Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4745/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 Ədəd Dıamond - Yataq Tumba, Dıamond - Yataq-Dolab, Dıamond Yataq-Termo, Dıamond - Yataq-Çarpayı, X4, 2 Ədəd Puf - Yumsaq , Matras, 6 Zəmanət + 1 İL xidmətiüçün 3717.91 manat ödənilməmiş hissə, 371.79 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********13185 İphone 13, Apple Adapter, Zəmanət + 1 İl Xidməti, Paket Apple xidməti üçün 1134.5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 113.45 manat dəbbə, ümumilikdə 5361.25 manat borc, 73.62 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx"MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən 2 ədəd Dıamond - Yataq Tumba, Dıamond - Yataq-Dolab, Dıamond - Yataq-Termo, Dıamond - X2 Samsung, 2 Ədəd Puf - Yumsaq , Matras, 6 Ədəd Zəmanət + 1 İL xidməti, İMEİ **********13185 ıphone 13, apple adapter, zəmanət + 1 İL xidməti, PAKET APPLE xid almış və nəticədə 5361.25 (beş min üç yüz altmış bir manat, 25 qəpik) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4451.58 (dörd min dörd yüz əlli bir manat, 58 qəpik) manat (18 ay x 247.31 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Dıamond - Yataq Tumba, Dıamond - Yataq-Dolab, Dıamond - Yataq-Termo, Dıamond - Yataq-Çarpayı, X5 Ədəd Puf - Yumsaq , Matras, 6 Ədəd Zəmanət + 1 İL xidməti üçün ümumilikdə, 4089.70 manat olmaqla ondan, 3717.91 manat ödənilməmiş hissə, güzəşt olunaraq 371.79 (üç yüz yetmiş bir manat, 79 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1891.05 manat (15 ay x 126.07 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********13185 İphone 13, Apple Adapter, Zəmanət + 1 İL xidmə PAKET APPLE xidmətüçün ümumilikdə, 1271.55 (min iki yüz yetmiş bir manat, 55 qəpik) manat olmaqla ondan, 1134.5 (min yüz otuz dörd manat, 50 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 113.45 (yüz on üç mnat, 45 qəpik) manat dəbbə pulu borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1490.22 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil- təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiklər xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh müəyyən ödənişlər etmişdir və hazırda onun ümumi 5361.25 manat borcu var. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavavbdeh Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 Ədəd Dıamond - Yataq Tumba, Dıamond - Yataq-Dolab, Dıamond Yataq-Termo, Dıamond - Yataq-Çarpayı, X4, 2 Ədəd Puf - Yumsaq , Matras, 6 Zəmanət + 1 İL xidməti üçün 3717.91 manat ödənilməmiş hissə, 371.79 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********13185 İphone 13, Apple Adapter, Zəmanət + 1 İl Xidməti, Paket Apple xidməti üçün , 1134.5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 113.45 manat dəbbə borcu vardır. Cəmi borcun məbləği 5361.25 manatdır. İş materiallarında olan ******* saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, "xxxx" MMC – “ABC”, Cavabdeh – “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 151.2 manat olan DİAMOND-YATAQ-SAG TUMBA-İF, dəyəri 151.2 manat olan DİAMOND-YATAQ-SOL TUMBA-İF, dəyəri 1400.4 manat olan DİAMOND-YATAQ-SURGULU DOLAB-İF, dəyəri 1000.8 manat olan DİAMOND-YATAQ- CARPAYİ-BAZALİ-160X200-İF, dəyəri 601.2 manat olan DİAMOND-YATAQ-TERMO-İF, dəyəri 351 manat olan MİKRODALĞALİ SOBA SAMSUNG GE88SUG/BW, dəyəri 649.8 manat olan MATRAS-LOTUS-160X200X24-HAK, dəyəri 0 manat olan PUF-YUMSAQ-DARİEVİ PROMO- MM, dəyəri 0 manat olan PUF-YUMSAQ-DAİREVİ PROMO-MM, dəyəri 6 manat olan ZƏMANƏT+1 İL, dəyəri 6 manat olan ZƏMANƏT+1 İL, dəyəri 40 manat olan ZƏMANƏT+1İL, dəyəri 56 manat olan ZƏMANƏT+1İL, dəyəri 24 manat olan ZƏMANƏT+1İL, dəyəri 14 manat olan ZƏMANƏT+1İL üçün hər ay 247.31 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. Həmin Müqavilənin 3.14-cü bəndinə əsasən, müştərinin ümumi borc üzrə 'ABC' qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda 'ABC' dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh ******* saylı müqaviləyə əsasən, DİAMOND-YATAQ-SAG TUMBA-İF, DİAMOND- YATAQ-SOL TUMBA-İF, DİAMOND-YATAQ-SURGULU DOLAB-İF, DİAMOND-YATAQ- CARPAYİ-BAZALİ-160X200-İF, DİAMOND-YATAQ-TERMO-İF, MİKRODALĞALİ SOBA SAMSUNG GE88SUG/BW, MATRAS-LOTUS-160X200X24-HAK, PUF-YUMSAQ-DARİEVİ PROMO-MM, PUF-YUMSAQ-DAİREVİ PROMO-MM-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 03457626 saylı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, "xxxx" MMC – “ABC”, Cavabdeh – “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1672.05 manat olan İPHONE 13 128 GB-MİDNİGHT markalı telefon, dəyəri 63 manat olan APPLE 20W USB-C ADAPTER MHJE3ZM/A, dəyəri 59.99 manat olan PAKET APPLE, dəyəri 0.01 manat olan 2 SAATA ÇATDİRİLMA xidməti, dəyəri 96 manat ZƏMANƏT+1İL xidməti üçün hər ay 126.07 manat ödəmək şərti ilə 15 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 03457626 saylı müqaviləyə əsasən, İmei kod **********13185 İPHONE 13 128 GB- MİDNİGHT markalı telefonu və APPLE 20W USB-C ADAPTER-i tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei kod **********13185 İPHONE 13 markalı mobil telefonun açılıb bağlanması xidmətinə görə, X1 23.60 manat pul ödənilmişdir. (Ödəniş cədvəli əlavə edilir). Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Göründüyü kimi, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. "xxxx" MMC həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmiş, malları cavabdehə təhvil vermişdir. Belə olan halda, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, iddiaçı Cavabdeh alınmış malların ödənişini tələb etməkdə haqlı olmuşdur. Müqavilələr üzrə tərəflər arasında cavabdeh öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. İddiaçı güzəşt edərək, cərimə məbləğinin müəyyən hissəsini tələb etmiş, məhkəmə isə cəriməni tənəssübsüz surətdə yüksək hesab etmişdir. Tələbin "xxxx" QSC-yə ödənilmiş 23.6 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində "xxxx" MMC-nin dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya biləcəyi ilə bağlı şərt razılaşdırılmışdır. İş materiallarında olan arayışdan görünür ki, əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoyulması üçün mobil telefonun açılıb bağlanması xidmətinə görə, X1 23.60 manat pul ödənilmişdir. Nəzərə alaraq ki, cavabdeh malın qiymətini vaxtında ödəməmişdir, iddiaçı malın istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Dıamond - Yataq Tumba, Dıamond - Yataq-Dolab, Dıamond Yataq-Termo, Dıamond - Yataq-Çarpayı, X4, 2 Ədəd Puf - Yumsaq, Matras, 6 Zəmanət + 1 İL xidməti üçün 3717.91 manat ödənilməmiş hissə, 185.89 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********13185 İphone 13, Apple Adapter, Zəmanət + 1 il xidməti, Paket Apple xidməti üçün, 1134.5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 56.72 manat dəbbə, ümumilikdə 5118.62 manat borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 71.18 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd Dıamond - Yataq Tumba, Dıamond - Yataq-Dolab, Dıamond Yataq-Termo, Dıamond - Yataq-Çarpayı, X4, 2 Ədəd Puf - Yumsaq , Matras, 6 Zəmanət + 1 İL xidməti üçün 3717.91 manat ödənilməmiş hissə, 185.89 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********13185 İphone 13, Apple Adapter, Zəmanət + 1 İl Xidməti, Paket Apple xidməti üçün 1134.5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 56.72 manat dəbbə, ümumilikdə 5118.62 manat borc və 71.18 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4745/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4745/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver