Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4693/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentin qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən əmək haqqı və digər gəlirlərinin ¼ hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-2799/2014 saylı 22 avqust 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasında bağlanmış 05 dekabr 2008-ci il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9 iddiaçının yanında qalması müəyyən edilmiş, həmçinin uşağın saxlanılması üçün hər ay 103 (yüz üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-1975/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 2(006)-2799/2014 saylı 22 avqust 2014- tarixli qətnaməsi ilə müəyyən edilmiş 103 (yüz üç) manat məbləğində alimentin miqdarı artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda cavabdehdən məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin artırılması barədə razılıq əldə edilməmiş, müvafiq saziş bağlanmamış və notariat qaydada təsdiq edilməmişdir. Hazırda cavab tərəfindən ödənilən 193 manat uşağın artan təhsil, sağlamlıq və gündəlik tələbatlarını ödəməyə kifayət etmir. Cavabdeh hal-hazırda işləyir və rəsmi olaraq əmək haqqı alır. Bu səbəbdən də əvvəlki qərarla müəyyən edilmiş sabit pul məbləği ləğv edilərək, aylıq qazancının ¼ hissəsinin aliment kimi tutulması, daha məqsədəmüvafiqdir. X10 11-ci sinifə keçir və hazırlıq kurslarına gedir. Bundan başqa təhsil xərci ilə yanaşı övladı şəkər xəstəliyindən (1-ci tip diabetdən) əziyyət çəkir. Bu xəstəlik onun gündəlik dərman təminatını, daimi analizləri müayinələr tələb edir. Bu səbəbdən də mütəmadi olaraq tibbi müayinələrə ehtiyac duyur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, bu vaxta kimi cavabdeh alimenti tam şəkildə ödəməyə çalışmışdır, hal-hazırda da tam şəkildə ödəyir. Cavabdeh birinci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir, eyni zamanda yeni ailə qurmuş və yeni ailəsinin də müəyyən xərcləri vardır. Cavabdeh hal-hazırda Şamaxı şəhərində həkim vəzifəsində çalışır və ayda 400 manat məbləğində kirayə haqqı ödəyir. Hesab edir ki, alimentin ¼ hissədə təyin olunması onun maddi durumunu daha çətin vəziyyətə salacaq və alimentin ödənilməsini çətinləşdirəcəkdir. O, bildirmişdir ki, iddiaçının özünun də maddi durumu yaxşıdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
5. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-2799/2014 saylı 22 avqust 2014cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İsgəndərova (Mənsimova) Mehriban Ağakişi qızı arasında Bakı Nikah Evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 4149 sayla qeydə alınmış 05 dekabr 2008-ci il tarixli nikah pozulması, xx.xx.2009-cu il təvəllüdlü X9 anası X2 yanında qalması müəyyən edilməsi və Cavabdeh 18 aprel 2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət olunmuşdur.
6. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-1975/2018 saylı, 27 fevral 2014cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X4 verilməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-594/2015 saylı 14 yanvar 2015-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 avqust 2014-cü il tarixli qətnaməsi aliment tələbi hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və kargüzarlıq xərci olaraq 10 manat ödəmişdir.
9. Bakı nikah evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu ildə doğulmuş, anası X5 və atası Cavabdehdur.
10. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxs tərəfindən verilmiş sorğuya cavabdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli 26 saylı sorğuya cavab olaraq bildirilir ki, Şamaxı RMX-nın Poliklinika şöbəsində həkim-qastroenteroloq vəzifəsində işləyən Cavabdeh aşağıda qeyd olunan məbləğdə aylıq əmək haqqı vardır. Cəmi hesablanan-1450 manat və karta ödənilən 1151,75 manat məbləğindədir.
İşin faktiki halları.
11. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X10 doğulmuşdur.
12. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-2799/2014 saylı 22 avqust 2014cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İsgəndərova (Mənsimova) Mehriban Ağakişi qızı arasında Bakı Nikah Evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 4149 sayla qeydə alınmış 05 dekabr 2008-ci il tarixli nikah pozulması, xx.xx.2009-cu il təvəllüdlü X9 anası X2 yanında qalması müəyyən edilməsi və Cavabdeh 18 aprel 2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət olunmuşdur.
13. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-1975/2018 saylı 27 fevral 2014cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, alimentin miqdarı artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X4 verilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
19. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. 2025-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
22. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin dəyişdirilməsi tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.
23. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (246 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir.
24. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşağın saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.
25. Məhkəmə qeyd edir ki, cavabdeh rəsmi olaraq Şamaxı rayon X7 Hüquqi Şəxsində həkim kimi fəaliyyət göstərir və aylıq əmək haqqı 1450 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında müəyyən edilməlidir.
26. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərci.
27. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat məbləğində mediasiya xərci çəkmişdir.
28. Alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (əmək haqqı 1151,75:4)(287.93x12=3455.16 manat) mütənasib olan manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1975/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli və Cavabdeh xx.xx.2009cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalı, artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, ödənilməmiş – 55 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1975/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilməmiş – 55 (əlli beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova