Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4538/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğinin cavabdeh X3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü -X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, iş 2(010)- 4520/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda bir uşaq üçün 160 manat, ümumilikdə 320 aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda oğlu Fəridin 15, qızı Dənizin isə 12 yaşı var. Suraxanı rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(010)-4520/2019 saylı qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Qanununa görə 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Qeyd edilir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti çox az miqdarda ödəmiş, və hazırda 14000-ə yaxın aliment borcu yaranmışdır. Uşaqların bütün qayğısını və ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Bundan əlavə qeyd edilir ki, qızları Mehdizadə Dəniz dəri xəstəliyindən əziyyət çəkir və bu günə kimi onun bütün müalicə xərcləri onun tərəfindən qarşılanmış, cavabdeh tərəfindən heç bir maddi köməklik göstərilməmişdir ki, bu da Azərbaycan Respublikasının qanunlarına, həmçinin insanlıq halına tamamilə ziddir. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı nəzərə alınaraq hesab edilir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq bir uşaq üçün hər ay 235 manata, ümumilikdə 470 manata çatdırılmalıdır. Qeyd edilir ki, hazırki mübahisənin mediasiya prosesində həlli mümkün olmamış və mediatorun müvafiq arayışı iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdehin ərizəsi Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin, iddianı qəbul etmədiyini, əmək qabiliyyəti olmadığını bildirmişdir. Belə ki 23 dekabr 2011-ci ildə keçirtdiyi ağır yol qəzası sol ayağının topuq hissəsinin çoxqəlpəli açıq sınığı və pəncəsinin tam çıxması ilə nəticələnmişdir. Bu günə qədər də axsayaraq yeriməkdə əziyyət çəkir. Məhkəmə tərəfindən təyin edilmiş alimenti vaxtında ödəyə bilmir. Bundan başqa, onun himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. Ona görə də, İddiaçı ona qarşı qaldırdığı aliment məbləğinin artırılması tələbi barədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş emtişdir. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq olaraq izahat verərək alimentin artırılması xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən işə onun iştirakı olmadan baxmağı xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 946896 nömrəli xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 avqust 2012-ci il tarixdə 2605 sayla qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 406260 nömrəli xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26 yanvar 2010-cu il tarixdə 231 sayla qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İ seriyalı 218040 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixində 44 nömrə ilə qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada Əsədova soyadı qaytarılmışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)-2813/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən 1168 №-li qeydlə xx.xx.2008-ci ildə Cavabdeh ilə X8 arasında bağlanmış nikahın ləğv edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 anası X4 yanında qalması, Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X6 və xx.xx.2012-ci ildə anadan olmuş X1 üçün iddiaçı X4 xeyrinə xx.xx.2015-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment və xx.xx.2012-ci il təvəllüdlü X7 üç yaşına çatana kimi hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-4520/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli, 2(010)-2813/2015 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün tutulması qət edilmiş 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat müəyyən edilməsi qət edilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Mediasiya Sessiyasında iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında MŞB/18/2024-00867 nömrəli mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat ilkin mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir. İş materiallarında olan İnformatika və statistika İdarəsi Aristokrat Tibb Mərkəzinin xx.xx.2011-ci il tarixli ambulator ,stasionar xəstənin tibb kitabçasından çıxarışdan görünür ki, Cavabdeh sol topuq oynağın sümükləri çox qəlpəli açıq sınıqları və pəncənin tam çıxığı, ikinci dərəcəli şok X5 tezdən sonraki vəziyyət şəklində diaqnoz qoyulmuşdur. İş materiallarında olan İnformatika və statistika İdarəsi Aristokrat Tibb Mərkəzinin xx.xx.2019-cu il tarixli ambulator xəstənin tibb kitabçasından çıxarışdan görünür ki, Cavabdeh sol topuq oynağın ankilozu, sol baldır və bud əzələlərinin atrofajası daimi ağrı sendromu ilə sol tərəfli dayaq və hərəkət funksiyasının azalması şəklində diaqnoz qoyulmuşdur. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 256845 nömrəli xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası X10) xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 04 mart 2019-cu il tarixdə 1379 sayla qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından iki uşağı doğulmuş və bu uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı, uşaqlar üçün yaşayış minimumu artdığından, bu uşaqların saxlanılması üçün cavabdehdən alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, 2(010)-4520/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2015-ci il tarixli, 2(010)-2813/2015 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün tutulması qət edilmiş 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat müəyyən edilməsi qət edilmişdir. Cavabdehin xəstə olması və başqa bir uşağının olması halını əsas kimi göstərərək alimentin artırılmasına etiraz etməsinə baxmayaraq, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Çünki, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-4520/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4520/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 38 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva