Məhkəmə qərarları › İş №e-2(010)-4102/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4102/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4102/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2727 manat məbləğində avtomobilə dəymiş ziyana görə borcun, 3600 manat avtomobili qanunsuz özündə saxladığına görə cərimənin, 150 manat vəkilə ödənilmiş rüsumun və ödənilmiş 84 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2024cü il tarixdə 15 saylı Notariat Kontorunda 3M-492 saylı ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh 6944 manat dəyərində “X5 Universal” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə cavabdeh avtomobili alan zaman 500 manat ödəniş etmiş və 18 ay müddətinə, hər ay 358 manat ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 6 ay ödəniş etdikdən sonra (sonuncu dəfə xx.xx.2024-cü il tarixdə) müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmiş və avtomobili geri qaytarmaqdan və ya pulu ödəməkdən boyun qaçırmışdır. Sonradan avtomobil DYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağstafa rayonunda yerləşən duracağa qoyulmuş və satıcıya məlumat verilmişdir. xx.xx.2025-ci il tarixdə satıcı avtomobili Ağstafada yerləşən duracaqdan nasaz təhvil almış və avtomobilin sənədi alıcı tərəfindən satıcıya göndərilmişdir. Avtomobil xx.xx.2025-ci il tarixdə nasazlıqla bağlı təmir məntəqəsinə aparılmış və məlum olmuşdur ki, avtomobili saz vəziyyətə gətirmək üçün 2727 manat vəsait tələb edilir. Cavabdeh dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə kimi dəymiş ziyanı ödəməkdən boyun qaçırır.

Tərəflərin izahatları.

3. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. X2 (İddiaçı əvəzinə) (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış 3M-492 reyestr nömrəli nəqliyyat vasitəsinin ilkin alğısatqısına dair müqavilədən görünür ki, tərəflər AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BA 166875 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi: VF1KMSEC637055773, buraxılış ili 2006-cı il olan, “Satıcı”ya məxsus “X5 Universal” markalı, **-RS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər. Avtomobilin satış qiyməti 6944 manat müəyyən edilir. “Alıcı” avtomobilin satış qiymətinin 500 manat məbləğini müqavilə bağlandığı anda ödəyir, qalan 6444 manat məbləğini isə hər ay 358 manat olmaqla 18 ay müddətinə “Satıcı”ya nağd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürür.

6. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2006-cı il olan, “X5 Universal” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır.

7. Xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 3M-492 reyestr nömrəli müqavilə üzrə yaranmış borcun məbləği barədə məlumat verilmiş, həmin borcun tam şəkildə 3 (üç) iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

8. İş materiallarına əlavə edilmiş köçürmə sənədindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosunun bank hesabına 150 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.

9. “X6” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “X5 Universal” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 2727 manat məbləğində qiymətləndirilmişdir.

İşin faktiki halları.

10. “X5 Universal” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır.

11. İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, tərəflər Satıcıya məxsus “X5 Universal” markalı, **-RS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Avtomobilin satış qiyməti 6944 manat müəyyən edilmiş, Alıcı avtomobilin satış qiymətinin 500 manat məbləğini müqavilə bağlandığı anda ödəməyi, qalan 6444 manat məbləği isə hər ay 358 manat olmaqla 18 ay müddətinə Satıcıya nağd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, tərəflər iddiaçıya məxsus “X5 Universal” markalı, **- RS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Həmçinin müqavilədə avtomobilin satış qiyməti 6944 manat məbləğində müəyyən edilmiş, cavabdeh avtomobilin satış qiymətinin 500 manat məbləğini müqavilə bağlandığı anda ödəməyi, qalan 6444 manat məbləğini isə hər ay 358 manat olmaqla 18 ay müddətinə iddiaçıya nağd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür.

15. Məhkəmə, ilk növbədə qeyd edir ki, tərəflər hər nə qədər aralarında bağlanmış müqaviləni ilkin müqavilə adlandırmış olsalar da müqavilənin şərtlərindən görünür ki, bu müqavilə avtomobilin hissə-hissə ödənilmə şərtilə nisyə alqı-satqısına dair müqavilədir. Nəzərə alınmalıdır ki, məhkəmə tərəflərin münasibətlərə daxil olarkən ifadə etdikləri iradəni təfsir edərkən həqiqi məzmunu yalnız hərfi mənaya görə deyil, həm də ağlabatan mühakiməyə əsasən müəyyən edir. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdehlə aralarında yaranmış alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərinə uyğun olaraq avtomobili tam saz vəziyyətdə təhvil verməkdən ibarət öhdəliyini vaxtında və lazımi qaydada icra etmiş, lakin cavabdeh avtomobili qəbul edərək dövri olaraq ödənişləri iddiaçıya ödəməklə şərtlənən öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bununla da öhdəliklərin icrası zamanı vicdanlılığa riayət etməmişdir.

17. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndində qeyd edilir ki, “Avtomobil tam saz vəziyyətdə alıcıya təhvil verilir, avtomobil və gələcəkdə avtomobildə yaranan nasazlıqlara görə satıcı məsuliyyət daşımır”. Müqavilənin 18-ci bəndində isə qeyd edilir ki, “Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa, yəni texniki saz vəziyyətdə olmazsa, avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir”. Müqavilənin predmetini təşkil edən nəqliyyat vasitəsinin müqavilə bağlandığı anda, yəni xx.xx.2024-cü il tarixdə texniki cəhətdən saz vəziyyətdə olması və müqavilə bağlandığı vaxtdan avtomobilin cavabdehin istifadəsinə verilmiş olması tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyindən sonradan həmin nəqliyyat vasitəsində qüsur aşkarlanması bu qüsurun məhz cavabdehin istifadəsində olduğu müddətdə baş verdiyi nəticəsinə gəlməyə əsas verir.

18. Nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qüsur aktı əlavə edilmişdir. Həmin qüsur aktından görünür ki, “X5 Universal” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 2727 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə bu qiymətləndirmənin mötəbərliyini şübhə altına alacaq heç bir halın müəyyən edilmədiyini nəzərə alaraq, avtomobilə dəymiş zərərin məbləğini məhz həmin qüsur aktına uyğun olaraq qiymətləndirir və yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı avtomobilə dəymiş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

19. Məhkəmə iddianın cərimənin ödənilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 15-ci bəndində qeyd edilir ki, “Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 gün müddətinə avtomobili geri verməzsə və ya avtomobil satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoya bilməzsə alıcı avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 manat məbləğində cərimə ödəməlidir”. İddia tələbindən görünür ki, iddiaçı bu əsasla cavabdehdən cəmi 3600 manat məbləğində cərimə tutulmasını tələb edir. Məhkəmə isə iddiaçının cərimə ilə bağlı tələbini ümumən haqlı saysa da tələb edilən cərimənin miqdarının işin halları baxımından tənasübsüz dərəcədə yüksək məbləğ olduğunu hesab edir.

20. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, Mülki Məcəllənin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir.

21. Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından cavabdehdən tələb olunan 3600 manat cərimə tənasübsüz yüksək məbləğdir. Odur ki, cərimənin miqdarı azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 90 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş pul köçürməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil 150 manat məbləğində pul vəsaiti ödənilmişdir.

23. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yenə həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 48.27 manat məbləğində ödənilmiş dövlət rüsumu və 150 manat məbləğində vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 2727 manat məbləğində pul vəsaiti, 100 manat məbləğində cərimə, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 48.27 manat məbləği və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2727 (iki min yeddi yüz iyirmi yeddi) manat məbləğində pul, 100 (yüz) manat məbləğində cərimə, 48.27 manat (qırx səkkiz manat iyirmi yeddi qəpik) məbləğində dövlət rüsumu və 150 (yüz əlli) manat məbləğində vəkil xidməti haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar