Məhkəmə qərarları › İş №e-2(010)-4122/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4122/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4122/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı «Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinə və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinə və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə iddiaçı «Azərbaycan Beynəlxalq Bankı ASC-nin direktoru Elvin Məmmədovun ərizəsi daxil olmuş və həmin ərizədə iddiaçı "xxxx" ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsllərinin, AR Mülki məcəlləsininin 114.1.3-cü maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinə ödənilmiş 357.02 AZN məbləğində dövlət rüsumunun və 0.54 AZN məbləğində xidmət haqqının iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 357.02 (üç yüz əlli yeddi manat iki qəpik) manat və 0,54 (əlli dörd qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 357,56 (üç yüz əlli yeddi manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı «Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinə və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 357.02 (üç yüz əlli yeddi manat iki qəpik) manat və 0,54 (əlli dörd qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 357,56 (üç yüz əlli yeddi manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu (hökümət ödəniş portalı № **********,xx.xx.2023-cü il tarixli) iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar