Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4313/2025 19.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTKya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunan sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTKya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 243.41 manat dövlət rüsumu (********** nömrəli qəbz, ödəniş tarixi xx.xx.2025-ci il) iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-4313/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4313/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver