Məhkəmə qərarları › İş №e-2(010)-4153/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4153/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4153/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən müqavilə üzrə ödənilməmiş 32000 manat puun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasına dair notariusun icra qeydi olsa da icra sənədi üzrə tələbkar İddiaçı ərizəsi əsasında icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərar qəbul edilmişdir. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi isə müvafiq borcun cavabdehdən tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasına, bununla da qətnamənin məcburi icrasına nail olmaqdır. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməməsini, işə baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh eyni borcun ondan tutulmasına dair icra qeydi olduğunu, bu səbəbdən iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Əzizxan Eminov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərardan görünür ki, Bakı şəhəri 50 saylı notariat ofisinin 8i-7368 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh cəmi 32000 manat məbləğində borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Tələbkar İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək sözügedən icra sənədinin qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən icra sənədinin Bakı şəhəri 50 saylı notariat ofisinə qaytarılması qərara alınmışdır. Həmin qərardan belə görünür ki, hazırkı iş üzrə iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə borcun borc alan Cavabdeh tutulmasına dair notarius tərəfindən icra qeydi verilmiş, icra məmuru tərəfindən həmin icra sənədi əsasında icraata başlanılmışdır. Sonradan həmin icra sənədi üzrə tələbkar (bu iş üzrə iddiaçı) İddiaçı ərizə ilə icra şöbəsinə müraciət etdiyindən icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərar qəbul olunsa da “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar (23.1.1. tələbkarın ərizəsi əsasında) aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göründüyü kimi icra sənədinin hazırda geri qaytarılmış olması onun tələbkarın ərizəsi əsasında yenidən icraya yönəldilməsini istisna etmir və icra sənədinin ləğv edildiyi mənasına gəlmir. Eyni zamanda icra qeydinin məhkəmə tərəfindən ləğv edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur, eləcə də tərəflərin belə bir iddiası olmamışdır. Bu vəziyyətdə məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə borcun borc alandan tutulmasına dair ləğv edilməmiş icra qeydi var. Bu isə həmin kredit müqaviləsi üzrə eyni borcun borc alandan tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını, dolayısı ilə bu işə məhkəmədə baxılmasını istisna edir. Ona görə ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi və notarisun icra qeydi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun mənası baxımından eyni – icra sənədi statusuna malikdir. Eyni borcun tutulmasına dair iki icra sənədinin icraya yönəldilməsi isə yolverilməzdir. Bu səbəbdən hazırkı işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilməli, İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 186 (yüz səksən altı) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş (ödəniş tarixi: xx.xx.2022, qəbzin nömrəsi: 9********) 186 (yüz səksən altı) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar