Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-434/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərin tutulması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərin tutulması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh 16 iyul 2013-cü il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq gəlirinin dörddə bir hissəsi məbləğində alimentin və 16 iyul 2013-cü il təvəllüdlü, X4 əlavə xərclərinin ödənilməsində iştirak üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələblərini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 29 mart 2015cı il tarixli 2(010)-133/2015 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmuş, birgə nikahdan olan, 16 iyul 2013-cü il təvəllüdlü X4 ananın himayəsində qalmasına qərar verilmişdir. Qeyd edilən qətnamə əsasında iddiaçı ilə cavabdehin birgə nikahından olan Zəhra Tağıyevanın yetkinlik yaşına çatanadək aylıq 108 (bir yüz səkiz) manat sabit pul məbləğində alimentin Cavabdeh iddiaçının xeyrinə tutulmasına qərar verilmişdir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimum haqqında Qanuna əsasən, uşaqlar üçün yaşayış nininıumu 170 manat təşkil edir, Zəhra Tağıyeva üçün cavabdehdən tutulan alimentin məbləğının hazırda kifayət qədər az olduğu aydın olur. Zəhra Tağıyevanın sağlamlıq imkanları məhduddur, yəni o, daun sindromu psixi fiziki inkişafin geriliyi xəstəsi olduğu üçün daimi müalicəyə və xüsusi qayğıya ehtiyacı var. O zaman Zəhra Tağıyeva üçün hətta 170 manat aliment ödənilsə belə, bu məbləğin uşağın xərclərinin kiçik bir hissəsini belə ödəməyəcəyi aydındır. Belə ki, 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında uşağa daun sindromu psixi fiziki inkişafin geriliyi diaqnozu qoyularaq, sağlamlıq imkanı məhdud uşaq tolduğu və ixtisaslaşmış müalicəyə ehtiyac duyduğu müəyyən edilmişdir. Odur ki, uşaq xəstəliyi səbəbindən, “Birlik nitq və psixi inkişaf” mərkəzində aylığı 300 (üç yüz) manat təşkil edən defektoloji dərslərdə iştirak edir. Uşağın xərcləri daima artdığı üçün cavabdehdən tutulan aliment onun xərclərinin heç bir qisminin ödənilməsi üçün kifayət etmir. Nəzərə alaraq ki, uşağın səhhətində ciddi problemlər səbəbindən, ali təhsilli olan iddiaçı da işləyə bilmir, iddiaçının vəziyyəti çətindir; əldə etdiyi məlumata əsasən, cavabdeh hazırda ‘Etalon Security” MMC-də işləyir və 1546 manat əmək haqqı alır. Cavabdehdən tutulmalı olan alimentin məbləği artırılmalı və cavabdehin uşağın əlavə xərclərində iştirak etməsinə dair qətnamə çıxartmalıdır. Cavabdehlə birgə nikahından anadan olmuş Zəhra Tağıyevanın hazırda 7 yaşı var. 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında uşağa daim sindromu psixi fiziki inkişafin geriliyi diaqnozu qoyularaq, sağlamlıq imkanı məhdud uşaq olduğu və daimi olaraq müalicəyə ehtiyac duyduğu müəyyən edilib. Səhhətində yaranmş bu problemlə əlaqədar, daimi olaraq tibbi müalicəyə ehtiyac duyulur. Uşaq xəstəliyi səbəbindən, “Birlik nitq və psixoloji inkişaf mərkəzində aylığı 300 (üç yüz) manat təşkil edən defektoloji dərslərdə iştirak edir. Bunu təsdiq edən arayış iddia ərizəsinə əlavə edilir. Bu müalicəsi ilə bağlı xərclərini iddiaçı valideynlərinin köməkliyi ilə çox çətinliklə ödəyə bilir. Cavabdeh heç bir şəkildə uşağın müalicə xərclərinin ödənilməsində, onun təlimtərbiyəsində iştirak etmir, onun sağlamlıq və təhsil qayğıları ilə də maraqlanmır. Ana isə uşağın qayğılarından, xəstəliyi səbəbindən işləyə bilmir və ödənilən aliment məbləği ilə də uşağın bütün xərclərini qarşılaya bilmir. Uşağın sağlamlıq ehtiyaclarının qismən də olsa qarşılana bilməsi, onun psixoloji müalicə ala bilməsinin tənin edilməsi üçün cavabdehin uşağın əlavə xərclərində də iştirak etməsinə ciddi şəkildə ehtiyac var. Bununla əlaqədar İddiaçı Cavabdeh 16 iyul 2013-cü il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq gəlirinin dörddə bir hissəsi məbləğində alimentin və 16 iyul 2013-cü il təvəllüdlü, X4 əlavə xərclərinin ödənilməsində iştirak üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Maaşının iddiaçının göstərdiyi qədər olduğunu etiraf etsə də, etirazını kirayədə qaldığını, kreditin olduğunu və ona kifayət qədər pul vəsaiti verdiyini, ona aliment iddiaçının tələb etdiyi təqdirdə kəsilərsə həmin maaşdan heç nə qalmayacağı ilə əsaslandırmışdır. Əlavə müalicə ilə əlaqədar xərclərin ödənilməsinə da etiraz bildirərək, qeyd etmişdir ki, aliment puluna müalicə pulu da daxildir, həmin xəstəlik ömürlük olduğuna görə, ona heç bir müalicə kömək etməz və lazım deyildir. Uşağa yazığı gəldiyinə görə hər ay ona bir az artıq aliment pulu ödəyirdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını və çıxışlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, tərəflərin arasında 19.02.2011-ci il tarixdə nikah bağlanaraq bu barədə Nizami rayon Qeydiyyat şöbəsinin akt qeydləri kitabında 152 saylı qeyd aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər 16.07.2013-cü il təvəllüdlü X4 valideynidirlər. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli 2(010)-133/2015 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmaqla, birgə nikahdan olan, 16 iyul 2013-cü il təvəllüdlü, X4 ananın himayəsində qalması müəyyən edilmişdir. Qeyd edilən qətnamə əsasında iddiaçı ilə cavabdehin birgə nikahından olan Zəhra Tağıyevanın yetkinlik yaşına çatanadək aylıq 108 (bir yüz səkiz) manat sabit pul məbləğində alimentin Elçin Tağyevdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respubdikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 24 dekabr 2020-ci il tarixli, **********5 saylı məktubuna əsasən Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumata əsasən Cavabdeh qüvvədə olan 01.11.2020-ci il tarixli əmək müqaviləsinə əsasən “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində əsas iş yeri olaraq çalışır. “Birlik nitq və psixoloji inkişaf” mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli arayışa əsasən X7 həftədə 3 dəfə olmaqla birinci, üçüncü və beşinci günlər həmin mərkəzdə defektoloji dərslərdə iştirak edir. Aylıq 300 (üç) manat ödənməklə. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və ( və ya ) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda tutulur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. "Uşaq hüquqları haqqında" Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə ki , iddiaçı X1 rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 16 iyul 2013-cü il təvəllüdlü, X4 yetiknlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat məbləğində olan alimentin miqdarının dəyişdirilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini Cavabdeh maddi vəziyyətində baş vermiş dəyişikliklə, o cümlədən rəsmi iş yerinin mövcud olması, “Etalon Security” şirkətində işlənməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli 2(010)-133/2015 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmaqla, birgə nikahdan olan, 16 iyul 2013cü il təvəllüdlü, X4 ananın himayəsində qalmasına müəyyən edilmişdir. Qeyd edilən qətnamə əsasında iddiaçı ilə cavabdehin birgə nikahından olan Zəhra Tağıyevanın yetkinlik yaşına çatanadək aylıq 108 (bir yüz səkiz) manat sabit pul məbləğində alimentin Elçin Tağyevdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində əsas iş yeri olaraq çalışır, həmin hal iş materialları və cavabdehin özünün izahatı ilə təsdiq olunur. