Məhkəmə qərarları › İş №e-2(010)-4964/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4964/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4964/2025 23.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 11 626,37 (on bir min altı yüz iyirmi altı manat 27 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 369,14 (üç yüz altmış doqquz manat 14 qəpik) manat və 125,99 (bir yüz iyirmi beş manat 99 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 12 121,50 (on iki min bir yüz iyirmi bir manat 50 qəpik) manat pulun cavabdehdən qaydada məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 12-3268 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00121 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdelərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: -xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 407,20 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 367,68 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 234,24 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 51,84 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 51,84 manat; -xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 116,64 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 228,96 manat; -xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 228,96 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; -xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 492,48 manat; -xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 2160,40 manat (video); -xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 1464,40 manat (video); -xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 204,12 manat (video); Cəmi 11 646,37 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur(sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Cavabdeh 407.20 manat zərərdən 20 manat ödəniş etmişdir. Belə ki, cavabdehin 11 626,37 (on bir min altı yüz iyirmi altı manat 27 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. AR Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildiririk ki, cavabdehlərin ödənilməmiş 2021-ci ilin may-dekabr ayları üzrə 187,30 manat sərfiyyat borcu və limitdən əlavə 50,24 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 355,28 manat sərfiyyat borcu və limitdən əlavə 4,32 manat sərfiyyat borcu, cəmi 597,14 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqinda” iyun ayın 2018-ci il tarixli İ002772 saylı akt əsasında 12,90 manat və xx.xx.2021-ci il tarixli İ06499 saylı akt əsasında 21,60 manat məbləğində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat borcu olduğu müəyyən olunmuşdur (597,14+12,90+21,60=631,64). 2021-ci ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər cavabdeh 262,50 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 369,14 (üç yüz altmış doqquz manat 14 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və gazsrep üzrə ümumi 11995,51 (on bir min doqquz yüz doxsan beş manat 51 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi izahat verərək bildirmişdir ki, iddia ərizəsini müdafiə edir. Borc məbləği sayğac göstəricillərinə uyğun qeyd edilmişdir. Cavabdeh tərəf izahatında borcunun olduğunu etiraf edir. Sayğaca qanunsuz müdaxilə ilə bağlı cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyində icraat başlanmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən video çəkilişlərlə lentə alınmışdır. Məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh bildirmişdir ki, yaşadığı ev onun atababa evidir. Özü 1-ci qrup əlildir. Azəriqaz İB-nin işçiləri ona məxsus evin qaz borusunu deşmişlər. Təxminən 500 manat pensiya alır. Maddi vəziyyəti ağırdır. 2023-cü ilin noyabr ayından qoşulduğunu qəbul edir. İşığa və suya da hazırda borcu vardır. 50 manat məbləğində pulu Arif Tağıyev adlı şəxsin kartına göndərmişdir. Ona qaza olan borcunun silinəcəyi bildirilmişdir. İş materialları “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AK-12/8268 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Təbii X2nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat, hesabat müddəti 130 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 130 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 50 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.8 x4x 130 =416 m3, 0.8x6x50 = 240 m3, 1.5 x4x 130 =780 m3, 1.5x8x50=600 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rehjimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 4 x 24 x 360 = 34560 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 30 = 864 m3, 1.5 x 24 x 30 = 1080 m3, 0.8 x 24 x 30 = 576 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 30 = 864 m3, 1.5 x 24 x 30 = 1080 m3, 1.4 x 24 x 30 = 1008 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x30 = 864 m3, 1.5 x 24 x 30 = 1080m3, 1.4 x 24 x 30 = 1008 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x30 = 864 m3, 1.5 x 24 x 30 = 1080m3, 1.4 x 24 x 30 = 1008 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x30 = 864 m3, 1.5 x 24 x 30 = 1080m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 3 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x 60 = 864 m3, 1.5 x 12 x 60 = 1080m3 kimi hesablanmışdır “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 120 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 120 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x120 = 1728 m3, 1.5 x 12 x 120 = 2160 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3, 1.5 x 12 x 30 = 540 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3, 1.5 x 12 x 30 = 540 m3, 2.6x12x30=936 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildən qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3, 1.5 x 12 x 30 = 540 m3, 2.6x12x30=936 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildən qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3, 3 x 12 x 30 = 1080 m3, 1.5x12x30=540 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildən qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x60 = 864 m3, 3 x 12 x 60 = 2160 m3, 1.5x12x60=1080 m3 kimi hesablanmışdır. “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildən qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 189 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 189 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 189 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x189 = 2721.6 m3, 1.5 x 12 x 189 = 3402 m3, 1.5x12x189=3402 m3 kimi hesablanmışdır. xx.xx.2024-cü il tarixli MN №1277270 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh tərəfindən yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qoşulmaqla 2160.4 manat məbləğində təbii qazın talanması xx.xx.2024-cü il tarixdə aşkarlanmış və nəticədə o, AR İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. “Təbii X2nın pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 5 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildən qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün, İran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x 90 = 1296 m3, 1.5 x 12 x 61 = 1098 m3, 1.5 x 12 x 90 = 1620 m3, 1.5 x 12 x 90 = 1620 m3 kimi hesablanmışdır. xx.xx.2025-ci il tarixli MN №1277022 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh tərəfindən yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qoşulmaqla 1464.4 manat məbləğində təbii qazın talanması xx.xx.2025-ci il tarixdə aşkarlanmış və nəticədə o, AR İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. “Təbii X2nın pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdehnın abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 21 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 21 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x 21 = 302.4 m3, 1.5 x 12 x 21 = 378 m3 kimi hesablanmışdır. xx.xx.2025-ci il tarixli MN №1277050 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh tərəfindən yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar, küçə qaz xəttinə qoşulmaqla 204.12 manat məbləğində təbii qazın talanması xx.xx.2025-ci il tarixdə aşkarlanmış və nəticədə o, AR İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş cd diskə daxil edilən fotoşəkillər və videoyazılardan cavabdehə məxsus fərdi yaşayış evində qaz sayğacına qanunsuz müdaxilə edilməsi müəyyən olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün- 100.0 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün- 120.0

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2” 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir

3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7. Sayğacların üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3- dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi 2 hissədən – 1) qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və 2) sayğacdan istifadə nəticəsində yaranmış debitor borcun tutulmasından ibarətdir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 12-3268 nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********00121 nömrəli abonent kodu vermişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu iddiaçının əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Həmin prosesura əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd edilən əlavələr “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixdən əlavə edilmiş və müvafiq normaların həmin dövrdən əvvəl paylayıcı və istehlakçı arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilmə imkanı istisna edilmişdir. Hazırkı iş üzrə tərtib edilmiş 18 aktın 2-i həmin dövrdən əvvələ təsadüf etsə də, həmçinin aktlardan yalnız üçü – xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli akt üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı fillialı tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş üzrə cavabdeh məhkəmə iclaslarına gəlmiş, iddia tələbini 2023-cü ilin noyabr ayından sonra yaranmış borca münasibətdə iddia tələbini qəbul etmişdir. Belə olan halda, məhkəmə araşdırması qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi istiqamətində davam etdirilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə təbii X2nın pozulması barədə qaz paylayıcısı tərəfindən tərtib edilmiş hər bir akt üzrə onun tərtib edildiyi illərə uyğun vurulmuş zərərin həcminin müəyyən edilməsini zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış qazın alqı satqısı müqaviləsində bir cihaz göstərilsə də, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehlakçının istifadə etdiyi qaz işlədiciləri qismində PQ4, radiator, dəmir soba, QSQ, iran sobası qeyd edilmiş, hər bir cihaz üçün hesabat 24 saat və ya 12 saat üzrə aparılmış və dəymiş zərər hər bir qaz işlədicisi üzrə ayrı-ayrılıqda hesablanmışdır. Halbuki bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazların söndürülməsi və.s) həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayan vaxtlarda) onun istifadəsinə hər hansı ehtiyac yoxdur, yəni onun 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, qanunsuz qoşulma nəticəsində itirilmiş qazın dəyərinin hesablanması zamanı qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi də nəzərə alınmaqla müqavilədə nəzərdə tutulmuş PQ4 (4 gözlü qaz plitəsi) üzrə hesablama aparılmalılıdır. İ. 2017-ci il üzrə tərtib edilmiş akt. Tərəflər arasında bağlanmış qazın alqı satqısı müqaviləsində bir cihaz- PQ4 (4 gözlü qaz plitəsi) göstərilsə də, xx.xx.2017-ci il tarixli akt üzrə qaz işlədicilərdən PQ3 tipli qaz işlədicisinə görə hesablama aparıldığından tələb bu hissədə təmin edilməməlidir. İİ. 2022-ci il üzrə tərtib edilmiş aktlar. xx.xx.2022-ci il tarixli akt üzrə istehlakçının qaz sayğacından kənar qeyri qanuni təbii qazdan istifadəsi nəticəsində tərtib edilmiş və akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən G-4 markalı qaz sayğacının nominal qaz 4 m3/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 4x24x 360=34560 m3 kimi hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddət nəzərə alınmamışdır. Odur ki, xx.xx.2022-ci il tarixli akt üzrə qazdan qeyri qanuni istifadə nəticəsində yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır (4 x 24 x 90) x 0.12 = 1036.8 manat İİİ. 2023-cü il üzrə tərtib edilmiş aktlar. xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 11 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat; xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat, xx.xx.2023-cü tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 60) x 0.12 = 51.84 manat, xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat, xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat, xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat, xx.xx.2023 cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat, xx.xx.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat, ümumilikdə 311.04 manat. İV.2024-cü il üzrə tərtib edilmiş aktlar. xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 3 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2024-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.12 = 25.92 manat; xx.xx.2024-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 60) x 0.12 = 51.84 manat; xx.xx.2024-cü il tarixli “Təbii X2nın pozulması haqqında” ******* saylı akt üzrə nəzərdə tutulmuş 2160.40 manat hissəsinə münasibətdə qeyd edir ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 7 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, tədbir görülməsi aidiyyəti üzrə müvafiq orqana göndərilmiş, xx.xx.2024-cü il tarixli MN №1277270 saylı inzibati təneh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh tərəfindən yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinə qoşulmaqla 2160.40 manat məbləğində təbii qazın talanması xx.xx.2024-cü il tarixdə aşkarlanmış və nəticədə o, AR İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. Hazırkı halda cavabdeh orqan tərəfindən qeyd olunan akt tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunduğu üçün cavabdehin abonent hesabına xx.xx.2024-cü il tarixli ******* saylı akta görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin cavabdehdən tələb olunması qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmalıdır. İV.2025-ci il üzrə tərtib edilmiş aktlar. xx.xx.2025-ci il tarixli “Təbii X2nın pozulması haqqında” ******* saylı akt üzrə nəzərdə tutulmuş 1464.40 manat hissəsinə münasibətdə qeyd edir ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 7 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, tədbir görülməsi aidiyyəti üzrə müvafiq orqana göndərilmiş, xx.xx.2025-ci il tarixli MN №1277022 saylı inzibati təneh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh tərəfindən yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinə qoşulmaqla 1464.40 manat məbləğində təbii qazın talanması xx.xx.2025-ci il tarixdə aşkarlanmış və nəticədə o, AR İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. Hazırkı halda cavabdeh orqan tərəfindən qeyd olunan akt tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunduğu üçün cavabdehin abonent hesabına xx.xx.2025-ci il tarixli ******* saylı akta görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin cavabdehdən tələb olunması qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olduğu üçün iddia tələbi əsaslıdır. xx.xx.2025-ci il tarixli “Təbii X2nın pozulması haqqında” ******* saylı akt üzrə nəzərdə tutulmuş 204.12 manat hissəsinə münasibətdə qeyd edir ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 7 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, tədbir görülməsi aidiyyəti üzrə müvafiq orqana göndərilmiş, xx.xx.2025-ci il tarixli MN №1277050 saylı inzibati təneh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh tərəfindən yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinə qoşulmaqla 204.12 manat məbləğində təbii qazın talanması xx.xx.2025-ci il tarixdə aşkarlanmış və nəticədə o, AR İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. Hazırkı halda cavabdeh orqan tərəfindən qeyd olunan akt tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunduğu üçün cavabdehin abonent hesabına xx.xx.2025-ci il tarixli ******* saylı akta görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin cavabdehdən tələb olunması qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddia tələbinin ikinci hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, yuxarıda istinad edildiyi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə sərf etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə 2021-ci ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər 631.64 manat məbləğində qaz sərf etdiyi halda cəmi 262.5 manat ödəniş etmiş, 369.14 manat məbləğində sayğac göstəricisi üzrə sərfiyyat borcu yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan 369.14 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində İddiaçı İB-yə vurulmuş zərərə görə 5254.52 manat və qaz sərfiyyatı üzrə yaranmış debitor borca görə 369.14 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 125.99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi (72.54 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində İddiaçı İB-yə vurulmuş zərərə görə 5254.52 ( beş min iki yüz əlli dörd manat əlli iki qəpik) manat, qaz sərfiyyatı üzrə yaranmış debitor borca görə 369.14 (üç yüz altmış doqquz manat on dörd qəpik) manat olmaqla, cəmi 5623.66 (beş min altı yüz iyirmi üç manat altmış altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 72.54 (yetmiş iki manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar