Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4257/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 688,55 (altı yüz səksən səkkiz manat 55 qəpik) manat məbləğində zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 718,55 (yeddi yüz on səkkiz manat 55 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN990000162 İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2025-ci il tarixində AK- 01656/07-25 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0320 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 756 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt idda ərzəsinə əlavə olunub). Cavabdeh həmin zərərdən 67,45 manat məbləğində ödəniş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, həmin evdə kommunal sistem atasının adına olmuş, lakin orada o yaşamışdır. Kənar xətlə qoşulmaqla təbii qazdan istifadə etmişdir.
İş materialları.
5. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçı Mahmud Əbdülhəsən oğlunun ünvanına dair tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.
6. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesab müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi ümumilikdə 7560 m3 müəyyən edilmişdir.
7. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmud Əbdülhəsən oğlu xx.xx.2000-ci il tarixdə vəfat etmişdir.
8. Cavabdeh Azəriqaz İB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1**********0320 istehlakçı hesabı üzrə onunla qazın alqı-satqı müqaviləsinin bağlanması və hesab kodunda məlumatların onun adına dəyişdirilməsinə kömək göstərilməsini xahiş etmişdir.
9. xx.xx.2025-ci il tarixli, AK-01656/07-25 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Paylayıcı İddiaçı İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öz öhdəsinə götürür.
10. Abonent saldosundan görünür ki, Cavabdeh abonent hesabına Qalıq və aktlar üzrə 2021-ci il üçün 756 manat borc qeyd edilmişdir.
İşin faktiki halları.
11. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı İB tərəfindən Mahmud Əbdülhəsən oğlunun abonent hesabına “təbii X1nı pozmaqla qeyri-qanuni şəkildə təbii qazdan istifadə etmə” ilə əlaqədar ümumilikdə 756 manat borc məbləği hesablanmışdır. Cavabdeh Azəriqaz İB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1**********0320 istehlakçı hesabı üzrə onunla qazın alqı-satqı müqaviləsinin bağlanması və hesab kodunda məlumatların onun adına dəyişdirilməsinə kömək göstərilməsini xahiş etmişdir və xx.xx.2025-ci il tarixli, AK-01656/07-25 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Paylayıcı İddiaçı İB müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öz öhdəsinə götürür. Hazırki iddia tələbində iddiaçının etibarnamə üzrə nümayəndəsi qeyd olunan borc məbləğindən ödəniş edildiyini qeyd edir və qalıq iddia tələbində göstərilən borcun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh bildirir ki, qeyd olunan ünvanda kommunal sistem atasının adına olsa da, həmin evdə o yaşamışdır və kənar xətlə qoşulmaqla təbii qazdan istifadə etmişdir.
Tətbiq edilən hüquq.
12. “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.
4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
13. AR Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. AR Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, hazırki işin hallarından göründüyü kimi cavabdehin abonent hesabına qeyd olunan borc vəsaiti onun qaz xəttinə qeyri-qanuni yolla qoşulması nəticəsində təbii qazdan qanunsuz istifadə etməsi səbəbi ilə hesablanmışdır. Cavabdeh qeyd olunan halı təkzib etmir və bildirir ki, həmin ünvanda kənar xətlə qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmişdir. İddiaçı tərəf təbii qazdan kənar xətdən qeyri-qanuni istifadəni 3 ay müddət üzrə hesablamışdır. İddiaçı belə hesablama apararkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarına əsaslanmışdır. Həmin Qərarın 6.5-3cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hesablanır. Hazırkı işdə qanunsuz qoşulmanın aşkar edildiyi tarix xx.xx.2021-ci ildir. Belə ki, həmin tarixdə iddiaçı tərəfindən hadisə aktlaşdırılıb. İstinad edilən Qərarın 6.5-3-cü maddəsi belə hesablama qaydası nəzərdə tutmuşdur ki, şəbəkəyə sonuncu baxış tarixindən qanunsuz qoşulma halı aşkar edildiyi tarix üzrə hesablama aparılmalı, lakin, bu müddət on iki ayı keçməməlidir. Normanın məzmunundan aydın olur ki, müddət hər bir halda on iki ay götürülməli deyil, normanın müəyyən etdiyi bu müddət maksimal müddətdir. Hazırkı işdə görünür ki, hesablama aparılan zaman 3 aylıq müddət nəzərə alınmışdır. Lakin, bununla belə, məhkəmə hesablama aparılan zaman günlük sərfiyyatın 24 saat olmaqla hesablaması mövqeyi ilə razılaşmır. Çünki yuxarıda qeyd olunan qərarın 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bu baxımdan məhkəmə qeyd olunan ünvanda qazla təchiz edilmiş avadanlıqlardan 4 gözlü qaz piltəsinin (PQ4-ün) həmin 3 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 121.92 manat (maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün olmaqla 1209.6m3 təşkil edir və 2021-ci il üzrə müəyyən edilmiş tarifə uyğun olaraq 1200m3 üçün x 0.10 Azn və 9.6m3 üçün x 0.20 AZN), (QSSQ) həmin 3 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 204 manat (maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün olmaqla 1620m3 təşkil edir və 2021-ci il üzrə müəyyən edilmiş tarifə uyğun olaraq 1200m3 üçün x 0.10 Azn və 420m3 üçün x 0.20 AZN), radiator həmin 3 ay müddəti ərzində itirilmiş ümumi qaz sərfiyatının dəyəri 86.4 manat (maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün olmaqla 864m3 x 0.10 AZN) məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 412.32 manat məbləğində pul tutulmalıdır. Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 412.32 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilsin.
20. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 412.32 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.