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyyəsinə, təhsilinə, və sair xidmət etməsinə, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını, yuxarıda qeyd olunan ailə qanunvericliyinin normalarını, iş materiallarını, iddiaçının və cavabdehin izahatlarını nəzərə alaraq, rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməklə, Cavabdeh rəsmi iş yeri mövcud olması halı cavabdehin izahatı ilə və iş materialları ilə təsdiq olunduğundan 16.07.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment Cavabdeh qazancından və başqa gəlirlərindən dörddə bir hissədə tutulmalıdır. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, iddiaçı bir ata kimi övladının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun maddi imkanının aşağı olması uşaqlarının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək, həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. İddianın 16 iyul 2013-cü il təvəllüdlü, X4 daun sindromu xəstəliyi ilə əlaqədar iddiaçı X2 ona çəkilmiş xərclərin yarısının cavabdehdən tutulmasından ibarətdir. Məhkəməyə təqdim edilmiş mədaxil qəbzinə və arayışa əsasən iddiaçı tərəfindən 16 iyul 2013-cü il təvəllüdlü X4 aylıq müalicəsi, o cümlədən “Birlik nitq və psixoloji inkişaf mərkəzində defektoloji dərslərdə iştirak edilməsi üçün, 300 manat pul vəsaiti ödənilmişdir. İddiaçının izahatına əsasən 16 iyul 2013-cü il təvəllüdlü X8 xəstəliyi ilə əlaqədar iddiaçı həmçinin 150 manat miqdarında sosial müavinət alır. Cavabdeh həmin tələbin təmin edilməsinə etiraz edir. Tələbə olan etirazını həmin xəstəliyin müalicə olunmayan xəstəlik olması ilə və müalicə pulun onsuzda aliment məbləğinə daxil olması ilə əsaslandırır. Həmin tələblə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikaslı Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Məhkəmə qeyd edir ki, uşağın müalicəsi ilə bağlı olan tibbi xidmətlər üçün xərclənən pul vəsaitinin məhz əlavə xərclərə daxildir. Ailə qanunvericliyinin normalarını, 16 iyul 2013-cü il təvəllüdlü, X4 daun sindromu xəstəliyini, iddiaçının uşağın 150 manat miqdarında sosial müavinətin alınmasına dair izahatını nəzərə almaqla, hesb edir ki, Cavabdeh 16 iyul 2013-cü il təvəllüdlü, X4 müalicəsi ilə əlaqədar olan əlavə xərclərdə - yəni müalicəyə xərclənən aylıq 300 manat məbləğindən 16 iyul 2013-cü il təvəllüdlü, X4 xəstəliyi ilə əlaqədar ödənilən 150 manat sosial müavinətin məbləğini nəzərə almaqla, qalan 150 manat əlavə xərclərin ödənilməsində digər valideynlə İddiaçı ilə bərabər iştirak edilməlidir. Bu halda Cavabdeh oğundan əlavə xərclər 16 iyul 2013-cü il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək 75 ( yetmiş beş) manat məbləğində tutularaq İddiaçı xeyrinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 16 iyul 2013-cü il təvəllüdlü, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancından və başqa gəlirlərindən ¼ (dörddə bir) hissədə aliment tutularaq İddiaçı verilsin. 16 iyul 2013-cü il təvəllüdlü, X4 xəstəliyi ilə əlaqədar Cavabdeh hər ay 75 (yetmiş beş) manat sabit pul məbləği tutularaq İddiaçı ödənilsin. Aliment qətnamənin qanuni qüvəyyə mindiyi gündən tutulsun. Cavabdeh əlavə olaraq 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-434/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-434/2021
02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver