Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-457/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2020-ci il tarixli 012A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh Qüdrət oğlundan İddiaçı QSC-nin xeyrinə 1685.92 manat məbləğində kredit borcu, 141.38 manat məbləğində faiz borcu və 155.44 manat məbləğində cərimə olmaqla, cəmi 1982 (min doqquz yüzsəksən iki) manat 74 (yetmiş dörd) qəpik məbləğində borcun; xx.xx.2021-ci il tarixli, 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə Cavabdeh Qüdrət oğlundan İddiaçı QSCnin xeyrinə 969.58 manat məbləğində kredit borcu, 186.98 manat məbləğində faiz borcu və 713.10 manat məbləğində cərimə olmaqla, cəmi 1869 (min səkkiz yüz altmış doqquz) manat 66 (altmış altı) qəpik məbləğində borcun və ödənilmiş 58.49 manat məbləğində dövlət rüsumunun tutulması. İddia tələbinin dəlilləri Cavabdeh Qüdrət oğlu ilə İddiaçı QSC xx.xx.2020-ci il tarixdə bağladığı 012A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.75% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. O. kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O. götürdüyü kredit borcundan 2314.08 manat ödəniş etmiş və onun iddiaçıya 1685.92 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 225 gün üçün hesablanmış faiz borcu 141.38 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 225 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 155.44 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh Qüdrət oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 10E**********74 nömrəli kart krediti müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2% olmaqla, 1000 (min) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə verir. 03.02.202l-ci il tarixli. 10E**********74 nömrəli kart hesabının açılması, plastic kartın emissiyası və kapa dair xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən, müştəri müqaviləni imzalamaqla onu oxuduğunu, şənlərini başa düşdüyünü, müqavilə və onun standart şərtlərində qeyd olunan internet səhifələrindəki məlumatlarla tanış olduğunu və onları daim izləyəcəyini təsdiq edir. Kartın açılması üçün sifariş ərizəsinə əsasən, Private VİSA X3 Acc növlü kart hesabı açılmış və xx.xx.2021-ci il tarixdə Cavabdeh Qüdrət oğlu kartı təhvil almışdır. Cavabdeh Qüdrət oğlu 969.58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-ci maddəsinə əsasən. xx.xx.2022-ci il tarixə hesablanmış faiz borcu 186.98 təşkil edir. Kredit razılaşmasının 3.7-ci bəndinə uyğun olaraq xx.xx.2022-ci ıl tarixə hesablanmış cərimə 713.10 təşkil edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X1 AZEMİS vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli 012A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana aylıq faiz dərəcəsi 1.75% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 10E**********74 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana aylıq faiz dərəcəsi 2% olmaqla, 1000 (min) manat məbləğində kredit limiti açılmışdır. Kartın açılması üçün sifariş ərizəsinə əsasən, Private VİSA X3 Acc növlü kart hesabı açılmış və xx.xx.2021-ci il tarixdə Cavabdeh Qüdrət oğlu kartı təhvil almışdır. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 009KK**********01 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 969,58 manat məbləğində əsas borc, 186,98 manat məbləğində faiz borcu, 713,10 manat məbləğində cərimə borcu olmaqla cəmi 1869,66 manat məbləğində borcu mövcuddur. Maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 012A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 1685.92 manat məbləğində əsas borc, 141,38 manat məbləğində faiz borcu, 155.44 manat məbləğində cərimə borcu olmaqla cəmi 1982,74 manat məbləğində borcu mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 012A********** saylı kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı aylıq faiz dərəcəsi 1.75% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində pul vəsaitini cavabdehin sərəncamına vermiş, cavabeh isə kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 10E**********74 nömrəli kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı aylıq faiz dərəcəsi 2% olmaqla, 1000 (min) manat məbləğində kredit limitini cavabdehin sərəncamına vermiş açılmışdır və cavabeh isə kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 012L********** saylı kredit müqaviləsi üzrə 1685.92 manat məbləğində əsas borcu, 141.38 manat məbləğində faiz borcu və 155.44 manat məbləğində cərimə olmaqla, cəmi 1982.74 manat məbləğində borcu, xx.xx.2015-ci il tarixli, 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə isə 969.58 manat məbləğində əsas borcu, 186.98 manat məbləğində faiz borcu və 713.10 manat məbləğində cərimə olmaqla, cəmi 1869.66 manat məbləğində borcu vardır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı xx.xx.2020-ci il tarixli 012A********** saylı kredit müqaviləsi üzrə 155,44 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürülsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 100 (bir yüz) manat miqdarında və xx.xx.2021-ci il tarixli, 10E**********74 nömrəli kredit müqaviləsi üzrə 713,10 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürülsə də məhkəmə sözü gedən normanı rəhbər tutaraq cərimə borcunun 100 (bir yüz) manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 012A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 1685,92 manat, faiz borcuna görə 141,38 manat, cərimə borcuna görə 100 manat və 009KK**********01 saylı xx.xx.2021-ci il tarixli kart kredit müqaviləsi üzrə əsas borca görə 969,58 manat, faiz borcuna görə 186,98 manat, cərimə borcuna görə 100 manat olmaqla ümumilikdə 3183,86 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumuna görə 58,49 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 012A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 1685,92 (bir min altı yüz səksən beş anat doxsan iki qəpik) manat, faiz borcuna görə 141,38 (bir yüz qırx bir manat otuz səkkix qəpik) manat, cərimə borcuna görə 100 (bir yüz) manat, 009KK**********01 saylı xx.xx.2021-ci il tarixli kart kredit müqaviləsi üzrə əsas borca görə 969,58 (doqquz yüz altmış doqquz manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 186,98 (bir yüz səksən altı manat doxsan səkkiz qəpik) manat, cərimə borcuna görə 100 (bir yüz) manat olmaqla ümumilikdə 3183,86 (üç min bir yüz səksən üç manat səksən altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 58,49 (əlli səkkiz manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-457/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-457/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver