Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4495/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CL-EE001268728 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1471.21 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 6.81 manat faiz borcu olmaqla, cəmi ödənilməmiş 1478.02 manat borcu məbləğinin, ödənilmiş 34.78 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2(010)-2448/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi barədə kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, CL-EE001268728 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 24 ay müddətinə illik 15.9 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 24 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 248 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2024-ci il tarixli 2V-85, 2V-86 və 2V-87 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamələr verilmişdir. Bankın Suraxanı filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2025-ci ilədək kredit üzrə Banka ödənilməmiş 1471.21 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 6.81 manat faiz borcu olmaqla, cəmi ödənilməmiş 1478.02 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2- 290732025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Tərəflərin izahatları. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, borc alan şəxs oğludur. Ondan 3 maşını qalıb. Vərəsə tək odur. Borc barədə məlumatı yoxdur. Borcu qəbul edir. Aybaay ödəyə bilər. İş materialları. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müştəri X2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə "xxxx" Kommersiya Bankı ASC-yə 1471.21 manat əsas borc, vəfat etdiyi tarixə 6.81 manat faiz borcu olmaqla, cəmi 1478.02 manat məbləğində borcu vardır. xx.xx.2023-cü il tarixli, EE001268728 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X5 2000 manat məbləğində krediti illik 15.9%-lə, 24 ay müddətinə aylıq 97.83 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Əlavədə qeyd olunan ödəniş cədvəlinə əsasən, X5 xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 97.84 manat, xx.xx.2025-ci il tarixində isə 97.49 manat ödəniş etməlidir. "xxxx" ASC – "xxxx", X5 – “Müştəri” və ya “Borcalan” olmaqla bağlanmış EE001268728 nömrəli, xx.xx.2023-cü il tarixli İstehlak krediti müqaviləsindən görünür ki, Borcalana 2000 manat məbləğində kredit 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 14.9 faiz ödəmək şərti ilə verilir. 10.2-ci bəndə əsasən, Borcalan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda (gecikdirildikdə), həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq ABB tərəfindən Borcalana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1% faiz həcmində cərimə hesablana bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 248 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisi sizin xx.xx.2025-ci il tarixli AH-070 nömrəli sorğunuza cavab olaraq bildirir ki, xx.xx.2023-cü ii tarixində vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan anası - Cavabdehdır (Ş/V-AA*******, FİN-xxxxxxx, d/t-xx.xx.1971). Ona xx.xx.2024-cü il tarixində 2V-85,2V-86, 2V- 87 reyestr nömrə ilə Qanun üzrə X6 şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli Qanun üzrə X6 Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu madddəsinə əsasən təsdiq edir ki, xx.xx.2023-cü il tarixdə vefat etmiş X2 vərəsəsi: - anası Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: buraxılış ili 2006-cı il olan KİA RİO MİNİK markalı 99NM169 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli Qanun üzrə X6 Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu madddəsinə əsasən təsdiq edir ki, xx.xx.2023-cü il tarixdə vefat etmiş X2 vərəsəsi: - anası Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: buraxılış ili 2006-cı il olan KİA RİO MİNİK markalı 99SY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli Qanun üzrə X6 Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu madddəsinə əsasən təsdiq edir ki, xx.xx.2023-cü il tarixdə vefat etmiş X2 vərəsəsi:-anası Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: buraxılış ili 2007-ci il olan KİA RİO MİNİK markalı 77DY410 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş, AZ-İİ seriyalı 397903 saylı X3 surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 1957 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, CL-EE001268728 saylı kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 iş günü müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC və mərhum X5 arasında xx.xx.2023-cü il tarixli, EE001268728 saylı müqavilə bağlanmış və ona 24 ay müddətinə, illik 15.9% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən, onun adına olan miras əmlakı vərəsəlik şəhadətnaməsi üzrə Cavabdeh adına keçirilmişdir. Qanunun tələbinə görə, X2 malik olduğu əmlak vəzifələrinə, həmçinin, miras passivi olaraq banka olan krediti üzrə 1478.02 manat borcu da daxildir. Miras əmlak üzrə hüquqlar qanun üzrə vərəsə olan Cavabdeh keçdiyindən, o (vərəsə), miras qoyanın kreditorlarına olan borcunu tam hissədə ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Onun adına yazılan vərəsəlik şəhadətnaməsi ilə müəyyən edilir ki, ona verilən miras əmlak buraxılış ili 2006-cı il olan Kıa Rıo minik markalı 99NM169 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, buraxılış ili 2006-cı il olan Kıa Rıo minik markalı 99SY226 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, buraxılış ili 2007-ci il olan Kıa Rıo minik markalı 77DY410 dövlət nömrə nişanlı nəqliyyat vasitələrindən ibarətdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh aldığı miras aktivi miras passivindən artıqdır. Lakin, vərəsə iddiaçının müraciətinə baxmayaraq, kredit müqaviləsi üzrə ödənişləri aparmamış, bununla da, Cavabdeh hərəkətləri mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən mərhum X2 borcunu tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1471.21 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 6.81 manat faiz borcu olmaqla, cəmi ödənilməmiş 1478.02 manat borc tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 34.78 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı ‘'Azərbaycan Beynəlxalq Bankı'' ASC-nin xeyrinə 1471.21 manat əsas borcu və vəfat etdiyi tarixə ödənilməmiş 6.81 manat faiz borcu olmaqla, cəmi ödənilməmiş 1478.02 manat borc, dövlət rüsumu olaraq ödənilmiş 34.78 manat və 0.4 manat xidmət haqqı məbləğində vəsait tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4495/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4495/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver