Məhkəmə qərarları › İş №e-2(010)-4148/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4148/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4148/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, Cavabdeh2, Cavabdeh1̇ Əlı̇ nı̇ yaz oğlunun iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ċavabdeh Cavabdeh2 və qeyrisinə qarşı "borcun ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı ASC) Cavabdeh2 və qeyrisinə qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 2484,54 manat (əsas borcu - 2436,98 manat, faiz borcu – 47,56 manat) məbləğin və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1yaz Dadaşbala oğlu arasında xx.xx.2019-cu il tarixli 17-xx-xx-086071 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh1yaz Dadaşbala oğluna 60 ay müddətinə, illik 1 % olmaqla 3436,98 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 17-xx-xx-086071 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu – 2436,98 manat, faiz borcu – 47,56 manat, ümumilikdə 2484,54 manat məbləğində borc təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, Cavabdeh1yaz Dadaşbala oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Tərəflərin izahatları: İddiaçı ASC elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, həyat yoldaşı Cavabdeh1yaz Dadaşbala oğlu 2019-cu il tarixdə bankdan 4000 manat məbləğində kredit götürmüşdü. Sonra yoldaşı vəfat etdi və onlar vərəsə kimi tanındılar. Yoldaşı onkoloji xəstə idi, bu səbəbdən ödənişlər edə bilmirdi. Sonradan kredit borcundan 1000 manat ödəniş edildi. Yoldaşı vəfat etdikdən sonra bankdan onu çağırdılar və o, xx.xx.2022-ci il tarixdə 100 manat da ödəniş etdi. Yoldaşı vəfat etmədən əvvəl hər ay onun pensiyasından ödəniş çıxılırdı. O, hər ay 550 manat yoldaşının pensiyasını alır. Bankın tələb etdiyi məbləği hər ay 100 manat pensiyadan tutulmaqla ödəyə bilər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, atası bankdan kreditə pul götürmüş, lakin tam ödəniş etmədən xəstəlikdən vəfat etmişdir. Atası vəfat etdikdən sonra anası ilə o, vərəsə kimi tanınmışlar. Hazırda atasının borcu onların öhdəliyindədir və borcu ödəməkdən yayınmırlar. Lakin imkanları olmadığı və o, işləmədiyi üçün borcu hissə-hissə ödəməyə razıdırlar. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh1yaz Dadaşbala oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 17-xx-xx-086071 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1yaz Dadaşbala oğluna 60 ay müddətinə, illik 1 % olmaqla 3436,98 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1yaz Dadaşbala oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1dur. Miras əmlak ünvan 1 ünvanından və AZ92UBAZ**********1110AZN001 saylı müddətli depozit hesabında olan 2100 manat məbləğində olan pul vəsaiti, faiz və kompensasiyadan ibarətdir. Tərəflərin hər biri miras əmlakdan ½ irs almalıdırlar. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin bankayə 2436,98 məbləğində əsas, 47,56 manat məbləğində faiz borcu olmaqla, cəmi 2484,54 borcu vardır. xx.xx.2022-ci il tarixli son xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə banka olan borcun 3 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1yaz Dadaşbala oğlu arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə vəfat etdiyi üçün üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirə bilməmiişdir. Borclu tərəfin ölümündən sonra onun vərəsələri, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1̇ Əlı̇ nı̇ yaz oğlu miras əmlakın qəbulu üçün notariusa müraciət etmişlər və iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan məlum olmuşdur ki, onların hər biri miras əmlakdan ½ hissə miras payı almışdır. Belə olan halda məhkəmə hesab edir ki, vərəsələr mirası qəbul etdikləri üçün universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 2436,98 məbləğində əsas borcun, 47,56 manat məbləğində faiz borcunun, cəmi 2484,54 manat borcun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1̇ Əlı̇ nı̇ yaz oğlundan müştərək qaydada kredit borcuna görə 2436,98 məbləğində əsas borc, 47,56 manat məbləğində faiz borcu, cəmi 2484,54 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1̇ Əlı̇ nı̇ yaz oğlundan müştərək qaydada kredit borcuna görə 2436,98 məbləğində əsas borc, 47,56 manat məbləğində faiz borcu, cəmi 2484,54 (iki min dörd yüz səksən dörd manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1̇ Əlı̇ nı̇ yaz oğlundan müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar