Məhkəmə qərarları › İş №e-2(010)-4442/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4442/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4442/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı idəqəṅ ıB" Oyl Kompani" şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Fı̇ lı̇ alının cavabdeh Əlı̇ yev Hı̇ kmət Rövşən oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı idəqəṅ ıB" Oyl Kompani" şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Fı̇ lı̇ alı cavabdeh Əlı̇ yev Hı̇ kmət Rövşən oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə sürücü Cavabdeh idarə etdiyi “Nissan Note” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İddiaçı şirkətinə (“Şirkət”) məxsus mühafizə məqsədi ilə çəkilən hasara çırparaq qəza törətməsi nəticəsində Şirkətə 110 manat məbləğində pulun (dəymiş zərərin əvəzinin) və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2024-cü il tarixdə 2 saylı mədənin ərazisində “İSUZU” markalı **-NP-*** dövlət nömrə nişanlı sərnişin nəqliyyat vasitəsinin idarə etməni itirərək “Nissan Note” markalı **-MG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə çırpılması nəticəsində sonuncu yoldan çıxaraq İddiaçı şirkətinin (“Şirkət”) Azərbaycan Respublikasındakı filialına məxsus mühafizə hasarına çırpılmış və nəticədə həmin hasarın 5 metrə yaxın daş və boru hissəsini dağıdaraq Şirkətə ziyan vurmuşdur. Şirkət tərəfindən 013/630 saylı, xx.xx.2024cü il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (“Binəqədi RPİ”) və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yol nəqliyyatı hadisəsi barədə məlimat verilmiş və qəza hadisəsi ilə bağlı zəruri sənədlərin (tərtib edilmiş protokolun və sürücü barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarının surətinin) İddiaçı şirkətinə (“Şirkət”) və həmin şəxs tərəfindən Şirkətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə rəsmi müraciət edilərək xahiş edilmişdir (məktubların surəti əlavə edilir). Daha sonra Şirkətə Binəqədi RPİ tərəfindən 3-13-46/2-29943 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ünvanlanaraq, qəzanı törədən şəxs Cavabdeh xx.xx.2024-cü il tarixdə törətdiyi yol nəqliyyat hadisəsinə görə barəsində BDYPİ tərəfindən AR İzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 327.1 -ci maddəsində nəzərdcə tutulmuş inzibati xəta barədə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edildiyi qeyd edilmişdir (məktubun və protokolun surəti əlavə edilir). Hadisə nəticəsində Şirkətə məxsus neft quyularının mühafizəsi məqsədi ilə çəklilən hasarın 5 metr hissəsi dağılaraq yararsız vəziyyətə düşmüş və Şirkət tərəfindən həmin hasarın təmir-bərpa işlərinə 110 manat məbləğində xərc çəkiləcəyi nəzərdə tutulmuşdur. Həmin xərclərin müəyyən edilməsi qaydası göstərilməklə Şirkətin aidiyyəti əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh Əlı̇ yev Hı̇ kmət Rövşən oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları

5. AR DİN Binəqədi RPİ-nin idəqəṅ ıB" Oyl Kompani" şı̇ rkətı̇ nə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Nissan Note” markalı **-MG-*** dövlət nömrə nişanlı və “İSUZU” markalı **-NP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə idəqəṅ ıB" Oyl Kompani" şı̇ rkətı̇ nə maddi zərər dəymişdir. Nissan Note” markalı **-MG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən Əlı̇ yev Hı̇ kmət Rövşən oğlunun barəsində AR İXMnin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir.

6. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, “Nissan Note” markalı **-MG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən Əlı̇ yev Hı̇ kmət Rövşən oğlu AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

7. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə sürücü Əlı̇ yev Hı̇ kmət Rövşən oğlunun idarə etdiyi “Nissan Note” markalı **-MG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Şirkətə məxsus neft quyularının mühafizəsi məqsədilə çəkilən hasara çırpılaraq qəza törətməsi nəticəsində Şirkətə məxsus hasarın 5 metr hissəsi dağılaraq yararsız vəziyyətə düşmüş və Şirkət tərəfindən həmin hasarın təmir-bərpa işlərinə 110 manat məbləğində xərc çəkiləcəyi nəzərdə tutulmuşdur.

İşin faktiki halları

8. Hazırki iddia tələbində iddiaçı xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh Əlı̇ yev Hı̇ kmət Rövşən oğlunun idarə etdiyi “Nissan Note” markalı **-MG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iddiaçıya məxsus neft quyularının mühafizəsi məqsədilə çəkilən hasara çırpılaraq qəza törətməsi nəticəsində Şirkətə 110 manat məbləğində maddi ziyan vurulduğunu qeyd edir və həmin pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

11. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

12. Məhkəmə qeyd edir ki, hazırki iş materiallarından və iddiaçı tərəfin izahatından müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Nissan Note” markalı **-MG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus neft quyularının mühafizəsi məqsədilə çəkilən hasara çırpılmış və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, cavabdeh həmin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və onun barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş aktdan da görünür ki, qəza nəticəsində iddiaçı Şirkətə məxsus hasarın 5 metr hissəsi dağılaraq yararsız vəziyyətə düşmüş və Şirkət tərəfindən həmin hasarın təmir-bərpa işlərinə 110 manat məbləğində xərc çəkiləcəyi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmiş və nəticədə iddiaçıya 100 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan hal hazırki işin araşdırılan halları ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Əlı̇ yev Hı̇ kmət Rövşən oğlundan vurulmuş zərərə görə 110 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı idəqəṅ ıB" Oyl Kompani" şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Fı̇ lı̇ alına ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Əlı̇ yev Hı̇ kmət Rövşən oğlundan vurulmuş zərərə görə 110 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı idəqəṅ ıB" Oyl Kompani" şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Fı̇ lı̇ alına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar