Məhkəmə qərarları › İş №e-2(010)-4307/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4307/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4307/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən FEN ÜTÜ GORENJE, İZQARA DELONGHİ,TRİMMER PANASONİC üçün 122.68 (yüz iyirmi iki manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 12.32 (on iki manat otuz iki qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TOKYO-GENC-CARPAYİ, TOKYO-GENC- TUMBA, MATRAS üçün 308.96 (üç yüz səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 30.04 (otuz manat dörd qəpik) manat cərimə pulu; 09,03.2023-cü il tarixli müqaviləyə əsasən TEXAS - MASA DESTİ, 3728 kodlu MƏTBƏX MEBELİ üçün 2150.48 (iki min yüz əlli manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 215.52 (iki yüz on beş manat əlli iki qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ASPİRATOR HOFFMANN üçün 208.31 (iki yüz səkkiz manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 20.69 (iyirmi manat altmış doqquz qəpik) manat cərimə ümumilikdə 3069 manat borc və 50.69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən FEN ÜTÜ GORENJE, İZQARA DELONGHİ,TRİMMER PANASONİC, TOKYO-GENC-CAR TOKYO- GENC- TUMBA, MATRAS, TEXAS-MASA DESTİ, 3728 kodlu MƏTBƏX MEBELİ, ASPİRATOR HOFFMANN almış və nəticədə 3069 (üç min altmış doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 836.88 (səkkiz yüz otuz altı manat səksən səkkiz qəpik) manat (24 ay x 34.87 manat + 0 manat ilkin ödəniş) olan FEN ÜTÜ GORENJE, İZQARA DELONGHİ, TRİMMER PANASONİC üçün 135 (yüz otuz beş) manat olmaqla ondan, 122.68 (yüz iyirmi iki manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 12.32 (on iki manat otuz iki qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 431.76 (dörd yüz otuz bir manat yetmiş altı qəpik) manat (24 ay x 17.99 manat + 0 manat ilkin ödəniş) olan TOKYO-GENC-CARPAYİ, TOKYO-GENC-TUMBA, MATRAS üçün 339 (üç yüz otuz doqquz) manat olmaqla ondan, 308.96 (üç yüz səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 30.04 (otuz manat dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2885.28 (iki min səkkiz yüz səksən beş manat iyirmi səkkiz qəpik) manat (24 ay x 120.22 manat + 0 manat ilkin ödəniş) olan TEXAS - MASA DESTİ, 3728 kodlu MƏTBƏX MEBEL üçün 2366 (iki min üç yüz altmış altı) manat olmaqla ondan 2150.48 (iki min yüz əlli manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 215.52 (iki yüz on beş manat əlli iki qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 376.2 (üç yüz yetmiş altı manat iyirmi qəpik) manat (18 ay x 20.9 manat + 0 manat ilkin ödəniş) olan ASPİRATOR HOFFMANN üçün 229 (iki yüz iyirmi doqquz) manat olmaqla ondan 208.31 (iki yüz səkkiz manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 20.69 (iyirmi manat altmış doqquz qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1739.69 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş materiallarına əlavə edilmiş:

1. xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC FEN ÜTÜ GORENJE, İZQARA DELONGHİ,TRİMMER PANASONİC Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 34,87 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2023-cü il tarixlinisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC TOKYO - GENC - CARPAYİ, TOKYO - GENC - TUMBA , MATRAS Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 17.99 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC TEXAS - MASA DESTİ, 3728 kodlu MƏTBƏX MEBEL Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 120.22 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC ASPİRATOR HOFFMANN Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində ilkin ödəniş etmədən, 18 ay müddətinə ayda 20.9 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 122.68 manat ödənilməmiş hissə, 12.32 manat cərimə; xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 308.96 manat ödənilməmiş hissə, 30.04 manat cərimə; xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2150.48 manat ödənilməmiş hissə, 215.52 manat cərimə və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 208.31 manat ödənilməmiş hissə, 20.69 manat cərimə olmaqla, hər dörd müqavilələr üzrə cəmi 3069 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.

Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 836.88 manat olan özünə məxsus FEN ÜTÜ GORENJE, İZQARA DELONGHİ, TRİMMER PANASONİC Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 34,87 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 431.76 manat olan özünə məxsus TOKYO - GENC - CARPAYİ, TOKYO-GENC-TUMBA, MATRAS Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 17.99 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2885.28 manat olan özünə məxsus TEXAS-MASA DESTİ, 3728 kodlu MƏTBƏX MEBEL Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və bunun müqabilində ilkin ödəniş etmədən, 24 ay müddətinə ayda 120.22 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 376.2 manat olan özünə məxsus ASPİRATOR HOFFMANN Cavabdeh vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və bunun müqabilində ilkin ödəniş etmədən, 18 ay müddətinə ayda 20.9 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 122.68 manat ödənilməmiş hissə, 12.32 manat cərimə; xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 308.96 manat ödənilməmiş hissə, 30.04 manat cərimə; xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2150.48 manat ödənilməmiş hissə, 215.52 manat cərimə və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 208.31 manat ödənilməmiş hissə, 20.69 manat cərimə olmaqla, hər dörd müqavilələr üzrə cəmi 3069 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat; xx.xx.2023cü il tarixli müqavilə üzrə cərimə borcunun 10 manat; xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə borcunun 50 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə borcunun 5 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 122.68 (bir yüz iyirmi iki manat altmış səkkiz qəpik) manat, cərimə 5 (beş) manat; xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 308.96 (üç yüz səkkiz manat doxsan altı qəpik) manat, cərimə 10 (on) manat; xx.xx.2023cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 2150.48 (iki min yüz əlli manat qırx səkkiz qəpik) mnat, cərimə 50 (əlli) manat və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 208.31 (iki yüz səkkiz manat otuz bir qəpik) manat manat, cərimə 5 (beş) manat olmaqla, ümumilikdə 2860,43 (iki min səkkiz yüz altmış manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 50,69 (əlli manat altmış doqquz qəpik) manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 122.68 (bir yüz iyirmi iki manat altmış səkkiz qəpik) manat, cərimə 5 (beş) manat; xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 308.96 (üç yüz səkkiz manat doxsan altı qəpik) manat, cərimə 10 (on) manat; xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 2150.48 (iki min yüz əlli manat qırx səkkiz qəpik) mnat, cərimə 50 (əlli) manat; xx.xx.2023cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas 208.31 (iki yüz səkkiz manat otuz bir qəpik) manat manat, cərimə 5 (beş) manat və ödənilmiş dövlət rüsumuna görə 50,69 (əli manat altmış doqquz qəpik) manat olmaqla, cəmi 2911,12 (iki min doqquz yüz on bir manat on iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar