Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4402/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci tarixli, RTK08268 №-li müqavilə üzrə 259.54 manat qalıq borcu, 167.70 manat cərimə borcu olmaqla, cəmi 427.24 manat məbləğində və xx.xx.2020-ci tarixli, RTK09047 №-li müqavilə üzrə 325 manat qalıq borcu, 210.10 manat cərimə borcu olmaqla, cəmi 535.10 manat məbləğində, hər iki müqavilə üzrə isə 962.34 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır
İddia tələbinin dəlilləri
3. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, RTK08268 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, 12 ay müddətinə hissəhissə hər ay üçün 44 manat, sonuncu ay üçün isə 39.54 manat ödəmək şərti ilə, 548.54 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, RTK09047 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, 12 ay müddətinə hissə-hissə hər ay üçün 32 manat, sonuncu ay üçün isə 37 manat ödəmək şərti ilə, 389 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhviltəslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, RTK08268 saylı və xx.xx.2020-ci tarixli, RTK09047 saylı müqavilə üzrə qalıq borcu 259.54 və 325 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1889.04 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 377.80 manat təşkil edir. Qeyd edilir ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri Optimal Elektronika” MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, RTK08268 №-li və xx.xx.2020ci tarixli, RTK09047 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir.
Tərəflərin izahatları
4. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, müqavilə üzrə nəzərdə tutulmuş məhsul ona təqdim edilmişdir. O, müəyyən müddət ərzində ödənişlər həyata keçirmişdir. Lakin daha sonra ödənişlər etmədiyi üçün telefon xətti bağlanmış və işləməmişdir. Hazırda iddia tələbində tələb olunan əsas borclarla razıdır, lakin hesab edir ki, hər iki müqavilə üzrə tələb olunan cərimə borcu yüksəkdir.
İş materialları
6. xx.xx.2020-ci tarixli, RTK08268 №-li nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı Əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hissə-hissə hər ay üçün 44 manat, sonuncu ay üçün isə 39.54 manat ödəmək şərti ilə 548.54 manat dəyərində olan məhsulu almışdır.
7. xx.xx.2020-ci tarixli Təhvil-təslim aktından görünür ki, xx.xx.2020-ci tarixli, RTK08268 №-li nisyə alqı-satqı müqaviləsi üzrə qeyd olunan məhsul Cavabdeh təqdim edilmişdir. 8.xx.xx.2020-ci tarixli, RTK09047 №-li nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı Əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hissə-hissə hər ay üçün 32 manat, sonuncu ay üçün isə 37 manat ödəmək şərti ilə 389 manat dəyərində olan məhsulu almışdır.
9. xx.xx.2020-ci tarixli Təhvil-təslim aktından görünür ki, xx.xx.2020-ci tarixli, RTK09047 №-li nisyə alqı-satqı müqaviləsi üzrə qeyd olunan məhsul Cavabdeh təqdim edilmişdir.
10. İş materiallarında olan “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsindən və bildirişdən görünür ki, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, RTK08268 №-li və xx.xx.2020-ci tarixli, RTK09047 №-li nisyə alqı-satqı müqavilələrindən irəli gələn pul tələbi “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir və bu barədə borcluya bildiriş göndərilmişdir.
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci tarixli, RTK08268 nömrəli alqı-satqı müqaviləsi üzrə 259.54 manat əsas borcu, 167.70 (hesablanmış ümumi cərimə məbləğinin 20 faizi) manat cərimə borcu olmaqla cəmi 427.24 manat, xx.xx.2020-ci tarixli, RTK09047 nömrəli alqı-satqı müqaviləsi üzrə 325 manat əsas borcu, 210.10 (hesablanmış ümumi cərimə məbləğinin 20 faizi) manat cərimə borcu olmaqla cəmi 535.10 manat borcu mövcuddur.
12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
İşin faktiki halları
13. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci tarixli, RTK08268 nömrəli və xx.xx.2020-ci tarixli, RTK09047 nömrəli Nisyə Alqı-satqı müqavilələrinin imzalanması, müqavilələrdə nəzərdə tutulan məhsulların Cavabdeh təhvil verilməsi, daha sonra "xxxx" MMC-nin Cavabdeh qarşı borc məbləğini tələb etmə hüququnun "xxxx" MMC-yə güzəşt edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin ödəniş qrafikinə əməl etmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəf isə iddia tələbində qeyd olunan qalıq borc məbləği ilə razı olduğunu, lakin cərimə məbləğləri ilə razı olmadığını bildirir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 655. Faktorinq müqaviləsi 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.
Məhkəmənin mövqeyi
15. Məhkəmə cavabdeh tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
16. Məhkəmə əvvəlcə qeyd edir ki, işdən göründüyü kimi, satıcı ilə cavabdeh arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmış və satış predmeti olan məhsullar cavabdehə verilmişdir. Satıcının tələb hüququ hazırkı iş üzrə iddiaçıya keçdiyinə görə, iddiaçının hazırkı tələbi cavabdehə qarşı irəli sürməkdə subyektiv hüququ vardır.
17. Məhkəmə qeyd edir ki, iddia tələbi hər iki müqavilə üzrə - xx.xx.2020-ci il tarixli müqavilə üzrə tələb olunan 259.54 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə tələb olunan 325 manat əsas borca münasibətdə tam əsaslıdır. Lakin hər iki müqavilə üzrə tələb olunan cərimə məbləğləri yüksəkdir. Məhkəmə cavabdehin üzərində hər iki müqavilə üzrə əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə əsas borca münasibətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldılaraq xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat həddində müəyyən edilməlidir. Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 259.54 manat qalıq borc və 10 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 325 manat qalıq borc və 10 manat cərimə borcu olmaqla cəmi 604.54 manat (altı yüz dörd manat əlli dörd qəpik) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 259.54 manat qalıq borc və 10 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 325 manat qalıq borc və 10 manat cərimə borcu olmaqla cəmi 604.54 manat (altı yüz dörd manat əlli dörd qəpik) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.