Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-481/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 145.000 manat məbləğində vəsaitin tutulması. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh2 Asəf oğlundan xx.xx.2011-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 52630,32 ABŞ dolları məbləğində əsas borc, 7475,88 ABŞ dolları məbləğində faiz borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 31 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi, yuxarıda qeyd olunan məbləğlərin ödənişinin Bakı şəhəri, Nərimanov rayoyu, Z.Bünyadov prospekti, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş D literi hissəsinin açıq hərrac vasitəsilə satışının həyata keçirilməsi, həmin qeyri-yaşayış sahəsinin D literi hissəsinin açıq hərracdan ilkin satış qiymətinin 145.000 manat məbləğində müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, həmin qeyri-yaşayış sahəsinin D literi hissəsi satıldıqda cavabdehlər İddiaçı və X1 oradan 1 aydan gec olmayaraq çıxarılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh2 Asəf oğlundan müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsində sözügedən əmlak İddiaçı məxsusdur. Həmin əmlak Cavabdeh2 və Cavabdeh2 Asəf oğlunun (zamin) bankdan kredit götürərək vaxtında qaytaracaqları barədə vədlərinə inanaraq ipoteka ilə yüklü edilmişdir. Həmin əmlak Nərimanov Rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Hidayətoğlu hərrac təşkilatında hərracda satılmış və həmin əmlakı tələbkar almışdır. Əmlakı ipoteka ilə yüklü edilən İddiaçı məhkəmə proseslərindən xəbəri olmamış, məhkəmə proseslərində əmlaka bazar dəyərindən 3 dəfə ucuz qiymət qoyulmuş iş üzrə borclu Cavabdeh1 və zamin Cavabdeh2 apellyasiya və kassasiya şikayətlərində əmlakın dəyərini mübahisələndirməmişlər. İpoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 145.000 manat müəyyən edilməsi tam ədalətsiz qərardır. Lakin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın ucuz qiymətləndirilməsi cavabdehlər tərəfindən mübahisələndirilməməsi və üstəlik ilkin hərracda satılmadığından 2-ci hərracda əmlak 15% endirimlə hərraca çıxarılmış və satılmadığından hərrac təşkilatı tərəfindən 15% endirimli qiymətdən 25% aşağı endirimlə, yəni 92437.5 manata tələbkara təklif edimiş və tələbkar əmlakı satın almışdır. Nərimanov rayon icra və probasiya şöbəsi qeyd edilən əmlakın təhvil verilməsini tələb etdiyi 2021-ci ilin oktyabr ayında əmlakın satılması barədə məlumat əldə etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2022ci il tarixdə qətnaməni məhkəmədən əldə edərək ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(010)-40/2016 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-40/2016 saylı qərardadı ilə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6845/2022 xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçının əmlakı cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri icra etmədiklərindən və əmlakın ucuz qiymətləndirilməsi ilə razılaşmaları çox ucuz qiymətə satılmışdır. İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dəyəri qiymətləndirmə şirkəti olan "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən D literi hissəsi 446200 (dört yüz qırx altı min iki yüz) manat müəyyən edilmişdir. “X5” ASC-dən kredit götürən Cavabdeh1 və zamin Cavabdeh2 banka olan borclarını vaxtında ödəmədiklərindən iddiaçıya məxsus əmlak hərracda satılmışdır. Həmin əmlakın satılması nəticəsində İddiaçı ona məxsus əmlakdan məhrum olmuş və nəticədə ona zərər dəymişdir. Tərəflərin izahatları Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh2 Asəf oğlundan xx.xx.2011 il tarixli 01 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 52630,32 ABŞ dolları məbləğində əsas borc, 7475,88 ABŞ dolları məbləğində faiz borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər ərazi idarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 31 manatın tutularaq, "xxxx" ASC-yə ödənilməsi, yuxarıda qeyd olunan məbləğlərin ödənişinin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş D literi hissəsinin açıq hərrac vasitəsilə satışının həyata keçirilməsi, həmin qeyriyaşayış sahəsinin D literi hissəsinin açıq hərracdan ilkin satış qiymətinin 145.000 manat məbləğində müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, həmin qeyri-yaşayış sahəsinin D literi hissəsi satıldıqda cavabdehlər İddiaçı və X1 oradan 1 aydan gec olmayaraq çıxarılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh2 Asəf oğlundan müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Həmin mülki iş üzrə İddiaçı Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 6845/2022 saylı qərardadının ləğv edilib işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə kassasiya şikayəti vermişdir. Hazırki iddia üzrə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsindəki əsas məqsəd cavabdehləri narahat etməkdir. Belə ki, iddiaçının özünə məxsus əmlakı ipoteka ilə yüklü etməsində nə məqsəd ola bilər. Belə ki, iddiaçı cavabdehlərlə qonşu olmuş, krediti faktiki olaraq iddiaçı götürmüş və o, istifadə etmişdir. Ona görə də, indiyədək heç bir müraciət etməmişdir. Lakin hazırda məhkəməyə müraciət etməkdə əsas məqsədi cavabdehləri narahat etməkdir. Onlar pulu birlikdə götürmüşlər, cavabdeh öz üzərinə düşən hissəsini ödəmiş, lakin iddiaçı ödəniş etməmişdir. Əmlak məhkəmə qətnaməsi əsasında 145000 manat məbləğində dəyərləndirilmiş və nəticədə 92437.5 manata banka təklif olunmuş və bank tərəfindən qeyd edilən qiymətə alınmaqla həmin məbləğ tutulan borcdan silinmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli QR.22-052 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində müvafiq daşınmaz əmlak kompleksinin xx.xx.2022-ci il tarixinə olan likvid dəyəri 1 m2 üçün 2000 AZN olmaqla 1.465.800 (bir milyon dörd yiiz altmış beş min səkkiz yüz) manat qiymətləndirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh2 Asəf oğlundan xx.xx.2011 il tarixli 01 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 52630,32 ABŞ dolları məbləğində əsas borc, 7475,88 ABŞ dolları məbləğində faiz borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər ərazi idarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 31 manatın tutularaq, "xxxx" ASC-yə ödənilməsi, yuxarıda qeyd olunan məbləğlərin ödənişinin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr, 57C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olan və ipoteka ilə yüklü edilmiş D literi hissəsinin açıq hərrac vasitəsilə satışının həyata keçirilməsi, həmin qeyriyaşayış sahəsinin D literi hissəsinin açıq hərracdan ilkin satış qiymətinin 145.000 manat məbləğində müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin İddiaçı qaytarılması, həmin qeyri-yaşayış sahəsinin D literi hissəsi satıldıqda cavabdehlər İddiaçı və X1 oradan 1 aydan gec olmayaraq çıxarılmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh2 Asəf oğlundan müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 ərizəsindən görünür ki, iş üzrə məhkəmə prosesi 01 may saat 12:00-a təyin edilmişdir. Lakin məhkəmə prosesində iştirakı qeyrimümkündür. Buna görə də məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin faktiki halları "xxxx" ASC və Cavabdeh2 arasında xx.xx.2011-ci ildə 01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə nəğd və qeyri-nəğd şəkildə istifadə olunmaqla 114.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2011-cı il tarixli 01 saylı kredit küqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2011-ci il tarixdə bağlanmış 01 saylı ipoteka müqaviləsinə əsasən, "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli hesabatına əsasən ümumi dəyəri 145.000 manat məbləğində qiymətləndirilmiş, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57 C ünvanında yerləşən qeyri yaşayış sahəsinin D literi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-40/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 57 C ünvanında yerləşən qeyri yaşayış sahəsinin D literi hissəsinə tutma yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin D literi hissəsinin açıq hərrac vasitəsilə satılması, əmlakın ilkinn satış qiymətinin 145000 manat müəyyən edilməsi, satışdan əldə edilmiş vəsait hesabına hazırki mülki iş üzrə cavabdehlərin "xxxx" ASC qarşısında öhdəliyinin təmin edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra vərəqəsi verilmiş, icra məmurunun sifarişi əsasında hərrac keçirilmiş və nəticədə hərrac baş tutmadığından əmlak 92437.5 manata Banka təklif olunmuşdur. Bank tərəfindən ipoteka ilə yüklü edilmiş əmlak qəbul edilmiş, Cavabdeh2 bank qarşısında olan öhdəliyindən 92437.5 manat iddiaçının əmlakı hesabına təmin edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Hazırda iddiaçı ipoteka predmetinin dəyəri olaraq müəyyən edilmiş 145000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini istəyir. Cavabdeh tərəf iddia tələbini qəbul etmir, həmçinin iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsini istəyir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla təmin edilməlidir. Belə ki, göründüyü kimi Cavabdeh2 götürdüyü kreditin təminatı olaraq iddiaçı öz mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etmiş, cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirməməsi səbəbindən iddiaçıya məxsus əmlak açıq hərracda satışa çıxarılmış, satışı baş tutmadığından bank tərəfindən 92437.5 manat dəyərində qəbul edilmiş, nəticədə Cavabdeh2 bank qarşısında olan öhdəliyindən 92437.5 manat iddiaçının əmlakı hesabına təmin edilmişdir. Məhkəmə iddia tələbinin məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, reqres qaydada pul tələbinin əsas mahiyyəti əsas borclunun kreditor qarşısında təmin edilmiş öhdəliyinə nisbətdə pulun geri tələb edilməsidir. Hazırda məhkəmə qətnaməsi əsasında iddiaçıya məxsus olmuş əmlak 145000 manat məbləğində qiymətləndirilsə də, iddiaçının əmlakı hesabına borclu Cavabdeh2 bank qarşısında öhdəliyindən 92437.5 manat hissə təmin edildiyindən iddia tələbi həmin hissədə əsaslıdır. İddiaçı hazırda tələb etdiyi vəsaitin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir, lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 Cavabdeh2 götürdüyü kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüş və bununla bağlı zaminlik müqaviləsi imzalamışdır. Sözügedən qətnamə ilə Cavabdeh1 da Cavabdeh2 ilə birlikdə bank qarşısında müştərək öhdəlik daşıması müəyyən edilsə də, iddiaçının əmlakı hesabına məhz Cavabdeh2 bank qarşısında olan öhdəliyi təmin edilmişdir. Ona görə də, hazırki iddia üzrə iddiaçıya məxsus əmlak Cavabdeh1 məxsus olmayan kreditin təminatı üsulu olduğundan və Cavabdeh2 götürdüyü kreditin ödənilməsinə yönəldildiyindən həmin məbləğin Cavabdeh1 tutulması əsassızdır. Məhkəmə eyni zamanda Cavabdeh1 nümayəndəsinin (vəkili) iddia müddətinin tətbiqi barədə ərizəsinə də qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf iddia müddəti barədə ərizəsini müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olmasına istinad etməklə əsaslandırmışdır. Məhkəmə xatırladır ki, hazırki qətnamə ilə İddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmadığını müəyyən etmişdir. Bununla belə məhkəmə izah edir ki, mülki qanunvericilikdə reqres tələbi üzrə iddia müddəti ayrıca olaraq nəzərdə tutulmadığından qeyd edilən tələblərə 10 illik ümumi iddia müddəti tətbiq edilməlidir. Hazırda iddiaçı tərəfindən 10 illik iddia müddəti ötürülməmişdir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 92437.5 (doxsan iki min dörd yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 92437.5 (doxsan iki min dörd yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rübabə Qafarova