Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4897/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə kreditə görə 2555,04 manat əsas, faiz borcuna görə 169,38 manat, cərimə borcuna görə 188,96 manat, borcun cəmi məbləği 2913,38 manat pul və dövlət rüsumu kimi ödənilmiş 49,14 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, üzük (ağlı) 1 ədəd, çəkisi 19,3qr. Əyarı 750; kulon 1 ədəd çəkisi 1,7 qr. Əyarı 583; komplekt (ağlı) 1 ədəd çəkisi 38qr. Əyarı 583 cəmi 59qr. bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə 2555,04 manat əsas, faiz borcuna görə 169,38 manat, cərimə borcuna görə 188,96 manat, borcun cəmi məbləği 2913,38 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 49.14 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi. İddia tələbinin dəlilləri İddiaçı "xxxx" ASC ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsinə əsasən illik 29 % dərəcəsi olmaqla 24 ay müddətinə 3376 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2555,04 manat əsas, faiz borcuna görə 169,38 manat, cərimə borcuna görə 188,96 manat, borcun cəmi məbləği 2913,38 manat təşkil edir. xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-cİ il tarixli NZLMB-07442 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmiş və aşağıdakılardan i barətdir: üzük (ağlı) 1 ədəd, çəkisi 19,3qr. Əyarı 750; kulon 1 ədəd çəkisi 1,7 qr. Əyarı 583; komplekt (ağlı) 1 ədəd çəkisi 38qr. Əyarı 583 cəmi 59qr. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə kreditə görə 2555,04 manat əsas, faiz borcuna görə 169,38 manat, cərimə borcuna görə 188,96 manat, borcun cəmi məbləği 2913,38 manat pul tutulmalıdır, tələblər girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana illik 29 % dərəcəsi olmaqla 24 ay müddətinə 3376 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı müqaviləyə saxlanc girovu haqqında müqavilədən görünür ki, xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları – üzük (ağlı) 1 ədəd - çəkisi 19,3 qram, əyarı 750; kulon 1 ədəd - çəkisi 1,7 qram, əyarı 583; komplekt (ağlı) 1 ədəd - çəkisi 38qram, əyarı 583, cəmi 59 qram İddiaçı banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixində Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə 2555,04 manat əsas, 169,38 manat faiz borcu və 188,96 manat olmaqla cəmi 2913,38 manat məbləğində borcu yaranmışdır. İşin faktiki halları İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 24 ay müddətinə, illik 29 % ödəmək şərtilə 3376 manat məbləğində kredit verilmiş, Borcalan isə götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli girov müqaviləsinə əsasən borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan üzrərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi girov predmeti olan qızıl əşyalarına yönəltmək hüququ vardır. Həmin müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları – üzük (ağlı) 1 ədəd, çəkisi 19,3qr. Əyarı 750; kulon 1 ədəd çəkisi 1,7 qr. Əyarı 583; komplekt (ağlı) 1 ədəd çəkisi 38qr. Əyarı 583 cəmi 59qr. iddiaçı banka girov qoyulmuşdur. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı "xxxx" ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə borcun tutulması və tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı Kredit müqaviləsinə əsasən 2555,04 manat əsas, faiz borcuna görə 169,38 manat, cərimə borcuna görə 188,96 manat olmaqla cəmi məbləği 2913,38 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsində qeyd olunan əsasları rəhbər tutaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 280. Girov müqaviləsi. 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması). Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 298. Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı bankla bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də cavabdehdən ödənilməmiş xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2555,04 manat, faiz borcuna görə 169,38 manat, cərimə borcuna görə 188,96 manat olmaqla cəmi 2913,38 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin iddiaçı məhkəmədən tələbin bank qarşısında girov qoyulmuş cavabdehə məxsus qızıl-zinət əşyalarına yönəldilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı girov predmetinə tutma yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin qızılzinət əşyalarının girov qoyulmasına dair müqavilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanmışdır və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bu vəziyyətdə iddiaçı tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. (MM maddə 298.3) Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tutmanın girov predmetinə yönəldilməsi zamanı girov predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Ona görə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulandan fərqli olaraq yalnız girov predmeti olan əşyalarla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində belə bir tələb nəzərdə tutulmamışdır. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə göstərilməli olduğu birbaşa qeyd edilsə də (maddə 10.5) girov müqavilələrində ilkin satış qiymətinin müqavilədə göstərilməli olduğu Azərbaycan Respublikasının Mülki Məcəlləsində (maddə 280.2) nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə hazırkı iş üzrə girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət görmür və hesab edir ki, bu məsələ qətnamənin icrası mərhələsində həll olunmalıdır. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 49,14 (qırx doqquz manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2555,04 manat, faiz borcuna görə 169,38 manat, cərimə borcuna görə 188,96 manat olmaqla cəmi 2913,38 manat və dövlət rüsumu kimi ödənilmiş 49.14 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Tutma bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmiş çəkisi 19,3 qram, əyarı 750 olan 1 ədəd üzük (ağlı), çəkisi 1,7 qram, əyarı 583 olan 1 ədəd kulon, çəkisi 38 qram, əyarı 583 olan 1 ədəd komplekt (ağlı), cəmi 59 qram qızıl-zinət əşyalarına yönəldilməlidir. Girov qoyulmuş əşyaların satışından götürülən məbləğ qətnamənin icrasına kifayət etməsə, çatışmayan məbləğ cavabdehdən onun başqa əmlakı hesabına alınmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-07442 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2555,04 manat, faiz borcuna görə 169,38 manat, cərimə borcuna görə 188,96 manat olmaqla cəmi 2913,38 manat və dövlət rüsumu kimi ödənilmiş 49.14 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmiş çəkisi 19,3 qram, əyarı 750 olan 1 ədəd üzük (ağlı), çəkisi 1,7 qram, əyarı 583 olan 1 ədəd kulon, çəkisi 38 qram, əyarı 583 olan 1 ədəd komplekt (ağlı), cəmi 59 qram qızıl-zinət əşyalarına yönəldilsin. Girov qoyulmuş əşyaların satışından götürülən məbləğ qətnamənin icrasına kifayət etməsə, çatışmayan məbləğ cavabdehdən onun başqa əmlakı hesabına alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-4897/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4897/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver