Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-458/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4177,14 manat, faiz borcuna görə 230,95 manat, dəbbə borcuna görə 279,83 manat, cəmi 4687,92 manat məbləğində pulun və 66,88 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı ASC-niıı Baş ofis ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsinə əsasən illik 19 % dərəcəsi olmaqla 24 ay müddətinə 4490 (dörd min dörd yüz doxsan) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 26-dan gec olmayaraq hər ay 226,34 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4177,14 (dörd min bir yiiz yetmiş yeddi manat 14 qəpik) manat, faiz borcuna görə 230,95 (iki yüz otuz manat 95 qəpik) manat, dəbbə borcuna görə 279,83 (İki yüz yetmiş doqquz manat 83 qəpik) manat, cəmi 4687,92 (dörd min altı yiiz səksən yeddi manat 92 qəpik) manat təşkil edir. Tərəflərin izahatları "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sisteminə xx.xx.2023-cü ildə iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizəsi daxil olmuşdur və həmin ərizədə o, iddia tələbinə iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana illik 19 % dərəcəsi olmaqla 24 ay müddətinə 4490 (dörd min dörd yüz doxsan) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixində Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə 4177,14 manat əsas, 230,95 manat faiz borcu, 279,83 manat cərimə olmaqla cəmi 4687,92 manat məbləğində borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə bank Cavabdeh illik 19 % dərəcəsi olmaqla 24 ay müddətinə 4490 (dörd min dörd yüz doxsan) manat məbləğində pul vəsaitini cavabdehin sərəncamına vermiş, cavabdeh isə həmin pul vəsaitini müəyyən olunmuş şərtlərlə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bunun nəticəsində cavabdehin iddiaçı qarşısında əsas borcuna görə 4177,14 manat, faiz borcuna görə 230,95 manat, dəbbə borcuna görə 279,83 manat, cəmi 4687,92 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4177,14 (dörd min bir yiiz yetmiş yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 230,95 (iki yüz otuz manat doxsan beş qəpik) manat, cərimə borcuna görə 279,83 (İki yüz yetmiş doqquz manat səksən üç qəpik) manat olmaqla, cəmi 4687,92 (dörd min altı yiiz səksən yeddi manat doxsan iki qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 66,88 manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, RBNPU-09801 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4177,14 (dörd min bir yiiz yetmiş yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 230,95 (iki yüz otuz manat doxsan beş qəpik) manat, cərimə borcuna görə 279,83 (İki yüz yetmiş doqquz manat səksən üç qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 66,88 (altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-458/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-458/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver