Məhkəmə qərarları › İş №e-2(010)-477/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-477/2024

07.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-477/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və "xxxx" MTK-ya qarşı “mənzilə yaradılmış müdaxiləyə son qoyulması, giriş qapısının cavabdehin hesabına quraşdırılması, sahiblik və istifadə hüququnun bərpa olunması və müqavilənin etibarsız hesab olunması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış massivində inşa edilmiş yeni yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 63.5 kv.metr ümumi sahəsi olan bir otaqlı mənzilə edilmiş müdaxiləyə və giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılması, sökülüb çıxarılmış giriş qapısının cavabdehin hesabına yerinə qaytarılıb quraşdırılması və onun həmin mənzilə olan istifadə və sahiblik hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra İddiaçı ilkin iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən onun qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış massivində inşa edilmiş yeni yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 63.5 kv.metr ümumi sahəsi olan bir otaqlı mənzilə edilmiş müdaxiləyə və giriş-çıxışına yaradılmış maneələrin aradan qaldırılması, sökülüb çıxarılmış giriş qapısının cavabdehin hesabına yerinə qaytarılıb quraşdırılması və onun həmin mənzilə olan istifadə və sahiblik hüququnun bərpa edilməsi, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanılmış 27 avqust 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına "xxxx" MTK tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanaraq tərəfindən pay şəklində qoyulmuş pul vəsaitinə uyğun olaraq 1 kv.metri 800 manat olmaqla MTK tərəfindən tikilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-В” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada ümumi sahəsi 63.5 kv.metr olan bir otaqlı ev onun mülkiyyətinə verilmişdir. Tərəfindən "xxxx" MTK-ya mənzilin pay dəyəri olan 50800 (əlli min səkkiz yüz) manat pul ödənilmiş və borcunun olmamasına dair xx.xx.2020-ci il tarixli maliyyə alınmışdır. 03 oktyabr 2023-cü il tarixədək mənzil onun istifadəsində və sahibliyində olmuşdur. 03 oktyabr 2023-cü il tarixdə X15 tərəfindən onun mənzilinə müdaxilə olunmuş, zorla ondan xəbərsiz mənzilin giriş qapısı sökülərək yenisi qoyulmuş və o, öz qanuni pay haqqı olmaqla qanuni istifadəsində və sahibliyində olan mənzildən qanunsuz zorakılıqla məhrum edilmişdir. Tərəfindən aidiyyəti polis orqanlarına müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh onun qanuni istifadəsində və sahibliyində olan mənzildən məcburi qaydada çıxarılmalı, onun öz mənzilindən istifadə ilə əlaqədar yaradılmış maneələr aradan qaldırılmalıdır.

5. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 avqust 2018-ci il tarixli "xxxx" MTK-nın direktoru X5 və onun arasında bağlanmış müqavilənin 1.1ci maddəsinə əsasən, “Kooperativ” yəni "xxxx" MTK-nın “Payçı” yəni onun qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən 1 kv.m. 900 manat olmaqla, “Kooperativ” tərəfindən sözügedən ünvanda inşa edilən binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 63.5 kv.m olan, 1 otaqlı yaşayış mənzilini onun mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən iddiaçı pay şəkilində qoyacağı pul vəsaiti 57150 manat təşkil edir və tam şəkildə ödənilmişdir. Bununla bağlı olaraq cavabdeh orqan tərəfindən ona maliyyə arayışı təqdim edilmişdir. Maliyyə arayışında sözügedən mənzilin pay dəyəri onun tərəfindən tam ödənilmiş və MTK-ya borcu yoxdur. Müqavilənin 2.1.2-ci maddəsində qeyd olunmalıdır ki, “Mənzil”i tikinti-norma və sözügedən müqavilədə göstərilən vəziyyətdə “Payçıya”, ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.1.3-cü maddəsində qeyd edilir ki, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq “Binanın” 1.1 bəndində və mərtəbə planında göstərilən texniki vəziyyətdə təhvil verməyi, əlavə ödəniş tələb etmədən Mənzilə “Payçının” mülkiyyət hüququnu təsdiq edən protokolu, mənzilin təsdiq olunmuş cizgisini və maliyyə arayışı verməyi “Kooperativ” öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MTK ilə bağladığı müqavilənin etibarsızlığı ilə bağlı müvafiq olaraq məhkəmədə mübahisələndirməli idi. İddiaçı sözügedən MTK ilə bağladığı 10 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı məhkəməyə müraciət etməmiş, həmin mübahisə ilə bağlı "xxxx" MTK-nı cavabdeh qismində çıxış etməmişdir. Bu isə ona dəlalət edir ki, İddiaçı tərəfindən verilmiş ərizə əsassızdır, mübahisələndirilən mənzillə bağlı subyektiv hüququ yoxdur və verilmiş iddia preyudisial əhəmiyyətli deyildir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 16 oktyabr 2023-cü il tarixli 2-2-02/3/2- 222026041/2023 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A-B massivindən inşa etdiyi binada həmin kooperativin vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş İdarədə 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə aparılmış istintaq zamanı "xxxx" MTK-nın sədri X5 və "xxxx" MMC-nin direktoru X9 11 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Aparılmış istintaq zamanı "xxxx" MTK tərəfindən onun adına rəsmiləşdirilmiş mənzilin təkrarən digər şəxslərə satılması halları müəyyən edilməmişdir. Göstərilən xüsusatla bağlı hər hansı araşdırma aparılmadığından müvafiq mənzillə bağlı hər hansı bir sənəd əlavə edilməmişdir.

Tərəflərin izahatları.

6. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onunla "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanaraq tərəfindən pay şəklində qoyulmuş pul vəsaitinə uyğun olaraq 1 kv.metri 800 manat olmaqla MTK tərəfindən tikilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-В” yaşayış sahəsi ünvanında inşa edilən yeni binada ümumi sahəsi 63.5 kv.metr olan bir otaqlı ev onun mülkiyyətinə verilmişdir. Tərəfindən "xxxx" MTK-ya mənzilin pay dəyəri olan 50800 (əlli min səkkiz yüz) manat pul ödənilmiş və borcunun olmamasına dair xx.xx.2020-ci il tarixli maliyyə alınmışdır. 03 oktyabr 2023-cü il tarixədək mənzil onun istifadəsində və sahibliyində olmuşdur. 03 oktyabr 2023-cü il tarixdə X15 tərəfindən onun mənzilinə müdaxilə olunmuş, zorla ondan xəbərsiz mənzilin giriş qapısı sökülərək yenisi ilə əvəz olunmuşdur. Sonradan o mənzilə daxil ola bilməmişdir. Ümumiyyətlə "xxxx" MTK-nın rəhbərliyi həbs edildikdən sonra həmin binada təmir işləri binanın sakinlərinin vəsaiti hesabına aparılmışdır. Bir neçə müddətdir ki, mənzil onun istifadəsində olmuş və orada aparılan təmir işlərindən cavabdeh tərəf məlumatlı olmamışdır. Həmin evdə bəzi təmir işləri, o cümlədən işıq xətləri onun tərəfindən çəkilmiş və 1200 manat pul vəsaiti xərclənmişdir. Binanın təmirinə isə onun tərəfindən 5000 manat pul vəsaiti xərclənmişdir. O həmin evi kərpic işi ilə məşğul olan Abbas adlı şəxs vasitəsilə tapmış və sonradan "xxxx" MTK-nın direktoru X5 ilə müqavilə imzalayaraq almışdır. Hesab edir ki, cavabdeh tərəfin müqaviləsinin əsilləri mövcud deyildir və həmin sənədlər saxtadır. Qeyd olunanlara əsasən ilkin iddia ərizəsinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

7. İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddiaçının izahatına uyğun izahat verərək ilkin iddia ərizəsinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

8. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

9. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək təmin, ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh "xxxx" MTK-nın direktoru X5 ilkin və qarşılıqlı iddia ərizəsinə öz münasibətini bildirərək qeyd etmişdir ki, 2018-ci ildə X12 və X10 onunla göruşərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-В” yaşayış massivində təzə bina tikmək üçün bütün sənədləri qaydasında olan torpaq sahəsi almağı təklif etmişlər. O, isə nağd qaydada pulu olmadığından torpaq sahəsində inşa edəcəyi binadan 2000 m2 ölçüdə mənzil verəcəyinə dair söz vermişdir. O həmin torpaq sahəsinin sənədlərini almış və həmin ünvanda 18 mərtəbəli yaşayış binasının inşasına başlamışdır. Yaşayış binasının təməli qoyulan zaman həmin şəxlər ona 26 nəfər adamın şəxsiyyət vəsiqəsini təqdim etmişlər. Həmin şəxslərdən biri də Cavabdeh olmuşdur. O, söz verdiyi üçün 26 nəfər, o cümlədən Cavabdeh da daxil olmaqla, alqı-satqı müqaviləsini imzalamışdır. Bir müddət sonra X1 Nigar Akif qızına məxsus olan mənzilin sənədlərini ona geri qaytarmış və həmin mərtəbədə sahəsi daha geniş olan bir mənzilin X3 adına rəsmiləşdirməyi xahiş etmişdir. O, da Cavabdeh məxsus olan 8-ci mərtəbə 86 saylı mənzilin sənədlərini geri alıb, 8-ci mərtəbə 88 saylı mənzili X2 imzalamışdır. 86 saylı mənzilə başqa bir şəxə satmaq istəmiş və bu zaman binanın tikinti işlərində xidmət göstərən X16 xidmət müqabilində ona verməyi təklif etmiş və o razılaşmışdır. X16 isə İddiaçı sənədlərini ona vermiş və o 86 saylı mənzilə dair alqı-satqı müqaviləsi imzalamışdır. X4 isə bu mənzilin dəyərinə uyğun tikintidə heç bir iş görməmişdir. Aralarında olan razılşmaya görə X16 həmin mənzili satmalı, əldə etdiyi gəliri tikinti materiallarına və işçinin əmək haqqına sərf edəcəkdir. Son olaraq isə görülən işin miqdarı hesablanmalı və qarşılıqlı borclar ödənilməli idi. X16 və X11 şərik idilər və onlarla olan razılşmaya görə onlar binanın tikintisində hörgü və mala işlərini icra edəcəklər və görülmüş işin qiymətinə uyğun mənzillər alacaqlar. Onlarla əldə etdiyi razılşmaya görə 513000 manat dəyərində 11 mənzilin alqı-satqı müqaviləsini imzalamış, X4 və X11 cəmi 494000 manat pul müqabilində xidmət göstərmişlər. Həmin şəxslərin ona 119000 manat borcu yaranmışdır. Bu səbəbdən də İddiaçı tərəfindən sözügedən mənzilin dəyəri ödənilmədiyindən, o həmin mənzilin faktiki olaraq sahibi deyildir. Bundan əlavə torpaq alqısatqısından sonra X10 ilə onun arasında daha sıx münasibətlər yaranmış və onun tikinti sahəsində daha təcrübəli şəxs olduğunu bildikdən sonra "xxxx" MTK-nın təsisçisi və icraçı direktoru kimi ona səlahiyyətlərini vermişdir. X10 isə onun etibarından sui-istifadə edərək Cavabdeh məxsus olan müqaviləni götürmüş və Cavabdeh bu cinayətkar əmələ təhrik etmişdir. Bundan əlavə inşa edilmiş binanın başqa mənzillərində problem yarandığından Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən onun barəsindəxx.xx.2021-ci il tarixdə AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi qaldırılmış və 2 il 2 ay ərzində istintaq aparılmışdır. Bu vaxt ərzində həmin binanın sakinlərinin bir qismi şahid, bir qismi isə zərərçəkən şəxs qismində müraciət etmişlər. Lakin İddiaçı və Cavabdeh həmin mənzillə bağlı zərərçəkmiş şəxs kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməmişlər.

İş materialları.

11. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MTK 1 kv.m 800 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 8ci mərtəbəsində, ümumi sahəsi 63,5 kv.m olan 1 otaqlı yaşayış mənzilinı “Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. Payçının pay şəklində qoyacağı pul vəsaiti 50800 manat təkşil edir və tam şəkildə ödənilmişdir.

12. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivindən yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 8-ci mərtəbəsində ümumi sahəsi 63.5 kv.m olan 1 otaqlı 86 saylı mənzilin pay dəyəri, İddiaçı tərəfindən, 50800 manata alınmışdır. Ödənilən məbləğ 50800 manat oldu. MTK-ya borcu yoxdur. 13.”Sahil-S İnşaat” MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilənin surətindən görünür ki, "xxxx" MTK 1 kv.m 900 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 63,5 kv.m olan 1 otaqlı yaşayış mənzili “Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. Payçının pay şəklində qoyacağı pul vəsaiti 57150 manat təkşil edir və tam şəkildə ödənilmişdir. 14.”Sahil-S İnşaat” MTK tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş 20 saylı maliyyə arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivindən yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 8-ci mərtəbəsində ümumi sahəsi 63.5 kv.m olan 1 otaqlı 86 saylı mənzilin pay dəyəri, Cavabdeh tərəfindən 57150 manat ödənilmişdir, MTK-ya borcu yoxdur.

15. Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən Vəkil2 ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, “Elekton Notariat” Avtomatlaşdırılmış informasiya Sisteminə baxış keçirilərkən sorğu edilən notariat hərəkətləri barədə sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq üzrə notariat hərəkətləri aşkar edildi. Notariat haqqında qanunvericiliyə əsasən sənədlərin surətinin təsdiqi ilə bağlı notariat hərəkəti həyata keçirilərkən həmin sənədlərin notariat ofisində nüsxələr saxlanılmır. Göstərilən notariat hərəkətlərinin “Elekton Notariat”Avtomatlaşdırılmış informasiya Sistemindən çıxarışları və reyestri sizə göndərilir.

16. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavabdeh və onun nümayəndəsinə göndərilmiş məktubun surətindən müəyyən olunur ki, müraciətə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılmışdır. ”Sahil-S İnşaat” MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivindəinşa etdiyi binada həmin kooperativin vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş İdarədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə aparılmış istintaq zamanı "xxxx" MTK-nın sədri X5 və "xxxx" MMCnin direktoru X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, onlara həmin maddələrlə ittiham elan olunmuş və barələrində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin müvafiq tarixli qərarları ilə həbs qətimkan tədbirləri seçilmişdir. xx.xx.2022ci il tarixdə cinayət işi üzrə ittiham aktı təqdiq olunaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Aparılmış istintaqla "xxxx" MTK tərəfindən Cavabdeh adına rəsmiləşdirilmiş mənzilin təkrarən digər şəxslərə satılması halları müəyyən edilməmişdir. Qeyd edilmiş xüsusatla bağlı hər hansı araşdırma aparılmadığından müvafiq mənzillə bağlı hər hansı sənəd əldə edilməmişdir.

17. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı göndərilmiş məktubun surətindən müəyyən olunur ki, müraciətə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılmışdır. ”Sahil-S İnşaat” MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivindəinşa etdiyi binada həmin kooperativin vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş İdarədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə aparılmış istintaq zamanı "xxxx" MTK-nın sədri X5 və "xxxx" MMC-nin direktoru X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, onlara həmin maddələrlə ittiham elan olunmuş və barələrində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin müvafiq tarixli qərarları ilə həbs qətimkan tədbirləri seçilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təqdiq olunaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Aparılmış istintaqla "xxxx" MTK tərəfindən İddiaçı adına rəsmiləşdirilmiş mənzilin təkrarən digər şəxslərə satılması halları müəyyən edilməmişdir.

İşin faktiki halları.

18. Təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ”Sahil-S İnşaat” MTK ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış və "xxxx" MTK 1 kv.m 900 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 63,5 kv.m olan 1 otaqlı yaşayış mənzili “Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. Payçının pay şəklində qoyacağı pul vəsaiti 57150 manat təşkil edir və tam şəkildə ödənilmişdir. ”Sahil-S İnşaat” MTK tərəfindən 86 saylı mənzilin pay dəyəri 57150 manat pul vəsaitinin Cavabdeh tərəfindən ödənilməsinə dair maliyyə arayışı verilmişdir.

19. Həmçinin "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MTK 1 kv.m 800 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 63,5 kv.m olan 1 otaqlı yaşayış mənzilinı “Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Payçının pay şəklində qoyacağı pul vəsaiti 50800 manat təkşil edir və tam şəkildə ödənilmişdir. "xxxx" MTK tərəfindən binanın 8-ci mərtəbəsində ümumi sahəsi 63.5 kv.m olan 1 otaqlı 86 saylı mənzilin pay dəyəri, 50800 manat pul vəsaitinin İddiaçı tərəfindən tam ödənilməsinə dair xx.xx.2020-ci il tarixli maliyyə arayışı verilmişdir.

20. Daha sonra mübahisələndirilən mənzilə baxış keçirilmiş, mənzilin qapısı Cavabdeh anası kimi təqdim etmiş şəxs tərəfindən açılmış və müəyyən edilmişdir ki, hazırda həmin mənzildə az miqdarda təmir işləri görülmüş, yəni işıq xətləri çəkilmişdir. Mənzil hal-hazırda divarları suvanmamış və təmirsiz vəziyyətdədir.

21. Cavabdeh "xxxx" MTK-nın direktoru X5 ilkin və qarşılıqlı iddia ərizələrinə öz münasibətini bildirərək qeyd etmişdir ki, 2018-ci ildə X12 və X10 onunla göruşərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-В” yaşayış massivində təzə bina tikmək üçün bütün sənədləri qaydasında olan torpaq sahəsi almağı təklif etmişlər. O, isə nağd qaydada pulu olmadığından torpaq sahəsində inşa edəcəyi binadan 2000 m2 ölçüdə mənzil verəcəyinə dair söz vermişdir. O həmin torpaq sahəsinin sənədlərini almış və həmin ünvanda 18 mərtəbəli yaşayış binasının inşasına başlamışdır. Yaşayış binasının təməli qoyulan zaman həmin şəxlər ona 26 nəfər adamın şəxsiyyət vəsiqəsini təqdim etmişlər. Həmin şəxslərdən biri də Cavabdeh olmuşdur. O, söz verdiyi üçün 26 nəfər, o cümlədən Cavabdeh da daxil olmaqla, alqı-satqı müqaviləsini imzalamışdır. Bir müddət sonra X1 Nigar Akif qızına məxsus olan mənzilin sənədlərini ona geri qaytarmış və həmin mərtəbədə sahəsi daha geniş olan bir mənzilin X3 adına rəsmiləşdirməyi xahiş etmişdir. O, da Cavabdeh məxsus olan 8-ci mərtəbə 86 saylı mənzilin sənədlərini geri alıb, 8-ci mərtəbə 88 saylı mənzili X3 adına imzalamışdır. 86 saylı mənzilə başqa bir şəxsə satmaq istəmiş və bu zaman binanın tikinti işlərində xidmət göstərən X16 xidmət müqabilində ona verməyi təklif etmiş və o razılaşmışdır. X16 isə İddiaçı sənədlərini ona vermiş və o 86 saylı mənzilə dair alqı-satqı müqaviləsi imzalamışdır. X4 isə bu mənzilin dəyərinə uyğun tikintidə heç bir iş görməmişdir. Aralarında olan razılşmaya görə X16 həmin mənzili satmalı, əldə etdiyi gəliri tikinti materiallarına və işçinin əmək haqqına sərf edəcəkdir. Son olaraq isə görülən işin miqdarı hesablanmalı və qarşılıqlı borclar ödənilməli idi. X16 və X11 şərik idilər və onlarla olan razılşmaya görə onlar binanın tikintisində hörgü və mala işlərini icra edəcəklər və görülmüş işin qiymətinə uyğun mənzillər alacaqlar. Onlarla əldə etdiyi razılşmaya görə 513000 manat dəyərində 11 mənzilin alqı-satqı müqaviləsini imzalamış, X4 və X11 cəmi 494000 manat pul müqabilində xidmət göstərmişlər. Həmin şəxslərin ona 119000 manat borcu yaranmışdır. Bu səbəbdən də İddiaçı tərəfindən sözügedən mənzilin dəyəri ödənilmədiyindən, o həmin mənzilin faktiki olaraq sahibi deyildir. Bundan əlavə torpaq alqı-satqısından sonra X10 ilə onun arasında daha sıx münasibətlər yaranmış və onun tikinti sahəsində daha təcrübəli şəxs olduğunu bildikdən sonra "xxxx" MTK-nın təsisçisi və icraçı direktoru kimi ona səlahiyyətlərini vermişdir. X10 isə onun etibarından sui-istifadə edərək Cavabdeh məxsus olan müqaviləni götürmüş və Cavabdeh bu cinayətkar əmələ təhrik etmişdir. Bundan əlavə inşa edilmiş binanın başqa mənzillərində problem yarandığından Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən onun barəsindəxx.xx.2021-ci il tarixdə AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi qaldırılmış və 2 il 2 ay ərzində istintaq aparılmışdır. Bu vaxt ərzində həmin binanın sakinlərinin bir qismi şahid, bir qismi isə zərərçəkən şəxs qismində müraciət etmişlər. Lakin İddiaçı və Cavabdeh həmin mənzillə bağlı zərərçəkmiş şəxs kimi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməmişlər.

22. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda göndərilmiş məktubların surətindən müəyyən olunur ki, müraciətə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılmışdır. ”Sahil-S İnşaat” MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivindəinşa etdiyi binada həmin kooperativin vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş İdarədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə aparılmış istintaq zamanı "xxxx" MTK-nın sədri X5 və "xxxx" MMCnin direktoru X8 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, onlara həmin maddələrlə ittiham elan olunmuş və barələrində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin müvafiq tarixli qərarları ilə həbs qətimkan tədbirləri seçilmişdir. xx.xx.2022ci il tarixdə cinayət işi üzrə ittiham aktı təqdiq olunaraq iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Aparılmış istintaqla "xxxx" MTK tərəfindən İddiaçı və Cavabdeh adına rəsmiləşdirilmiş mənzilin təkrarən digər şəxslərə satılması halları müəyyən edilməmişdir.

Tətbiq edilən hüquq.

23. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənziltikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

30. İşin faktiki hallarından görünür ki, ”Sahil-S İnşaat” MTK ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış və "xxxx" MTK 1 kv.m 900 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 63,5 kv.m olan 1 otaqlı yaşayış mənzili “Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. Payçının pay şəklində qoyacağı pul vəsaiti 57150 manat təşkil edir və tam şəkildə ödənilmişdir. ”Sahil-S İnşaat” MTK tərəfindən 86 saylı mənzilin pay dəyərinin, 57150 manat pul vəsaitinin Cavabdeh tərəfindən ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Həmçinin "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MTK 1 kv.m 800 manat olmaqla, MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 8ci mərtəbəsində, ümumi sahəsi 63,5 kv.m olan 1 otaqlı yaşayış mənzilinı “Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Payçının pay şəklində qoyacağı pul vəsaiti 50800 manat təkşil edir və tam şəkildə ödənilmişdir. "xxxx" MTK tərəfindən binanın 8-ci mərtəbəsində ümumi sahəsi 63.5 kv.m olan 1 otaqlı 86 saylı mənzilin pay dəyərinin, 50800 manat pul vəsaitinin İddiaçı tərəfindən tam ödənilməsinə dair xx.xx.2020-ci il tarixli maliyyə arayışı verilmişdir.

31. Daha sonra mübahisələndirilən mənzilə baxış keçirilmiş, mənzilin qapısı Cavabdeh anası kimi təqdim etmiş şəxs tərəfindən açılmış və müəyyən edilmişdir ki, hazırda həmin mənzildə az miqdarda təmir işləri görülmüş, yəni işıq xətləri çəkilmişdir. Mənzil hal-hazırda divarları suvanmamış, təmirsiz vəziyyətdədir və yaşayış mövcud deyildir.

32. Cavabdeh "xxxx" MTK-nın direktoru X5 ilkin və qarşılıqlı iddia ərizələrinə öz münasibətini bildirərək qeyd etmişdir ki, 2018-ci ildə X12 və X10 onunla göruşərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-В” yaşayış massivində təzə bina tikmək üçün bütün sənədləri qaydasında olan torpaq sahəsi almağı təklif etmişlər. O, isə nağd qaydada pulu olmadığından torpaq sahəsində inşa edəcəyi binadan 2000 m2 ölçüdə mənzil verəcəyinə dair söz vermişdir. Bununla bağlı olaraq ilkin olaraq 86 saylı mənzilə dair ”Sahil-S İnşaat” MTK-nın adından Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, sonradan həmin mənzili istəmədiklərindən müqavilə ona geri qaytarılmış və həmin mərtəbədə başqa bir şəxsin adına sahəsi geniş olan başqa bir mənzil verilməsi xahiş olunmuşdur. O da həmin şəxsin adına bu müqaviləni bağlamışdır. 86 saylı mənzilə başqa bir şəxsə satmaq istəmiş və bu zaman binanın tikinti işlərində xidmət göstərən X16 xidmət müqabilində ona verməyi təklif etmiş və o razılaşmışdır. X16 isə İddiaçı sənədlərini ona vermiş və o 86 saylı mənzilə dair alqı-satqı müqaviləsi imzalamışdır. Həmin binada tikinti işlərinin aparılması və materialların alınması məqsədilə 86 saylı mənzilə dair İddiaçı arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Lakin hər iki müqavilə üzrə ”Sahil-S İnşaat” MTK-nın hesabına pul vəsaiti ödənilmədiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

33. Məhkəmə hesab edir ki, iddiaçının tələbi mənzilə müdaxiləyə son qoyulması, sahiblik və istifadə hüququnun bərpa olunması və müqavilənin etibarsız hesab olunması ilə bağlıdır. Lakin işin faktiki hallarından müəyyən olunur ki, mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2018-ci il tarixdə ”Sahil-S İnşaat” MTK ilə Cavabdeh arasında bağlanmış və həmin müqavilənin tələbinə əsasən MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” yaşayış sahəsi ünvanında inşa edilən yeni binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 63,5 kv.m olan 1 otaqlı yaşayış mənzili “Payçı”nın mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyərinin tam ödənilməsinə dair MTK tərəfindən maliyyə arayışı verilmişdir. Həmin sənədlər cavabdeh tərəfindən notarial qaydada təsdiq olunaraq məhkəməyə təqdim olunmuşdur. İddiaçı ”Sahil-S İnşaat” MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin saxta olduğunu və onun əsllərinin mövcud olmadığını qeyd etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq cavabdeh tərəf sorğu edilən notariat hərəkətləri barədə sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqi üzrə notariat hərəkətləri aşkar olunması barədə sübut təqdim etmişdir. "xxxx" MTK-nın direktoru X5 isə Cavabdeh ilə bağlanmış həmin müqavilədən imtina olunduğunu və müqavilənin ona geri qaytarılmasını qeyd etsə də, tərəflər arasında bağlanmış həmin müqavilənin ləğv edilməsi ilə bağlı olaraq məhkəməyə hər hansı sübutu təqdim etməmişdir.

34. Qarşılıqlı iddia üzrə tələb isə "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab olunması ilə bağlıdır. Məhkəmə hesab edir ki, başqabaşqa şəxslərlə eyni mənzilə dair iki müqavilənin bağlanması və MTK-nın eyni mənzilə dair hər iki şəxs qarşısında öhdəlik götürməsi və öhdəliyi icra etməsi qeyri-mümkündür. Belə ki, MTK ilkin müqaviləni bağlamaqla üzərinə götürdüyü öhdəliyin icra edilməsinə və mənzili payçının mülkiyyətinə verilməsinə dair vəzifənin daşıyıcısına çevrilmişdir. Hazırkı halda eyni mənzilə dair MTK-nın başqa bir şəxslə ikinci müqaviləni bağlaması birinci müqavilə üzrə onu öhdəlikdən və vəzifəsinin icrasından azad etməmiş və artıq ikinci müqavilənin etibarsız hesab olunması üçün əsas yaratmışdır.

35. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

36. Beləliklə məhkəmə hesab edir ki, ”Sahil-S İnşaat” MTK ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə, yəni daha öncə müqavilə bağlandığından, cavabdeh tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı tam ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ iddiaçı şəxsə münasibətdə daha əvvəl yarandığından iddia rədd olunmalı, qarşılıqlı iddia təmin olunmalıdır.

Məhkəmə xərcləri.

37. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat və qarşılıqlı iddia verən cavabdeh 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və "xxxx" MTK-ya qarşı “mənzilə yaradılmış müdaxiləyə son qoyulması, giriş qapısının cavabdehin hesabına quraşdırılması, sahiblik və istifadə hüququnun bərpa olunması və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia təmin olunmamalı və iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.

39. Qarşılıqlı iddia təmin olunaraq "xxxx" MTK və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab olunmalı, tərəflər əvvəlki vəziyyətinə qayıtmalı və tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdırlar. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-200, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh və "xxxx" MTK-ya qarşı “mənzilə yaradılmış müdaxiləyə son qoyulması, giriş qapısının cavabdehin hesabına quraşdırılması, sahiblik və istifadə hüququnun bərpa olunması və müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qarşılıqlı iddia təmin olunsun. "xxxx" MTK və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab olunsun. "xxxx" MTK-dan “Payçı”nın pay şəklində qoyduğu pul vəsaiti 50800 (əlli min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar