol üzrə cəmi 1660 manat məbləğində cərimə və dəbbə pulu ödənilməmiş qalmışdır ki, həmin pulu da İddiaçı MMC ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh təqsirli hərəkətləri nəticəsində törətdiyi inzibati xətalara görə ödədiyi cəmi 1660 manat məbləğində pulu dəymiş zərər kimi cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 36.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, iddia təmin edildiyindən ödənilmiş 36.60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 1660 manat məbləğində pul vəsaiti və ödənilmiş 36.60 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1660 (min altı yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 36.60 (otuz altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar