Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4782/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən Qazax Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(023)-1671/2017 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğini dəyişərək, hər uşaq üçün hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 08 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Diləfruz və xx.xx.2015-ci il təvəllüdlü Gülzar adlı övladları anadan olmuşdur. Uşaqların hər ikisi onun himayəsindədir. Qazax Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(023)- 1671/2017 saylı qətnaməsi ilə Cavabdeh qızı X2 3 yaşına çatanadək 50 manat məbləğində alimentin tutulması, eyni zamanda X1 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 272 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017ci il tarixli, 2(104)-3962/2017 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qazax Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(023)-1671/2017 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iddia qismən təmin edilərək, 04 avqust 2013-cü ildə anadan olmuş Diləfruz və 08 avqust 2015-ci ildə anadan olmuş Gülzar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 13 iyul 2017-ci ildən başlayaraq ayda hər uşaq üçün 136 manat, cəmi 272 manat alimentin, habelə azyaşlı X2 3 yaşınadək saxlanılması üçün Cavabdeh ayda 50 manat alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Uşaqların təlim-tərbiyəsi və böyüməsi ilə bağlı tələb olunan xərclər hər il artır, cavabdeh isə bir dəfə də olsa uşaqlarının təlimtərbiyəsi ilə maraqlanmamış və hazırda da maraqlanmır. Cavabdehin ödədiyi aliment çox cüzi olduğundan uşaqların saxlanması üçün tələb olunan xərcləri demək olar ki, ödəmir. O, özü isə heç bir yerdə işləmir. Belə olan halda uşaqların saxlanmasında böyük çətinliklərlə üzləşir. Məhkəmə iclasında iddaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qeyd olunan iddia tələbi ilə razı olmadığını bildirərək, tələb edilən məbləği ödəməyə maddi imkanının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli, 2(104)-3962/2017 saylı qətnaməsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(023)-1671/2017 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uağa görə 300 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi, eyni zamanda X2 3 yaşına çatanadək 100 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki qətnamə ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qazax Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 2(023)-1671/2017 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iddia qismən təmin edilərək, 04 avqust 2013-cü ildə anadan olmuş Diləfruz və 08 avqust 2015-ci ildə anadan olmuş Gülzar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 13 iyul 2017-ci ildən başlayaraq ayda hər uşaq üçün 136 manat olmaqla cəmi 272 manat alimentin, habelə azyaşlı X2 3 yaşınadək saxlanılması üçün Cavabdeh ayda 50 manat alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 15 oktyabr 2022-ci il tarixinə qədər layihə çərçivəsində “Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyində mühasib vəzifəsində işləmişdir. Əmək müqaviləsinin müdddətinin bitməsi ilə əlaqədar işdən azad olunub. Onun aylıq əmək haqqısı 300 manat təşkil etmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli, 2(104)- 3962/2017 saylı qətnaməsi ilə 04 avqust 2013-cü ildə anadan olmuş Diləfruz və 08 avqust 2015-ci ildə anadan olmuş Gülzar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh 13 iyul 2017-ci ildən başlayaraq ayda hər uşaq üçün 136 manat olmaqla cəmi 272 manat alimentin, habelə azyaşlı X2 3 yaşınadək saxlanılması üçün Cavabdeh ayda 50 manat alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı tərəf aliment məbləğinin uşaqların maddi tələbatlarının ödəməyə kifayət etmədiyi üçün həmin alimentin artırılaraq hər ay hər üşaq üçün 200 manat məbləğində təyin edilməsini xahiş edir. Cavabdeh isə öz izahatında bildirir ki, qeyd olunan aliment məbləği ilə razı deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 2017-ci ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılması azyaşlıların mənafeyi baxımından məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən hər ay hər uşaq üçün 200 manat məbləğində alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 193 manat olmaqla cəmi 386 miqdarında alimentin təyin olunması qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli, 2(104)-3962/2017 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində müəyyən edilsin. Mediasiya prosesində iştirak etməyə görə iddiaçı Cəbı̇ yeva Şəfa Elxan qızı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-4782/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4782/2022
23.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver