Məhkəmə qərarları › İş №e-2(010)-4103/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4103/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4103/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı MMC Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC (bundan sonra Satıcı) ilə Cavabdeh (bundan sonra Alıcı) arasında bağlanmış BT 2878 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli “BT 2878” saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş ümumi 2820 manat pulun, X1nə görə vəkilə ödənilmiş 320 manat pulun və işin məhkəmədə baxılmasına dair ödənilmiş 48.20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əsas fəaliyyət sahəsini müxtəlif çeşidli elektrik malların (telefon) satışı təşkil edir. xx.xx.2022-ci il tarixində İddiaçı MMC (bundan sonra Satıcı) ilə Cavabdeh (bundan sonra Alıcı) arasında BT-2878 saylı nisyə alqısatqı müqaviləsi bağlanmışdır. “Satıcı” – yəni İddiaçı MMC Əlavədə göstərilən İphone 13 Pro Max 512 gb Alpine Green markalı, İMEİ kod: **********95714 mobil telefonu nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun şəkildə Alıcıya təhvil vermişdir. Müqavilənin 2.2.1. maddəsinə uyğun olaraq Alıcı müqavilə üzrə bütün ödənişləri vaxtında yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin Alıcı tərəfindən xx.xx.2022-ci il tarixindən başlayaraq satılmış məhsul(lar)a dair Müqaviləyə əlavə edilmiş aylıq kredit ödəniş cədvəlinə əsasən hər hansı ödəniş həyata keçirilməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsinə əsasən müştəri Müqavilə şərtlərinin pozulması halında İphone 13 Pro Max 512 gb Alpine Green markalı, İMEİ kod: **********95714 telefonun deaktiv edilməsinə və riskli müştərilər siyahısına salınmasına etiraz etmədiyini təsdiq etmişdir. Alıcı ödənişi həyata keçirmədiyi üçün ona İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanmışdır. Lakin bütün cəhdlərə baxmayaraq, Alıcı indiyə qədər hər hansı ödəniş həyata keçirməmişdir. Hazırda Alıcının müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək ümumi ödənilməmiş 2820 manat məbləğində borcu vardır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. İş materiallarında olan İddiaçı MMC-i tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, ilkin ödəniş olaraq Cavabdeh tərəfindən 500 manat xx.xx.2022ci il tarixdə ödənilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixindən başlayaraq hal-hazırda ümumi ödənilməmiş qalan 2820 manat borcu vardır. İş materiallarında olan №BT2878 saylı xx.xx.2022-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC İphone 13 Pro Max 512 gb Alpine Green markalı, İMEİ kod: **********06941 mobil telefonu Cavabdeh 2820 manat kredit məbləğində ilkin ödəniş 500 manat, aylıq ödəniş 235 manat olmaqla, 12 ay müddətinə satmışdır. Həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən, müştəri Müqavilə şərtlərinin pozulması halında İphone 13 Pro Max 512 gb Alpine Green markalı, İMEİ kod: **********06941 telefonun deaktiv edilməsinə və riskli müştərilər siyahısına salınmasına etiraz etmədiyini təsdiq etmişdir. 24 iyun 2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Fides Vəkil Bürosunun № **********6271802205 hesabına 300 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilə üzrə kredit ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 235 manat ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-cü il tarixli müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 5 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan X1 haqqında 256/24 saylı xx.xx.2024-cü il tarixli Müqavilədən görünür ki, İddiaçı MMC ilə Fides vəkil bürosu arasında borc tələbi üzrə hüquqların birinci instansiya məhkəməsində müdafiəsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300+20 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı MMC həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, malları cavabdehə təhvil vermişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə götürülmüş öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, iddiaçı Cavabdeh alınmış malın ödənişini tələb etməkdə haqlı olmuşdur. İş materiallarında olan X1 haqqında 256/24 saylı xx.xx.2024-cü il tarixli Müqavilədən görünür ki, İddiaçı MMC Fides vəkil bürosuna X1 ilə bağlı 320 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BT2878 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli “BT 2878” saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş ümumi 2820 manat pul və X1nə görə vəkilə ödənilmiş 320 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 48.20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BT2878 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli “BT 2878” saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş ümumi 2820 manat pul, X1nə görə vəkilə ödənilmiş 320 manat pul və işin məhkəmədə baxılmasına dair ödənilmiş 48.20 manat məbləğində dövlət rüsumu İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar