Məhkəmə qərarları › İş №e-2(010)-418/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-418/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-418/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən. İMEİ KOD **********40532 İphone 14 Pro markalı telefon, Apple 20W USB-C Adapter, Wındows 11 Home (ALL LANGUAGES), 2 ədəd Vinil Mat üçün 4890.42 manat ödənilməmiş hissə, 650.58 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən. Acer Aspıre kompüter üçün 1205.55 manat ödənilməmiş hissə, 160.45 manat dəbbə; ümumilikdə, 6907 manat borc, 89.07 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh, “ABC TELECOM" MMC ilə xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********40532 İPHONE 14 PRO markalı telefonu, Apple 20W USB-C Adapter, Wındows 11 Home (ALL LANGUAGES), 2 ədəd Vinil Mat, Acer Aspıre kompüter almış və nəticədə 6907 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4990.42 manat (18 ay x 271.69 manat + 100 manat ilkin ödəniş) olan, İMEİ KOD **********40532 İphone 14 Pro markalı telefonu, Apple 20W USB-C Adapter, Wındows 11 Home (ALL LANGUAGES), 2 ədəd Vinil Mat üçün ümumilikdə, 5541 manat olmaqla ondan, 4890.42 manat ödənilməmiş hissə, 650.58 manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1206.55 manat (18 ay x 67 manat + 0.55 manat ilkin ödəniş) olan Acer Aspıre kompüter üçün ümumilikdə, 1366 manat olmaqla ondan, 1205.55 manat ödənilməmiş hissə, 160.45 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 101 manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC İMEİ KOD **********40532 İphone 14 Pro markalı telefonu, Apple 20W USB-C Adapteru, Wındows 11 Home (ALL LANGUAGES), 2 ədəd Vinil Mat Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 100 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə ayda 271,69 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Acer Aspıre kompüteri Cavabdeh qızına verməyi, Cavabdeh qızı isə bunun müqabilində 55 qəpik məbləğində ilkin ödəniş etməklə, 18 ay müddətinə ayda 67 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 4890,42 manat ödənilməmiş hissə, 650.58 manat dəbbə; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1205,55 manat ödənilməmiş hissə, 160,45 manat dəbbə olmaqla, ümumilikdə 6907 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilələrin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 4990,42 manat olan özünə məxsus İMEİ KOD **********40532 İphone 14 Pro markalı telefonu, Apple 20W USB-C Adapter, Wındows 11 Home (ALL LANGUAGES), 2 ədəd Vinil Mat cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və 100 manat məbləğində ilokin ödəniş etməklə dəyərini 18 ay müddətinə ayda 271,69 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 1206,55 manat olan özünə məxsus Acer Aspıre kompüteri cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və 55 qəpik məbləğində ilkin ödəniş etməklə dəyərini 18 ay müddətinə ayda 67 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 4890,42 manat ödənilməmiş hissə, 650.58 manat dəbbə; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1205,55 manat ödənilməmiş hissə, 160,45 manat dəbbə olmaqla, ümumilikdə 6907 manat məbləğində borcu vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 300 manat və xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cərimə borcunun 80 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 89.07 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 4890,42 (dörd min səkkiz yüz doxsan manat qırx iki qəpik) manat, cərimə borcuna görə 300 (üç yüz) manat; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1205,55 (bir min iki yüz beş manat əlli beş qəpik) manat, cərimə borcuna görə 80 (səksən) manat və 89,07 (səksən doqquz manat yeddi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6565,04 (altı min beş yüz altmış beş manat dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 4890,42 (dörd min səkkiz yüz doxsan manat qırx iki qəpik) manat, cərimə borcuna görə 300 (üç yüz) manat; xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1205,55 (bir min iki yüz beş manat əlli beş qəpik) manat, cərimə borcuna görə 80 (səksən) manat və 89,07 (səksən doqquz manat yeddi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6565,04 (altı min beş yüz altmış beş manat dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar