Məhkəmə qərarları › İş №e-2(010)-4264/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4264/2025

09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4264/2025 09.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi və debitor borcun ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 8436,72 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 25,38 (iyirmi beş manat 38 qəpik) manat borcu pulun və 104,63 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8566,73 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi ü z r ə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2025-ci il tarixində Ak-01643/07-25 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00390 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 453,60 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 144 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 456,24 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 293,76 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 349,92 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 989,28 manat, cəmi 8436,72 (səkkiz min dörd yüz otuz altı manat 72 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt idda ərzəsinə əlavə olunub). Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 25,38 (iyirmi beş manat 38 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 8462,10 (səkkiz min dörd yüz altmış iki manat 10 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh bildirdi ki, onların yaşadıqları ev 2015-ci ildə yanmış və qaz borusu isə onun evinin üstündən çəkilmişdi. 2017-ci ildə Türkiyəyə Respublikasına getmiş, 2019-cu ilin ortalarında isə geri qayıtmışdır. Yaşadıqları ev yeni qaz sayğacı ilə təchiz edilməli idi. O, yaşadığı evdə yalnız təxminən 2019-cu ildə cəmi 5 ay ərzində qaz sayğacından kənar qoşulma halı olub. Belə ki, cəmi beş ay qaz sayğacından kənar xəttə qoşulmuş və 2019-cu ildə isə bu hal aşkar edilmişdir. Bundan əlavə o həmin borcu tam olaraq qəbul etmir, belə ki, İddiaçı İB-yi tərəfindən qəbul edilmiş ərizəni yalnız imzalanmış, mətnindən məlumatı olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı İB (Paylayıcı) və Cavabdeh (İstehlakçı) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı haqqında AK-01643/07-25 nömrəli müqavilədən müəyyən olunur ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3, 1.5x24x30=1080 m3 ,1.4x24x30=1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün,QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 ,1.5x24x30=1080 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 saat orta günlük iş irejimi 12 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 1.2x12x90=1296 m3 1.5x12x90=1620 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 210 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 210 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 150 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x 210 =3024 m3, 1.5 x 12 x 210 = 3780 m3, 0.8 x 12 x 150 = 1440 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 0.8x24x30=576 m3 1.4x24x30=1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 1.5x24x30=1080 m3 1.4 x 24 x30=1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x 24 x 30 = 864 m3, 1.5x 24 x 30 = 1080 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün,QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x 24 x 30 = 864 m3, 1.5x 24 x 30 = 1080 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24x 30 = 864 m3, 1.5 x 24 x 30 = 1080 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-cu il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir .Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün,QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 30 = 864 m3, 1.5 x 24 x 30 = 1080 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 30 = 864 m3, 1.5 x 24 x 30 = 1080 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacından kənar xətlə (rezin boru) təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün., QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazm bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.6 x 24 x 90= 1296 m3 ,1.5 x 24 x 90= 3240 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 30= 864 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, . Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3, 0.8x24x30=576 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, . Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta güniük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta güniük iş rejimi 24saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.8x24x30=576 m3 , 2.6 x 24 x 30 = 1872 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-nin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.88 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apanlmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 1.88x24x30=1354 m3 , 1.4x24x30=1008 m3 , 0.8x24x30=576 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 0.8x24x30=576 m3 , 1.4x24x30=1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 1.5 x 24 x 30= 1080 m3, 0.8x24x30=576 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərinden PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 1.5 x 24 x 30= 1080 m3, 1.5x24x30=1080 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 1.5 x 24 x 30= 1080 m3, 1.5x24x30=1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 1.5 x 24 x 30= 1080 m3, 0.8x24x30=576 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 1.5 x 24 x 30= 1080 m3, 1.4x24x30=1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 1.5 x 24 x 30= 1080 m3, 1.4x24x30=1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat 3 müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2x24x30=864 m3 , 1.5 x 24 x 30= 1080 m3, 1.4x24x30=1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçının ünvanında yerləşən sayğaca baxış keçirilmiş, baxış zamanı mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Qaz işlədicilərindən PQ4-nin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apanlmış və dəymiş ziyanın həcmi 1.2x12x90=1296 m3 , 1.5x12x90=1620 m3 kimi hesablanmışdır. xx.xx.2025-ci il tarixli, mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 104.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-nin Baş direktoru Azər Məmmədova xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizədən müəyyən olunur ki, o, borc ilə tanış olmuş, hesablanmış 8462.10 manat borcu qəbul etmiş və həmin qaz sərfiyyatının real istifadəçisidir. Ödəyici kimi maddi durumunu nəzərə alınaraq, hesablanmış borcun müəyyən müddət ərzində hissə-hissə ödənilməsini öz öhdəsinə götürmüşdür. İşin faktiki halları İddiaçı və cavabdeh arasında “xx.xx.2025-ci il tarixli, AK-01643/07-25 nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********00390 nömrəli abonent kodu vermişdir. İddiaçı cavabdeh tərəfindən mütəmadi olaraq qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmiş, cavabdeh məhkəmə iclasında verdiyi izahatında qanunsuz qoşulma faktını etiraf etmişdir. Qanunsuz qoşulma nəticəsində iddiaçının əməkdaşları tərəfindən ümumilikdə 25 akt tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”

3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarı

Təbii qazın ölkədaxili tarifləri 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün- 100.0 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün- 120.0 29 dekabr 2024-cü il tarixli 18 nömrəli qərarı 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün- 125.0

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə

Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi 2 hissədən – 1) qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və 2) təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun tutulmasından ibarətdir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2025-ci il tarixli, AK-01643/07- 25 nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********00390 nömrəli abonent kodu vermişdir. İddiaı cavabdeh tərəfindən mütəmadi olaraq qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmiş, cavabdeh məhkəmə iclasında verdiyi izahatında qanunsuz qoşulma faktını qismən etiraf etmişdir. Qanunsuz qoşulma nəticəsində iddiaçının əməkdaşları tərəfindən ümumilikdə 25 akt tərtib edilmişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu iddiaçının əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Həmin prosedura əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd edilən əlavələr “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixdən əlavə edilmiş və müvafiq normaların həmin dövrdən əvvəl paylayıcı və istehlakçı arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilmə imkanı istisna edilmişdir. Hazırkı iş üzrə tərtib edilmiş 25 aktın 10-i həmin dövrdən əvvələ təsadüf etsə də, hər bir halda, cavabdehin qanunsuz qoşulma kimi qanunazidd hərəkətləri qismən etiraf etməsi, iddiaçını müvafiq prosedurlardan azad etməklə yanaşı vurulmuş zərərin əvəzinin də cavabdeh tərəfindən ödənilməsini birbaşa olaraq şərtləndirir. İş üzrə cavabdeh qanunsuz qoşulma kimi hüquqazidd hərəkətlərin baş verməsini qismən etiraf etsə də, iddiaçı tərəfindən ona həddindən artıq yüksək zərər məbləğinin hesablandığını bildirmiş və tələb olunan ümumi məbləğlə razılaşmamışdır. Belə olan halda, məhkəmə araşdırması qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi istiqamətində davam etdirilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-3-cü bəndinə əsasən, İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə təbii X1nın pozulması barədə qaz paylayıcısı tərəfindən tərtib edilmiş hər bir akt üzrə onun tərtib edildiyi illərə uyğun vurulmuş zərərin həcminin müəyyən edilməsini zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehlakçının istifadə etdiyi qaz işlədiciləri (qaz qurğuları) qismində PQ4, PQ2, QSSQ, QSQ, dəmir soba, kombi və radiator qeyd edilmiş və dəymiş zərər hər bir qaz işlədicisi üzrə ayrı-ayrılıqda hesablanmışdır. Bundan başqa abonent saldosundan müəyyən olunur ki, abonent 2019-cu ildə cəmi 13 manat, 2020-ci ildə cəmi 66 manat, 2021-ci ildə cəmi 36 manat ödəniş etmişdir. -xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii X1nın pozulması barədə akta münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən qaz xəttinə (qazpaylayıcı şəbəkəyə) qanunsuz qoşulma nəticə təbii qazın talanması faktını təsdiq edən mötəbər sübut növü kimi müvafiq akta istinad etsə də, həmin akt abonent Vəliyeva Zümrüd barəsində tərtib olunmuşdur. xx.xx.2021 – xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 9 akta münasibətdə məhkəmə qeyd edir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2021-ci il tarixli, akt üzrə PQ2 tipli qaz işlədicisinə görə - (0.6 x 12 x 90 gün)=648; (QSQ 1.5 x 12 x 90 gün)=1620, cəmi(2268 m3-1200m3= 1068 m3x0.20=213.6+120=333.6 manat), xx.xx.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12x 30) = 432 3 m x 0.10=43.20 manat; xx.xx.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə- (1.2 x 12 x 30) = 432 m3; Radiator tipli qaz işlədicisinə görə - (0.8 x 12 x 30) = 288; cəmi 720 m3 x 0.10= 72 manat, xx.xx.2021-ci il tarixli akt üzrə PQ3 tipli qaz işlədicisinə görə - (0.9 x 12 x 30=288, Kombi (2.6 x 12 x 30) =936; cəmi 1224 m3-1200 m3=24 m3 x 0.20+120 manat=124,80 manat, xx.xx.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) = 432, QSSQ 1.88 x 12 x 30= 676,8, Dəmir Soba tipli qaz işlədicisinə görə (1.4 x 12 x 30) = 504, Radiator tipli qaz işlədicisinə görə - (0.8 x 12 x 30)= 288, cəmi 1901 m3-1200 m3=701 m3 x0.20= 140.20 +120=260.20 manat; xx.xx.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) =432, Radiator tipli qaz işlədicisinə görə - (0.8 x 12 x 30) = 288; Dəmir Soba tipli qaz işlədicisinə görə (1.4 x 12 x 30) = 504, cəmi 1224 m3-1200 m3=24 m3 x0.20= 4.80+120 = 124,80 manat; xx.xx.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) =432, QSQ tipli qaz işlədicisinə görə (1.5 x 12 x 30) = 540; Radiator tipli qaz işlədicisinə görə - (0.8 x 12 x 30) =288; 1260 m3-1200 m3=60 m3 x 0.20=12+120=132 manat; xx.xx.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) =432, Radiator tipli qaz işlədicisinə görə - (0.8 x 12 x 30) = 288, Dəmir Soba tipli qaz işlədicisinə görə (1.4 x 12 x 30) = 504, cəmi 1220 m3-1200 m3=24 m3 x0.20=4.80+120=124.80 manat; xx.xx.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) = 432, QSQ tipli qaz işlədicisinə görə (1.5 x 12 x 30) = 540; Dəmir Soba tipli qaz işlədicisinə görə (1.4 x 12 x 30) = 504, cəmi 1476 m3-1200 m3=276 m3x0.20=55,20+120=175,20 manat olmaqla qanunsuz qoşulma nəticəsində 1390,60 manat borcu yaranmışdır. Beləliklə, cavabdehdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə vurulmuş zərərin əvəzi kimi ümumilikdə 1390.60 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən tərtib edilmiş təbii X1nın pozulması barədə aktlarda və dəymiş ziyanın bərpasına dair tələbnamələrdə cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin məbləğinin hesablanmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təbii inhisar subyekti olan iddiaçı tərəfindən qeyd edilən qaydada hesabalama aparılmış zamanı bəzi qaz qurğularına münasibətdə həmin qurğunun istehlak təyinatına və adətən istifadə olunduğu ilin mövsümünə münasibətdə qeyri-mütənasib dərəcədə yanlışlıqlara yol verilmişdir. Belə ki, PQ4 və PQ2 kimi qaz plitələrinin təyinatı nəzərə alınmaqla, həmin qəbildən olan qaz qurğularının günün bütün saatları daxilində, yəni 24 saat müddətində istismar edilməsi qeyri-mümkündür. Belə ki, istehlakçı və onun ailə üzvləri tərəfindən təqvim ayının bəzi günlərində fərdi yaşayış evindən kənarda olma, günün müəyyən saatları daxilində, məsələn gecə vaxtı yuxu rejimi ilə əlaqədar həmin qaz qurğularının söndürülməsi və ya zəruri tələbat olmadığı təqdirdə həmin qurğulardan istifadə edilməməsi və s. kimi hallar nəzərə alındığı təqdirdə, iddiaçının iddia etdiyi kimi həmin qəbildən olan qaz işlədicilərinin 7/24 istismar edilməsini düşünmək qeyri-mümkündür. Məhz bu səbəbdən, PQ4 və PQ2 tipli qaz qurğularına münasibətdə həmin qurğuların orta günlük iş rejiminin 12 saat qəbul edilməsi ağlabatan mühakimə əsasında məqbul hesab edilir. Digər tərəfdən, ilin müəyyən aylarında, məsələn isti aylarda radiator tipli qaz qurğularından (əsas təyinatı fərdi yaşayış evinin və ya otaqların isidilməsi olan qurğular) istifadəyə hər hansı zərurətin mövcud olmaması səbəbindən, həmin qurğuların müvafiq isti aylarda istifadəsi, həmçinin bu istifadənin davamlı olması qənaətinə gəlmək mümkün deyil. Odur ki, məhkəmə tərəfindən qaz qurğularının orta günlük iş rejimi yuxarıda qeyd edilən qaydada əsas götürülməklə hesablama aparılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5- 3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “X1”na qeyd edilən müddəalar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 218 nömrəli qərarı ilə əlavə edilmişdir. Həmin əlavələrdən görünür ki, pazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında istehlakçı tərəfindən qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı bu və ya digər qaz qurğusunun orta günlük iş rejimi 12 saatdan az olmamaqla hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırda iddia ərizəsində göstərilən digər aktlar müvafiq əlavələr qanuni qüvvəyə mindikdən sonra tərtib edildiyindən, iddiaçı tərəfindən həmin aktlara münasibətdə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına məlumat verilməsi və təqdim edilməli olmasına baxmayaraq, bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh Türkiyə Respublikasında yaşadığını, Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə təxminən 2019-cu ildə cəmi 5 ay ərzində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğunu evinin yanması və başqa qaydada qazdan istifadə edə bilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf akt tərtib etməklə kifayətlənmiş və istehlakçının cəzalandırılması yönümündə hər hansı bir tədbir görməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən sonra istehlakçının qazın talanmasında təqsirli olması sübut olunmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. İddia tələbinin ikinci hissəsinə - debitor borcun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Yuxarda qeyd olunlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 25.38 manat borcu (debitor borc) da qalmışdır.

Məhkəmə xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 104.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (1415,98) mütənasib olan 34,15 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi 1390,60 manat və təbii qazdan istifadə nəticəsində yaranmış debitor borc qismində 25,38 manat olmaqla, cəmi 1415,98 (bir min dörd yüz on beş manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 34,15 (otuz dörd manat, on beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İB-yə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar