Məhkəmə qərarları › İş №e-2(010)-4310/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4310/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4310/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Abşeron rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə bağladığı 3M-273 nömrəli "Kredit muqaviləsi" uzrə cavabdeh tərəfindən ödənilməmiş 6000 (altı min manat) manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödədiyi 80 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh ilə Abşeron rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə "Kredit müqaviləsi" bağlanmış və Reyestrdə 3M-273 nömrəsi ilə qeyd edilmişdir. Həmin müqavilə əsasında o, cavabdehə 6000 (altı min manat) manat pul vəsaitini notariusun depozit hesabı vasitəsilə borc vermişdir. Cavabdeh həmin məbləği, yəni 6000 (altı min manat) manat pul vəsaitini ona xx.xx.2023-cü il tarixədək notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə gotürmüşdür. Lakin, həmin vaxtdan 1 il 10 ay 28 gun keçsə də cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, yəni borclu olduğu 6000 manat pul vəsaitini qaytarmamışdır. Cavabdehə etdiyi şifahi və yazılı muraciətlərdən sonra da o, öz öhdəliyini yerinə yetirmir.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. İş materialları.

5. xx.xx.2023-cü il tarixli Borc müqaviləsindən görünür ki, Borc verən İddiaçı Borc alan Cavabdeh 6000 manat məbləğində borc pul verir və Borcalan həmin borc vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürür.

6. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə borc məbləği 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

7. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış və həmin müqaviləyə görə Borc verən İddiaçı Borc alan Cavabdeh 6000 manat məbləğində borc pul verməyi və Borcalan həmin borc vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini yerinə yetirmədiyini qeyd edərək tələbin təmin edilməsini xahiş edir. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

11. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, tərəflər arasında yazılı formada razılaşmaqla borc müqaviləsi imzalanmış və həmin müqavilə əsasında iddiaçı razılaşdırılmış müddətdə qaytarmaq şərtilə cavabdehə 6000 manat borc pul vəsaiti vermişdir. Bu məbləğlə bağlı tərəflər arasında müqavilə münasibəti mövcuddur. Borc münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından müqavilənin etibarsızlığı (əhəmiyyətsizliyi) üçün hər hansı bir əsas yoxdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməklə həmin borc vəsaitini cavabdehə versə də, lakin cavabdeh razılaşdırılmış müddətdə həmin borc vəsaitini geri qaytarmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 80 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh 6000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar