Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4588/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, MNR-399-0045-22 saylı Kredit müqaviləsinə əsasən, 651 (altı yüz əlli bir) AZN əsas kredit borcu, 115.56 (yüz on beş manat əlli altı qəpik) manat cərimə borcu olmaqla cəmi 766.56 (yeddi yüz altmış altı manat əlli altı qəpik) AZN, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, MNR-399-0045-22 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 13 ay müddətinə, 1280 (min iki yüz səksən) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 13 sentyabr 2023-cü il tarixinə 651 (altı yüz əlli bir) AZN əsas kredit borcu, 115.56 (yüz on beş manat əlli altı qəpik) manat cərimə borcu olmaqla cəmi 766.56 (yeddi yüz altmış altı manat əlli altı qəpik) AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.
Tərəflərin izahatları
3. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğu və qeyd edilən məbləğdə borcu olduğunu bildirdi.
İş materialları
5. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, MNR-399-0045-22 saylı Kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13 ay müddətinə, 1280 (min iki yüz səksən) AZN məbləğində kredit verilmişdir.
6. BOKT "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, cavabdehə mövcud borc məbləği 3 iş günü ərzində qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. BOKT "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 07 dekabr 2022-ci il tarixli, MNR-399-0045-22 saylı Kredit müqaviləsi üzrə 651 manat əsas borc, 115.56 manat cərimə borcu olmaqla cəmi 766.56 manat borcu vardır.
İşin faktiki halları
8. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 07 dekabr 2022-ci il tarixli, MNR- 399-0045-22 saylı Kredit müqaviləsinin imzalanması və müqavilədə nəzərdə tutulan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin mübahisəsiz hallarıdır. Hazırki iddia tələbində iddiaçı cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh isə öz növbəsində iddia tələbi ilə razı olduğunu bildirir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Məhkəmənin mövqeyi
10. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
11. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, MNR-399-0045-22 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh 13 ay müddətinə, 1280 (min iki yüz səksən) AZN məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və ödəniş qrafikinin tələblərinə əməl etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Eyni zamanda, cavabdeh də məhkəmə iclası zaman öz izahatında iddia tələbi ilə razı olduğunu bildirmişdir.
Məhkəmə xərcləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
15. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 651 manat əsas borc və 115.56 manat cərimə borcu olmaqla 766.56 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" QSCnin xeyrinə ödənilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 651 manat əsas borc və 115.56 manat cərimə borcu olmaqla 766.56 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" QSCnin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.