Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4645/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh nümayəndəsi və vəkili Cəfərbəyli Orxan Əjdər oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə 113 000 (bir yüz on üç min) manat məbləğində əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik beş faiz dərəcəsi ilə hesablanmış 11.300 (on bir min üç yüz) manat məbləğində faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə isə 73.500 (yetmiş üç min beş yüz) manat məbləğində əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik beş faiz dərəcəsi ilə hesablanmış 7.350 (yeddi min üç yüz əlli) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 186.500 (bir yüz səksən altı min beş yüz) manat məbləğində əsas borcun, 18.650 (on səkkiz min altı yüz əlli) manat məbləğində gecikdirmə müddətinə görə illik beş faiz dərəcəsi ilə hesablanmış borcun olmaqla, cəmi 205.150 (iki yüz beş min bir yüz əlli) manat məbləğində vəsaitin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla (Kreditor) Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Kredit müqavilələrinə (bundan sonra “Kredit müqavilələri” adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana müvafiq olaraq 113.000 (bir yüz on üç min) və 73.500 (yetmiş üç min beş yüz) manat məbləğində borc verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərini tam şəkildə icra etmək üçün Borc alana 2 (iki) ay müddət (müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixinə qədər) verilməsinə baxmayaraq, Borc alan hazırki dövrə qədər öhdəliklərini ümumiyyətlə icra etməmişdir. Kredit müqavilələri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamış və müxtəlif bəhanələrlə (guya borcun olmaması, bir müddət sonra ödəcəyi və s.) öhdəliklərin icra edilməsindən yayınılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə razı olmadığını bildirərək, əslində müqavilələrin yalan əqd olduğunu, borc məbləğinin müəyyən hissəsinin qaytarıldığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqavilə ilə Borc verən İddiaçı tərəfindən Borc alan Cavabdeh 113.000 (yüz on üç min) manat məbləğində pul vəsaiti borc verilmiş, borc alan isə həmin məbləği xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öz üzərinə götürmüşdür. Tərəflər Kreditin faizsiz olaraq verilməsini şərtləşdirmişlər. - xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqavilə ilə Borc verən İddiaçı tərəfindən Borc alan Cavabdeh 73.500 (yetmiş üç min beş yüz) manat məbləğində pul vəsaiti borc verilmiş, borc alan isə həmin məbləği xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öz üzərinə götürmüşdür. Tərəflər Kreditin faizsiz olaraq verilməsini şərtləşdirmişlər. - xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 5 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş və əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında notarial qaydada iki kredit müqaviləsi bağlanmışdır. Bu müqavilələr əsasında iddiaçı cavabdehə borc pul vermiş, cavabdeh isə şərtləşdirilmiş vaxtda pulu geri qaytarmaq öhtəliyini üzərinə götürmüşdür. Borc məbləğlərinin faizsiz verilməsi razılaşdırılmışdır. Hazırda, iddiaçı həmin müqavilələrə əsaslanaraq, borc vermiş olduğu məbləğləri, eləcə də cavabdehin həmin məbləğləri qaytarmadığı dövr üçün əldən çıxmış faydanı tələb edir. Cavabdehin etirazı ondan ibarətdir ki, əslində həmin müqavilələr etibarlı deyildir. Belə ki, müqavilələr onların əsl iradələrini əks etdirmir. Məhkəmə ilk öncə tərəflər arasında bağlanmış müqavilələrin mötəbərliyinə qiymət verməyi zəruri hesab edir. İşdən göründüyü kimi, tərəflər arasında notarial qaydada iki kredit müqaviləsi imzalanmışdır. İşin halları ilə həmin əqdlərin tərəflərin həqiqi iradə ifadələrini əks etdirmədiyinə dair xüsusatlar müəyyən edilmir. İşin halları ilə, həmçinin müəyyən edilir ki, həmin müqavilələr qanunvericiliyin imperativ normalarına riayət edilməklə bağlanmışdır. Bunun davamı olaraq bildirilməlidir ki, cavabdeh tərəf müqavilələrin etibarsızlığına dəlalət edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə 113.000 manat əsas borc və xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə 73.500 manat əsas borcun tutulması hissəsində tam əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 11.300 manat və xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7.350 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Çünki, cavabdehin həmin müddət ərzində iddiaçıya məxsus pul məbləğini özündə saxlamağının heç bir hüquqi əsası olmamışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qaldırılması üçün ümumilikdə tələb olunan 205.150 manat pul məbləğinə münasibətdə 495.14 manat dövlə rüsumu ödənilməsi nəzərdə tutulduğu halda, iddiaçı tərəfindən 600 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə münasibətdə ödənilməsi nəzərdə tutulmuş 495.14 manat dövlət rüsumu pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-nin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Məhhkəmə hesab edir ki, hazırki iddia tələbinin qaldırılması üçün artıq olaraq ödənilmiş 104.86 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Rafı̇ q oğlundan iddiaçı Alməmmədov Bəxtı̇ yar Mı̇ kayil oğlunun xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 113.000 (yüz on üç min) manat əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik beş faiz dərəcəsi ilə hesablanmış 11.300 (on bir min üç yüz) manat faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə 73.500 (yetmiş üç min beş yüz) manat əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik beş faizlə hesablanmış 7350 (yeddi min üç yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 205.150 (iki yüz beş min yüz əlli) manat pul vəsaiti tutularaq ödənilməli, iş üzrə ödənilmiş 600 manat dövlət rüsumunun 495.14 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və artıq ödənilmiş 104.86 manat dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Rafı̇ q oğlundan iddiaçı Alməmmədov Bəxtı̇ yar Mı̇ kayil oğlunun xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 113.000 (yüz on üç min) manat əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik beş faiz dərəcəsi ilə hesablanmış 11.300 (on bir min üç yüz) manat faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə 73.500 (yetmiş üç min beş yüz) manat əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik beş faizlə hesablanmış 7350 (yeddi min üç yüz əlli) manat faiz borcu olmaqla, ümumilikdə 205.150 (iki yüz beş min yüz əlli) manat pul vəsaiti tutularaq ödənilsin. İş üzrə ödənilmiş 600 manat dövlət rüsumunun 495.14 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Artıq ödənilmiş 104.86 manat dövlət rüsumu iddiaçının özünə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-4645/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4645/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver