Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-471/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8300 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 103 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 8403 manat manat alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh ilə 10 ildən artıqdır ki, yaxındır. 2024-cü ilin may ayında ondan 4200 manat borc pul istədi və 3-4 ay ərzində qaytaracağını bildirdi. O da Cavabdeh ilə birlikdə xx.xx.2024-cü il tarixdə Beyləqan rayon 1 saylı notariat ofisinə gedərək orada borc müqaviləsi bağlamış və ona 4200 manat məbləğində pul borc vermiş və borcu 03 sentyabr 2024-cü il tarxinədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin xx.xx.2024-cü il tarixli borc müqaviləsi Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi natariusu X2 tərəfindən təsdiq edilmişdir. Daha sonra 3-4 gün keçmişdir ki, Cavabdeh yenidən ondan 4100 manat məbləğində borc pul istədiyini bildirdi O da 4110 manat məbləğində pulu **********033355 nömrəli Leo karta göndərmiş və o da ona pulu çıxardığını bildirdi. Həmin 4100 manat məbləğində pula dair əlində Whatsapp yazışmaları, səsləri və 4110 manat məbləğində pulu **********033355 nömrəli Leo karta göndərməyi barədə qəbz də vardır. O, ondan söz verdiyi vaxta pulu istəyəndə, o pulu olmadığını bildirdi. Cavabdehdən pulu başqa qaydada ala bilmədiyimdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbi ilə raz olduğunu bildirdi.
İş materialları.
5. xx.xx.2024-cü il tarixli Borc müqaviləsindən görünür ki, Borc verən İddiaçı Borc alan Cavabdeh 4200 manat məbləğində borc pul verir və Borcalan həmin borc vəsaitini xx.xx.2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürür.
6. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X1 hesabına 4600 manat pul vəsaiti köçürülmüşdür.
7. İş materillarında olan CD diskdə əks edilmiş audioyazılardan görünür ki, İddiaçı tərəfindən kart hesabına göndərilmiş 4100 manat pul vəsaiti Cavabdeh təhvil verilmişdir.
8. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, iddia tələbində qeyd olunan borc məbləği ilə razı olduğunu bildirmişdir.
İşin faktiki halları.
9. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehlə aralarında borc münasibətinin olduğunu və onun tərəfindən cavabdehə verilmiş ümumilikdə 8300 manat pul vəsaitinin ona qaytarılmadığını bildirir. Cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia tələbi ilə razı olduğunu bildirir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi
12. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və tərəflərin izahatı nəticəsində müəyyən edildi ki, tərəflər arasında yazılı formada razılaşmaqla borc müqaviləsi imzalanmış və həmin müqavilə əsasında iddiaçı razılaşdırılmış müddətdə qaytarmaq şərtilə cavabdehə əvvəlcə 4200 manat borc pul vəsaiti vermişdir. Bu məbləğlə bağlı tərəflər arasında müqavilə münasibəti mövcuddur. Borc münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbləri baxımından müqavilənin etibarsızlığı (əhəmiyyətsizliyi) üçün hər hansı bir əsas yoxdur. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə 4100 manat məbləğində borc pul vəsaiti də təqdim edilmişdir. Tələbin bu hissəsi ilə bağlı mübahisəyə hansı hüquq normalarının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırkı işin araşdırılan hallarından aydın olur ki, iddiaçı tərəfindən ikinci dəfə cavabdehə verilən pul vəsaiti 4100 manatdır, lakin tərəflər arasında bu məbləğlə bağlı yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. Deməli, tələbin qeyd edilən məbləğlə bağlı hissəsinə borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilməz. Ona görə ki, qanunverici qeyd edilən məbləğdə pula münasibətdə yazılı borc müqaviləsinin tərtib edilməsini tələb edir. Bu baxımdan, məhkəmə hesab edir ki, 4100 manat pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin məbləğin cavabdehdə qalmasını şərtləndirən əsasların olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün hazırki mübahisəyə əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilik normaları əsasında baxılmalıdır. İddiaçı tərəfindən qeyd edilən 4100 manatın cavabdehə verilməsi iş materiallarında olan sübutlar və cavabdeh tərəfin iddianı qəbul etməsi ilə öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Abdulkərı̇ mli Xublar Mehtı̇ qızından 8300 manat borc pul vəsaiti və iş üzrə ödənilmiş 103 manat dövlət rüsumu olmaqla cəmi 8403 manat tutularaq iddiaçı İsgəndərlı̇ Sədaqət Sədı̇ qızına ödənilməlidir.
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdeh Abdulkərı̇ mli Xublar Mehtı̇ qızından 8300 manat borc pul vəsaiti və iş üzrə ödənilmiş 103 manat dövlət rüsumu olmaqla cəmi 8403 manat tutularaq iddiaçı İsgəndərlı̇ Sədaqət Sədı̇ qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.