Məhkəmə qərarları › İş №e-2(010)-4562/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(010)-4562/2020

07.10.2020 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(010)-4562/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakim Miriyeva Səlimə Miri qızı Kreditor Borclu Abdulhuseyn oğluna qarşı «borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Kreditor MMC Borclu Abdulhuseyn oğluna qarşı «borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 1№li TT-nin yataqxana evi ünvanında qeydiyyatda olan Borclu Abdulhuseyn oğlundan 2402 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2422 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ*************-*******) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu Abdulhuseyn oğlu xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 498 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 312 manat borcu qalmışdır. Borclu Abdulhuseyn oğlu xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 2580 manat olan məişət avadanlığı əldə etmiş, borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 2090 manat borcu qalmışdır. Odur ki, borcludan 2402 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2422 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: Kreditor MMC ilə alıcı Borclu Abdulhuseyn oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, HAK4715374 nömrəli borc müqaviləsindən müəyyən edilir ki, Borclu Abdulhuseyn oğlu Kreditordən hissə-hissə ödəniş etmək şərti ilə 498 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 30 manatını ilkin ödəmiş, qalan 468 manat məbləği, 12 ay müddətə, hər ay 39 manat olmaqla Kreditoryə ödəməyi öhdəsinə götürmüşdür. Kreditor MMC ilə alıcı Borclu Abdulhuseyn oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, HAK4716165 nömrəli borc müqaviləsindən müəyyən edilir ki, Borclu Abdulhuseyn oğlu Kreditordən hissə-hissə ödəniş etmək şərti ilə 2580 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 300 manatını ilkin ödəmiş, qalan 2280 manat məbləği, 12 ay müddətə, hər ay 190 manat olmaqla Kreditoryə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu Abdulhuseyn oğlu ilə xx.xx.2018-ci il tarixində bağlanmış HAK4716166 nömrəli müqavilə üzrə ödənilməmiş 2090 AZN olmaqla, ümumilikdə 2402 AZN əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borclu üzərinə bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və kreditora olan borcunu tam qaytarmamışdır. Nəticədə öhdəliklərini kreditor qarşısında tam icra etməyən Borclu Abdulhuseyn oğlunun Kreditor MMC-yə 2402 manat məbləğində borcu (əsas) yaranmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olunduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 276.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa məhkəmə əmri verilə bilər. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Bundаn bаşqа, MPM-in 119.1-ci mаddəsinə əsаsən iş üzrə ödənilmiş dövlət rüsumu dа bоrcluyа аid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq əmr etdi: xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 1№li TT-nin yataqxana evi ünvanında qeydiyyatda olan Borclu Abdulhuseyn oğlundan 2402 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2422 (iki min dörd yüz iyirmi iki) manat məbləğində pul vəsaiti alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ*************-*******) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar