Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4445/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçının etibaranmə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli EE000571424 nömrəli kredit müqaviləsinə üzrə 3451.03 manat əsas, 73.65 manat faiz borcu olmaqla, cəmi 3524.68 manat, xx.xx.2023-cü il tarixli EE0026959 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 3427.31 manat əsas, 68.24 manat faiz borcu olmaqla, 3495.55 manat məbləğində kredit borclarının və ödənilmiş 90.21 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. "xxxx" ASC ilə X8 arasında bağlanan xx.xx.2022-ci il tarixli EE000571424 nömrəli kredit müqaviləsinə əsasən X6 illik 19.9%-lə, 50 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X8 arasında bağlanan xx.xx.2023-cü il tarixli EE002695942 nömrəli kredit müqaviləsinə əsasən X6 illik 23.9 %-lə, 36 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X8 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 miras qalmış torpaq sahəsinin qəbulu ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişdirlər. Təqdim edilmiş maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş xx.xx.2022-ci il tarixli EE000571424 nömrəli kredit müqaviləsinə əsasən kredit üzrə 3451.03 manat əsas, 73.65 manat faiz borcu olmaqla, cəmi 3524.68 manat, xx.xx.2023-cü il tarixli EE002695942 nömrəli kredit müqaviləsinə əsasən krediti üzrə 3427.31 manat əsas, 68.24 manat faiz borcu olmaqla, 3495.55 manat kredit borcu qalmışdır. Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2-21205/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 90.21 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları.
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının etibaranmə üzrə nümayəndəsi X7 iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları.
5. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X8 arasında bağlanan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X6 illik 19.9%-lə, 50 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir.
6. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X8 arasında bağlanan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X6 illik 23.9 %-lə, 36 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir.
7. İş materiallarında olan maliyyə arayışından görünür ki, X4 xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə 3451.03 manat əsas və 73.65 manat faiz borcu vardır.
8. İş materiallarında olan maliyyə arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə 3427.31 manat əsas borcu və 68.24 manat faiz borcu vardır.
9. AZ-İİ seriyalı, 433519 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
10. AR ƏN 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli 1253 nömrəli məktubundan görünür ki, mərhum X4 vərəsəlik işinin açılmasına dair mərhumun arvadı – Cavabdeh1, oğlu – Cavabdeh4, oğlu – Cavabdeh2 və qızı X5 torpaq sahəsinə dair müraciət etmiş və onlar miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdırlar.
11. Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları.
12. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC ilə mərhum X8 arasında iki kredit müqaviləsi imzalanmış və ona həmin müqavilələrdə nəzərdə tutulan kredit vəsaiti verilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırkı iddia tələbində iddiaçı hər iki kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcunu mərhumun vərəsələri – hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tələb edir və öz tələbində ona istinad edir ki, mərhumdan qalan miras aktivinə dair vərəsəlik işinin açılması barədə cavabdehlər notariat orqanına müraciət etmişdirlər. Məhkəmənin 08 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iddia tələbini qəbul etdiklərini bildirmişdirlər. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq olunan hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
14. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.
Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
19. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı - kreditor "xxxx" ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni X1na hər iki müqavilə üzrə nəzərdə tutulan kredit vəsaitini vermişdir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə X8 arasında bağlanan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X6 illik 19.9%-lə, 50 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" ASC ilə X8 arasında bağlanan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X6 illik 23.9 %-lə, 36 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. X1 isə kreditor qarşısındakı öhdəliyini tam icra etməmiş xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda bank mərhum borclunun vərəsələrindən – Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsini tələb edir. İş materiallarından müəyyən edilir ki, mərhum X3 miras qalmış daşınmaz əmlaka dair 5 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində vərəsəlik işinin açılması barədə onun vərəsələri kimi tanınan Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən müraciət edilmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdehlər borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 90.21 manat dövlət rüsumu və 0.80 manat bank xidmət cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X4 vərəsələri – cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, EE000571424 nömrəli kredit müqaviləsi üzrə 3451.03 manat əsas borc və 73.65 manat faiz borcu olmaqla cəmi 3524.68 manat, xx.xx.2023-cü il tarixli, EE002695942 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 3427.31 manat əsas borc və 68.24 manat faiz borcu olmaqla cəmi 3495.55 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və iş üzrə ödənilmiş 90.21 manat dövlət rüsumu və 0.80 manat bank xidmət cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. X4 vərəsələri – cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli, EE000571424 nömrəli kredit müqaviləsi üzrə 3451.03 manat əsas borc və 73.65 manat faiz borcu olmaqla cəmi 3524.68 manat, xx.xx.2023-cü il tarixli, EE002695942 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 3427.31 manat əsas borc və 68.24 manat faiz borcu olmaqla cəmi 3495.55 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 90.21 manat dövlət rüsumu və 0.80 manat bank xidmət cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.