Məhkəmə qərarları › İş №e-2(010)-4112/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4112/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4112/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4483.56 manat məbləğində əsas kredit borcunun, 463.6 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 50.96 manat məbləğində cərimənin, cəmi 4998.12 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 69.99 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2(010)-4112/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 9150***-*******02L saylı Əsas kredit limiti razılaşmasına əsasən mərhum (cavabdeh) X4 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən mərhum (cavabdeh) X4 41 ay müddətinə illik 18% dərəcəsi ilə (aylıq ödəniş 197.33 manat olmaqla hər ayın 01-dək ödənilmək şərti ilə) 6.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən bank tərəfindən məhkəməyə müraciət edilməsi zamanı əldə olunmuş məlumata əsasən, X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi müəyyən edilmişdir. Bundan sonra 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edilərək mərhumX4 aid vərəsəlik işinin açılıbaçılmaması, vərəsələr və sair barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 809 №-li xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, mərhum X2 miras qalmış “Mercedes Benz C230” minik markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair – arvadı Cavabdeh1, qızları Cavabdeh2 və Cavabdeh3 hər biri qanun üzrə vərəsə kimi tanınmışlar. Daha sonra qanunvericiliyin tələblərinə uyğun olaraq mərhum A.R.Tairovun vərəsələriT airova Ruhiyyə Mürvət qızına, Cavabdeh2 və Cavabdeh3 şifahi və rəsmi (pretenziya və ya bildirişlə) müraciət edilərək müqavilə üzrə (vərəsəlik üzrə) öhdəliklərini yerinə yetirmələri tələb edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4483.56 manat məbləğində əsas kredit borcu, 463.6 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 50.96 manat məbləğində cərimə olmaqla, cəmi 4998.12 manat məbləğində borcu qalmaqdadır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlərlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclalarında izahat verərək, yoldaşının bankdan pul götürdüyünü, əvvəl ödəyib sonradan yoldaşının rəhmətə getməsi ilə bağlı ödəyə bilmədiklərini, bir qızının 11-ci sinifdə oxuduğunu, digərinin hələ də könüllü kimi işlədiyini, özünün də işləmədiyini bildirmişdir. Mərkəzi Banka borcun silinməsi ilə bağlı məktub göndərmişdirlər. Bir maşın qalıb, onu da sata bilmirlər. Satıb banka ödəyəcəkdilər. İş materialları. İddiaçı ASC və X6 arasında bağlanmış 9150***-*******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasından görünür ki, əsas kredit limiti razılaşmasına əsasən, kreditverən borcalana 50000 manat məbləğində 120 ay müddətinə xx.xx.2032-ci il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsidə kredit verməyi öhdəsinə götürür. Müqavilənin 5.6-cı bəndinə görə, borcalan tərəfindən əsas kredit limiti razılaşmasının imzalanması ilə borcalan kreditverənin veb saytında yerləşdirilmiş və özündə kreditin limitinin açılması, kreditin verilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrini, kreditin vaxtından əvvəl qaytarılmasına və digər zəruri şərtlərə dair müddəaları əks etdirən Kompleks Bank Xidməti Müqaviləsi ilə tanış olduğunu və həmin müqavilənin şərtlərilə razılaşdığını təsdiq edir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli kredit borcunun faizlərin və penyanın hesablanması haqqında arayışından görünür ki, X3 əsas borc üzrə 4483.56 manat, 463.6 manat faiz, cərimə borcu üzrə 50.96 manat olmaqla, cəmi 4998.12 manat məbləğində borc yaranmışdır. İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş SMS xəbərdarlıqdan görünür ki, X4 41 ay müddətinə, illik 18% dərəcəsi ilə, 60 AZN komissiya ilə aylıq ödəniş 197.33 manat olmaqla, 6000 manat məbləğində kredit təklif olunmuş və verilmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş hesab üzrə çıxarışa əsasən, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə X6 tərəfindən İddiaçı ASC–də onun adına açılmış hesaba İddiaçı ASC-yə müqavilə üzrə ödənişlər etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən Notariat ofisinə yazılmış ərizədə bildirilmişdir ki, xx.xx.2023-cü ildə onun ünvan 1 ünvanında yaşamış əri X6 ölmüşdür və 77HC521 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ondan irs qalmışdır. O, ərizədə 77HC521 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir İş materiallarında olan Cavabdeh2 tərəfindən Notariat ofisinə yazılmış ərizədə bildirilmişdir ki, xx.xx.2023-cü ildə onun ünvan 1 ünvanında yaşamış atası X6 ölmüşdür və dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ondan irs qalmışdır. O, ərizədə 77HC521 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən Notariat ofisinə yazılmış ərizədə bildirilmişdir ki, xx.xx.2023-cü ildə onun ünvan 1 ünvanında yaşamış atası X6 ölmüşdür və dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ondan irs qalmışdır. O, ərizədə 77HC521 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ № 381589 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X6 23 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 643 nömrə ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 gün ərzində ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin pretenziya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə qapı bağlı olduğu üçün çatdırılmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehlərdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan (borc müqaviləsi üzrə) müddəalar tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ASC və mərhum X6 arasında xx.xx.2022-ci il tarixli 9150***-*******02L saylı Əsas kredit limiti razılaşmasına əsasən, iddiaçı-bank mərhum(cavabdeh) X4 6000 manat məbləğində kredit verilmişdir. X6 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, onun adına olan miras əmlakı notariat ofisinə ünvanlanmış ərizələrdən bəlli olduğu üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına qalmışdır. Qanunun tələbinə görə, X3 malik olduğu əmlak vəzifələrinə, həmçinin, miras passivi olaraq banka olan borcu da daxildir. Miras əmlak üzrə hüquqlar qanun üzrə vərəsəsi olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 keçdiyindən, onlar (vərəsə) miras qoyanın kreditorlarına olan borcunu mütənasib hissədə ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan cavabdehlər tərəfindən notariat ofisinə ünvanlanmış ərizələrdən müəyyən edilir ki, onlara verilən miras əmlak 77HC521 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Beləliklə, iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aldığı miras aktivləri miras passivlərdən artıqdır. Lakin, vərəsələr iddiaçının müraciətinə baxmayaraq, kredit müqaviləsi üzrə ödənişləri aparmamış, bununla da, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hərəkətləri mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-yə olan borcu vaxtında qaytarmadığı üçün Bank müqavilə üzrə cərimə tələb etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə cəriməni tənəssübsüz surətdə yüksək hesab etdiyindən, onun azaldılmasını məqsədəuyğun hesab etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, mərhum X3 vərəsəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4483.56 manat əsas, 463.6 manat faiz borcu, 30 manat məbləğində cərimə olmaqla, cəmi 4977.16 manat borc tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 69.77 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4483.56 manat məbləğində əsas kredit borcu, 463.6 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 30 manat məbləğində cərimə olmaqla, cəmi 4977.16 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 69.77 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar