Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-421/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, X1 vərəsəsi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 vərəsəsi Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə BPM**********20 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə və BPM**********30 nömrəli, xx.xx.2020-ci il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən, Nağd kredit ilə əlaqədar əsas borc üzrə 2047.47 manat, faiz borcu üzrə 7.51 manat olmaqla, cəmi 2062.49 manat tutulması, tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 169.21 manat, faiz borcu üzrə 0 manat olmaqla, cəmi 169.21 manat tutulması, həmçinin iddia ərizəsi üçün cəmi ödənilmiş 42.32 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********20 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 22 faizlə 36 ay müddətinə 2400 manat məbləğində nağd kredit, BPM**********30 nömrəli, xx.xx.2020-ci il tarıxli TAM KART Çərçivə müqaviləsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 300 manat məbləğində Tam kart krediti verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 2400 manat məbləğində kredit borcunun və 300 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir kl, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 27.01 2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 vərəsəsi Cavabdeh xx.xx.2022ci il tarixdə 2V-132, 2V-133, EV-134, 2V-135 reyestr nömrələri ilə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Yuxarıda adı çəkilən BPM**********20 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə və BPM**********30 nömrəli, xx.xx.2020-ci il tarixli TAM KART çərçivə müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin Nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 2047.47 manat, faiz borcu üzrə 7.51 manat olmaqla, cəmi 2062.49 manat borcu mövcuddur. Tam kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 169.21 manat, faiz borcu üzrə 0 manat olmaqla, cəmi 169.21 manat borcu mövcuddur. Eyni zamanda tərəfımizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 42.32 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, X6 onun anasıdır və anası ilə "xxxx" ASC aralarında bağlanmış kredit müqaviləsindən onun məlumatı olmamışdır. Mərhum anası X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, heç yerdə işləmir və həmin bankın tələb etdiyi məbləği ödəmək iqtidarında deyildir. Vərəsəlik qaydasında qəbul etdiyi əmlakları satmış, yalnız bir ev qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli BPM**********20 saylı kredit müqaviləsindən görünür ki, X5 illik 22% olmaqla 36 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli X9 müqaviləsindən görünür ki, X4 adına illik 24% olmaqla 15000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, X4 2047.47 manat əsas borc, 7.51 manat faiz borcu olmaqla, cəmi 2054.98 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, X2 limiti üzrə 169.21 manat əsas borc, 0 manat faiz borcu olmaqla, cəmi 169.21 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən X4 vərəsəsi Cavabdeh yaranmış mövcud borcun ödənilməsi barədə xəbərdalıq edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 257714 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Cavabdeh X4 vərəsəsi hesab olunmuşdur və miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi 17 saylı fərdi yaşayış evinin 1/6 hissəsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 425 saylı bağ evi, buraxılış ili 2006-cı il olan KİA RİO minik markalı ** MH *** dövlət nömrə nişanlı və buraxılış ili 2010-cu il olan KİA RİO minik markalı ** HY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********20 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 22 faizlə 36 ay müddətinə 2400 manat məbləğində nağd kredit, BPM**********30 nömrəli, xx.xx.2020-ci il tarıxli TAM KART Çərçivə müqaviləsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 300 manat məbləğində Tam kart krediti verilmişdir. Kredit alan X6 xx.xx.2022-ci il tarixdə ölmüş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Cavabdeh X4 vərəsəsi hesab olunmuşdur və miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi 17 saylı fərdi yaşayış evinin 1/6 hissəsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 425 saylı bağ evi, buraxılış ili 2006-cı il olan KİA RİO minik markalı ** MH *** dövlət nömrə nişanlı və buraxılış ili 2010-cu il olan KİA RİO minik markalı ** HY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, iş üzrə tələb olunan məbləğ Cavabdeh ümumilikdə 2224.19 manat və 42.72 manat dövlət rüsumu və bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********20 saylı nağd kredit üzrə 2047.47 manat əsas borc, 7.51 manat faiz borcu və xx.xx.2020-ci il tarixli kart limiti üzrə 169.21 manat əsas borc, ümumilikdə 2224.19 (iki min iki yüz iyirmi dörd manat, on doqquz qəpik) manat və ödənilmiş 42.72 (qırx iki manat, yetmiş iki qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-421/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-421/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver