Məhkəmə qərarları › İş №e-2(010)-4609/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-4609/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4609/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3990 manat məbləğində borcun, vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin, avtomobili ödəniş etmədən özündə saxladığı günlərə görə 1000 manat məbləğində pul vəsaitinin, 268.60 manat cərimənin və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3990 manat məbləğində borcun, vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin, avtomobili ödəniş etmədən özündə saxladığı günlərə görə 1000 manat məbləğində pul vəsaitinin, 268.60 manat cərimənin, təhvil verilməmiş sənədlərə görə 700 manat məbləğində cərimənin və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdehn arasında xx.xx.2024-cü il tarixində 15 saylı Notariat kontorunda 3M-407 saylı ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 21192 manat dəyərində “Opel Zafira” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 1500 manat ödəniş etmiş və 36 ay müddətinə hər ay 547 manat ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 2 ay ödəniş etdikdən sonra müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmiş və avtomobili 2 ay ödəniş etmədən özündə saxlamış və xx.xx.2024-cü il tarixində nasaz vəziyyətdə iddiaçıya göndərmişdir (foto şəkillər əlavə edilir). Avtomobili göndərərkən avtomobilin sənədlərini göndərməmiş, sənədləri itirdiyini bildirmişdir. Avtomobili təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 3990 manat vəsait xərclənmişdir. Cavabdeh dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, bu günə kimi borcunu ödəməkdən və sənədi geri verməkdən boyun qaçırır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair müqavilədən müəyyən olunur ki, tərəflər, yəni “Satıcı” və “Alıcı” bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BA seriyalı, 278533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi: W0L0AHM**********, mühərrik nömrəsi: 17126542 və buraxılış ili 2006-cı il olan, “Satıcı”ya məxsus “Opel Zafira” minik universal markalı, **- BP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər. “Alıcı” avtomobilin satış qiymətini, yəni 21192 manat məbləğində pul vəsaitinin 1500 manatını müqavilə bağlandığı anda, qalan 19692 manatını isə hər ay 547 manat olmaqla, 36 ay ərzində “Satıcı”ya nəğd və ya kart vasitəsilə ödəməyi öhdəsinə götürür. “X3” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktından müəyyən olunur ki, buraxılış ili 2006-cı il olan, “Opel Zafira” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 3990 manat məbləğində hesablanmışdır. EQ21261449 nömrəli, İXP6253943 nömrəli, EQ21061787 nömrəli, EQ20911894 nömrəli və EQ20744068 nömrəli inzibati xəta haqqında protokollardan çıxarışdan müəyyən olunur ki, Cavabdeh **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və 268.6 manat (cərimə + dəbbə pulu) məbləğində cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, EQ21261449 nömrəli, İXP6253943 nömrəli, EQ21061787 nömrəli, EQ20911894 nömrəli və EQ20744068 nömrəli protokollar üzrə ümumilikdə 268.6 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 150 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqısına dair notarial qaydada müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı, yəni hazırkı iş üzrə iddiaçı müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini tam, saz vəziyyətdə alıcıya, yəni hazırkı iş üzrə cavabdehə təhvil verməyi, alıcı isə əldə etdiyi nəqliyyat vasitəsini görə müəyyən edilmiş məbləği ödəniş cədvəli üzrə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsi alıcıya təhvil verilərkən işlək vəziyyətdə olsa da, xx.xx.2024-cü il tarixdə nasaz vəziyyətdə servisə qəbul edilmişdir. “X3” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktı ilə buraxılış ili 2006-cı il olan, “Opel Zafira” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 3990 manat məbləğində hesablanmışdır. Beləliklə, həmin müddət ərzində avtomobil məhz cavabdehin istifadəsində olarkən nasaz vəziyyətə gətirilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbləri baxımından iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 18-ci bəndində qeyd edilmişdir ki, “Avtomobil geri alınarkən avtomobilə maddi ziyan vurulmuş olarsa, yəni texniki saz vəziyyətdə olmazsa, avtomobilin tam saz vəziyyətə gətirilməsi üçün çəkilən xərcləri alıcı avtomobilin sahibinə ödəməlidir”. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi avtomobilə dəymiş zərərin əvəzi kimi 3990 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə alınması hissəsində tam əsaslı olmaqla təmin edilməlidir. Eyni zamanda həmin müqavilənin 14-cü bəndində qeyd edilmişdir ki, “Avtomobil alıcıdan məcburi qaydada geri alınarsa və alıcı avtomobilə aid sənədləri və avtomobilin açarını təhvil verməkdən imtina edərsə, alıcı avtomobilin sənədinə görə 700 manat, açarına görə isə 500 manat cərimə məbləği hesablayaraq almaqda haqlıdır”. Qeyd olunan müqavilənin 15-ci bəndində isə qeyd edilmişdir ki, “Alıcı öhdəliyin icra edilmədiyi tarixdən 5 (beş) gün müddətində avtomobili geri verməzsə və ya avtomobil satıcı tərəfindən tapılıb məcburi qaydada duracağa qoya bilməzsə alıcı avtomobili qanunsuz olaraq özündə saxladığı hər gün üçün 30 (otuz) manat məbləğində cərimə ödəməlidir”. Odur ki, iddiaçı cavabdehdən həm hesablanmış cərimə məbləğini, həm də avtomobilə dair sənədləri özündə saxlamaqla qaytarmadığı üçün müqavilədə nəzərdə tutulmuş məbləği tələb etməkdə haqlı olmuşdur. Avtomobilin cavabdehin sahiblik və istifadəsində olduğu dövr ərzində sonuncu tərəfindən törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində tərtib edilmiş protokollar əsasında yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı hissədə də iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli müqavilənin 7-ci bəndinə əsasən, “Alıcı avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı tam məsuliyyət daşıyır”. İş materiallarına əlavə edilmiş protokollardan müəyyən edilir ki, cavabdeh **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və onun barəsində müxtəlif vaxtlarda inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı həmin protokollarla müəyyən edilmiş cərimə və gecikdirməyə görə dəbbə pulunu ödəyərək hazırda həmin məbləği cavabdehdən geri tələb etməkdə haqlıdır. Tələb edilən hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manata münasibətdə isə məhkəmə hazırkı iddianın xarakterini və vəkil tərəfindən bu iş üçün sərf olunan vaxt miqdarını nəzərə alaraq, tələb edilən vəsaitin ağlabatan məbləğdə olması qənaətinə gəlir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. Belə olan halda, ödənilmiş 75 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 3990 manat məbləğində borc, vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaiti, cavabdehin avtomobili ödəniş etmədən özündə saxladığı günlərə görə 1000 manat məbləğində pul vəsaiti, 268.60 manat məbləğində cərimə, təhvil verilməmiş sənədlərə görə 700 manat məbləğində cərimə və ödənilmiş 75 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3990 (üç min doqquz yüz doxsan) manat məbləğində borc, avtomobili ödəniş etmədən özündə saxladığı günlərə görə 1000 (min) manat məbləğində pul vəsaiti, 268.60 (iki yüz altmış səkkiz manat altmış qəpik) manat məbləğində cərimə, təhvil verilməmiş sənədlərə görə 700 (yeddi yüz) manat məbləğində cərimə, vəkilə ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 6 (altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar