Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4514/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cabbarov Şahin Əsgər oğlu və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər Cabbarov Şahin Əsgər oğlu və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli müqavilə üzrə 770 manat əsas borc, 70 manat cərimə, cəmi 840 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh Cabbarov Şahin Əsgər oğlu ilə aralarında 07 may 2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Samsung ** TU ***0 markalı televizor əldə etmiş və nəticədə 1299 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və ondan 770 manat ödənilməmiş əsas hissə, 70 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 550 manat təşkil edir. Cavabdehlə bağlanmış müqavilənin tərkib hissəsi olan təhvil-təslim qəbzindən görünür ki, cavabdeh məhsulu tam və qüsursuz şəkildə əldə etmişdir. Digər tərəfdən, cavabdehə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq öhdəliyi icra etməmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən, ödəniş cədvəlindəki gecikmələrə görə, “Alıcı” hər gecikdirilən gün üçün aylıq ödənişin 3%-i həcmində əlavə cərimə ödəyir. Cavabdeh Cabbarov Şahin Əsgər oğluna kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 37990 nömrəli, xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 3-1-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
4. Cavabdehlər Cabbarov Şahin Əsgər oğlu və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
5. xx.xx.2021-ci il tarixli 379990 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı cavabdeh Cabbarov Şahin Əsgər oğluna 12 ay müddətinə ödənilməsi məqsədi ilə Samsung ** TU ***0 markalı televizor verilmişdir.
6. xx.xx.2021-ci il tarixli 379990 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 borcalan Cabbarov Şahin Əsgər oğlunun öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır.
7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 770 manat əsas borc, 70 cərimə borcu olmaqla cəmi 840 manat məbləğində borcu vardır.
8. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borc məbləğini 3 gün ərzində qaytarması barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
9. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, müqavilədə qeyd olunan əmlakın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, həmin alqı-satqı müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh1 zaminlik müqavilələrin bağlanması işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehlərin müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlərin iddia tələbi ilə bağlı ərizə yaxud etirazı daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0.04. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Məhkəmənin mövqeyi
11. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
12. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh Cabbarov Şahin Əsgər oğluna xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 12 ay müddətinə dəyəri 1299 manat TV Samsung 55TU 7140 manat kredit vermişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli 379990 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İşin halarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericilik normalarının tələbləri baxımından etibarlı kredit və zaminlik müqavilələri bağlanmışdır. İddiaçı alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, Cavabdeh2 öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən Cavabdeh2 verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini Cavabdeh2 qarşı irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh2 qeyd olunan borc məbləğini qaytarmamaqla öz öhdəliyini icra etməmiş və eyni zamanda iddia tələbini təkzib edən hər hansı bir sübut da təqdim edilməmişdir. İddianın əsassızlığına dəlalət edən hallar yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsas borca aid hissədə Cavabdeh2 münasibətdə tam əsaslıdır. Lakin bununla belə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi, cərimə borcuna münasibətdə qismən əsaslıdır. Belə ki, məhkəmə tələb edilən 70 manat cərimə məbləğini əsas borca mütənasib hesab etmir. Məhkəmə Cavabdeh2 üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə əsas borca münasibətdə yüksək olmasını nəzərə alaraq hesab edir ki, cərimə azaldılaraq 30 manat həddində müəyyən edilməlidir.
13. Məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə əsaslı saymır. Ona görə ki, kredit müqaviləsinin müddəti 12 ay müəyyən edilmişdir. Həmin müqavilənin təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 379990 saylı zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə kimi müəyyən edilsə də, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia tələbi irəli sürülməmişdir. Zaminliyə xitam verilməsi əsaslarını tənzimləyən Mülki Məcəllənin 477-ci maddəsinə görə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməzsə, zaminliyə xitam verilməlidir. Bu müddət kəsici müddətdir. Yani, müddət keçməklə, öhdəliyə də xitam verilir. Bu hal isə Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbinin əsassız hesab edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi rədd olunmalıdır.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cabbarov Şahin Əsgər oğlundan iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cabbarov Şahin Əsgər oğlundan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 770 manat əsas borc, 30 manat cərimə və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 770 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov