Məhkəmə qərarları › İş №e-2(010)-4965/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4965/2025

03.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4965/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdehtərəfindən İddiaçı İB-yə vurulmuş7978,96 (yeddi min doqquz yüz yetmiş səkkiz manat 96 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 4690,96 (dörd min altı yüz doxsan manat 96 qəpik) manat və 128,01 (bir yüz iyirmi səkkiz manat 01 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 12 797,93 (on iki min yeddi yüz doxsan yeddi manat 93 qəpik) manat pulun cavabdehdən qaydada məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************)bank hesabına ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə abonentCavabdeharasında xx.xx.2025-ci il tarixində Akj-00111/05-25 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00201 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdelərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2013-cü il tarixli 071492 saylı akt əsasında 75,60 manat (qəza bərpa aktına uyğun); - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 723,60 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 90 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 93,60 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1399,68 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1451,04 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 349,92 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 354,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 358,56 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 177,12 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 211,68 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 367,20 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 492,48 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 115,68 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 591,04 manat (video); Cəmi 7978,96 (yeddi min doqquz yüz yetmiş səkkiz manat 96 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). AR Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildiririk ki, cavabdehlərin ödənilməmiş 2013-cü ilin ayları üzrə qalıq 1367,50 manat sərfiyyat borcu, 2020-ci ilin mart-dekabr ayları üzrə 916,60 manat sərfiyyat borcu və limitdən əlavə 9 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1829,20 manat sərfiyyat borcu və limitdən əlavə 9,80 manat sərfiyyat borcu, 2022-ci ilin yanvarmayayları üzrə 1202,42 manat sərfiyyat borcu və limitdən əlavə 73,83 manat sərfiyyat borcu, cəmi 5408,35 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqinda” xx.xx.2020-ci il tarixli İ006022 saylı akt əsasında 291,60 manat məbləğində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat borcu olduğu müəyyən olunmuşdur (5408,35+291,60=5699,95). 2013-cü ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər cavabdeh 1008,99 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 4690,96 (dörd min altı yüz doxsan manat 96 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və gazsrep üzrə ümumi 12 669,92 (on iki min altı yüz altmış doqquz manat 92 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iclasa gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə AK-00111/05-25 nömrəli xx.xx.2025-ci il tarixli müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.5 x 10 x 30 = 2700 m3, 1.4 x 18 x 30 = 4536 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 30 = 216 m3, 0.8 x 18 x 30 = 432 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.8 x 6 x 30 = 144 m3 1.4x18x 30=756 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.8 x 6 x 30 = 144 m3, 1.5 x 8 x 30 = 360 m3, 0.8 x 18 x 30 = 432 m3 kimi hesablanmışdır Təbii X1nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 180 = 5184 m3, 1.5 x 24 x 180 = 6480 m3 kimi hesablanmışdır “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 120 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 120 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 120 = 3456 m3, 1.5 x 24 x 120 = 4320 m3 , 2 x 1.4 x 24x 60 = 4032 m3 kimi hesablanmışdır “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 30 = 864 m3, 1.5 x 24 x 30 = 1080 m3, 1.4 x 24x 30 = 1008 m3 kimi hesablanmışdır “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 30 = 864 m3, 1.5 x 24 x 30 = 1080 m3, 1.4 x 24 x 30 = 1008 m3 kimi hesablanmışdır “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x30 = 864 m3, 1.5 x 24 x 30 = 1080m3, 1.4 x 24 x 30 = 1008 m3 kimi hesablanmışdır “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x 90 = 1296 m3, 1.5 x 12 x 90 = 1620 m3 kimi hesablanmışdır “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x60 = 864 m3 , 1.5 x 12 x 60 = 1080m3, 1.4 x 12 x 60 = 1008 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3 , 1.5 x 12 x 30 = 540 m3, 4x 1.4 x 12 x 30 = 2016 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni sayğacdan istifadə edir. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3, 1.5 x 12 x 30 = 540 m3, 1.4x12x30=504 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildən qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3, 1.5 x 12 x 30 = 540 m3, 0.8 x12x30=288 m3 , 1.4x12x30=504 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün, iran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x60 = 864 m3, 3x 12 x 60 = 2160 m3 , 1.5x12x60=1080 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, iran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x30 = 432 m3, 3x 12 x 30 = 1080 m3 , 2x1.4x12x30=1008 m3 , 1.5x12x30=540 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildən qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.88 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.8 x 12 x 30 = 288 m3, 1.88 x 12 x 30 = 676 m3 kimi hesablanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildən qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu. Həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 101 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 101 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 0.8 x 12 x 101 = 969.6 m3, 1.88 x 12 x 101 = 2278.16 m3 kimi hesablanmışdır. MN №1277250 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş Cavabdeh tərəfindən yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar, küçə qaz xəttinə qoşulmaqla 591.04 manat məbləğində təbii qazın talanması xx.xx.2024-cü il tarixdə aşkarlanmış və nəticədə o, AR İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş cd diskə daxil edilən foto və videoyazılarda fərdi yaşayış evinə dair görüntülər əks olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. (xx.xx.2022-ci il tarixindən qüvvəyə minmişdir)

20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1” 1.3 və 1.4. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir

5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 2200 m3 -dək (2200 m3 daxil) olan hissəsi üçün- 100.0 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarı Təbii qazın ölkədaxili tarifləri 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün- 120.0 29 dekabr 2024-cü il tarixli 18 nömrəli qərarı 4.1. Əhali 4.1.1. illik istehlak həcminin 1200 m 3 -dək (1200 m 3 daxil) olan hissəsi üçün- 125.0

Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi 2 hissədən – 1) qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və 2) sayğacdan istifadə nəticəsində yaranmış debitor borcun tutulmasından ibarətdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə iddiaçının əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitindəmüayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin istifadə və sahibliyində olan ev üzrə təbii qazdan sayğacdan kənar istifadə edilməsi əsası ilə iddiaçı tərəfindən 19 sayda akt (xx.xx.2013-cü il tarixli 071492 saylı akt; xx.xx.2019-cu il tarixli ******* saylı akt; xx.xx.2019cu il tarixli ******* saylı akt; xx.xx.2019-cu il tarixli ******* saylı akt; xx.xx.2019-cu il tarixli ******* saylı akt; xx.xx.2022-ci il tarixli ******* saylı akt; xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2023cü il tarixli ******* saylı akt; xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2023-cü il tarixli ******* saylı akt; xx.xx.2024-cü il tarixli ******* saylı akt; xx.xx.2024-cü il tarixli ******* saylı akt; xx.xx.2024-cü il tarixli ******* saylı akt; xx.xx.2024-cü il tarixli ******* saylı akt ) tərtib edilmişdir. Sözügedən aktlarda cavabdehin yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə edildiyi göstərilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilkdə(75.60+723,60+64.80+90+93.60+1399.68+1451.04+354,24+354,24+354.24+ 349,92+354.24+358.56+177,12+211.68+367.20+492,48+115.68+591.04) 7978.96 manat məbləğində maddi zərər hesablanaraq, cavabdehin abonent hesabına daxil edilmişdir. Hazırda iddiaçı həmin aktlara, tələbnamələrə, abonent məlumatlarına, habelə həmin ünvanda olarkən çəkilmiş fotoşəkillərə əsaslanaraq, ona vurulmuş maddi zərərin ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə işdə olan və yuxarıda göstərilən sübutları nəzərə alıb, təqdim edilmiş aktların əhatə etdiyi dövr ərzində cavabdehin təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi qənaətinə gəlir. Belə ki, iş üzrə cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə münasibət bildirməmiş, ona qarşı qaldırılan qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbini məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh təbii qazdan kənar istifadə etməsi səbəbindən barəsində çıxarılmış inzibati xəta haqqında qərarı da mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə araşdırması qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi istiqamətində davam etdirilməlidir. Lakin iddiaçı tərəfindən aparılmış hesablama ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə tərəfindən təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2025-ci il tarixli, AK-00111/05- 25 nömrəli qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə **********00201 nömrəli abonent kodu vermişdir. Həmin müqavilədə cavabdeh tərəfindən istismar olunan qaz qurğuları qismində 2 ədəd qızdırıcı radiator peçi, 1 ədəd 3 gözlü qaz plitəsi-PQ3, 1 ədəd dəmir peç) göstərilmişdir. Həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən tərtib edilmiş aktlarda isə cavabdehin ünvanı üzrə PQ4, radiator, dəmir soba, QSQ, iran peçindən istifadə etdiyi göstərilmişdir. Hətta ayrı-ayrı aktlarda fərqli qurğuların istismar edildiyi əks olunmuşdur. Cavabdehə aid abonent saldosunda isə istismar olunan qaz qurğuları qismində PQ-3, dəmir soba və qızdırıcı radiator peçi göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə göstərilməyən dörd gözlü plitənin, QSSQnin, radiatorun həmin evdə olmasının hansı qaydada müəyyən edildiyi aydın deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən qurğular üzrə hesablama aparılmamalı, vurulmuş zərərin məbləği cavabdehin imzaladığı müqavilədə göstərilən 3 qurğu əsas götürülməklə hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə PQ-4 və samovar əks olunan fotoşəkil var. Lakin, həmin fotoşəkildən avadanlıqların hansı evdən çəkildiyini müəyyən etmək mümkün olmadığından məhkəmə cavabdehin evində həmin avadanlıqların olmasını sübuta yetirilməmiş hesab edir. Aktların hər birində təbii qazla işləyən qurğuların orta günlük iş rejimi 24 saat və ya 12 saat götürülmüşdür. Məhkəmə qeyd edir ki, cihazlar üzrə günlük iş rejiminin 24 saat və ya 12 saat üzrə hesabatının aparılması anlaşılmazdır. Belə ki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat və ya 12 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Məhkəmə hesab edir ki, PQ-2-nin orta günlük iş rejimi ilin fəslindən asılı olmayaraq 6 saat götürülməli, QSQ-nin orta günlük iş rejimi noyabr-fevral ayları üçün 8 saat, digər aylar üçün isə 6 saat götürülməlidir. Bu qaydada aparılmış hesablamaya əsasən cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində iddiaçıya vurulmuş zərər aşağıdakı kimidir: İ. xx.xx.2013-cü il tarixli 071492 saylı akt əsasında 75,60 manat (qəza bərpa aktına uyğun) borca münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu faktı təsdiq edən mötəbər sübut növü kimi müvafiq akta istinad etsə də, həmin akt iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, mövcud olmayan və ya mövcudluğu prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə təqdim edilməyən hər hansı akt mötəbər sübut kimi nəzərə alına və sübutların hüquqi dəyərləndirilməsi prosesinə cəlb edilə bilməz. İİ. 2019-cu il üzrə tərtib edilmiş aktlar xx.xx.2019- xx.xx.2019-cu il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 4 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2019-cu il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 18 x 30) x 0.10 = 75.6 manat; xx.xx.2019-cu il tarixli akt üzrə radiator tipli qaz işlədicisinə görə - (0.8 x 18 x 30) x 0.10 = 43.2 manat; xx.xx.2019-cu il tarixli akt üzrə PQ3 tipli qaz işlədicisinə görə - (0.8 x 6 x 30) x 0.10 = 14.44 manat, dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 18 x 30) x 0.10 = 75.6 manat xx.xx.2019-cu il tarixli akt üzrə PQ3 tipli qaz işlədicisinə görə - (0.8 x 6 x 30) x 0.10 = 14.44 manat, radiator tipli qaz işlədicisinə görə - (0.8 x 8 x 30) x 0.10 = 19.2 manat olmaqla ümumilikdə 242.48 manat İİ. 2022-ci il üzrə tərtib edilmiş akt. xx.xx.2022-ci il tarixli akt üzrə istehlakçının qaz sayğacından kənar qeyri qanuni təbii qazdan istifadəsi nəticəsində tərtib edilmiş və akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 180 = 5184 m3, 1.5 x 24 x 180 = 6480 m3 kimi hesablanmışdır. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmçinin, həmin aktda qaz işlədiciləri qismində PQ4 və QSQ qeyd edilmişdir. Lakin cavabdehin PQ4 və QSQ istifadə etməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən bu akt mötəbər sübut kimi nəzərə alına və sübutların hüquqi dəyərləndirilməsi prosesinə cəlb edilə bilməz. İİİ. 2023-cü il üzrə tərtib edilmiş aktlar. xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 9 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2023-cü il tarixli akt üzrə istehlakçının qaz sayğacından kənar qeyri qanuni təbii qazdan istifadəsi nəticəsində tərtib edilmiş və akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 120 gün, QSQnin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 120 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 24 x 120 = 3456 m3, 1.5 x 24 x 120 = 4320 m3 , 2 x 1.4 x 24x 60 = 4032 m3 kimi hesablanmışdır. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmçinin, həmin aktda qaz işlədiciləri qismində PQ4, dəmir soba və QSQ qeyd edilmişdir. Lakin cavabdehin PQ4 və QSQ istifadə etməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hesablama yalnız dəmir soba üzrə aparılmalıdır. Odur ki, xx.xx.2023-cü il tarixli akt üzrə qazdan istifadə nəticəsində yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır – dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 18 x 60) x 0.12 = 181.44 manat xx.xx.2023-cü il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 18 x 30) x 0.12 = 90.72 manat xx.xx.2023-cü il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 18 x 30) x 0.12 = 90.72 manat xx.xx.2023-cü il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 30) x 0.12 = 60.48 manat xx.xx.2023-cü tarixli akt üzrə istehlakçının qaz sayğacından kənar qeyri qanuni təbii qazdan istifadəsi nəticəsində tərtib edilmiş və akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x 90 = 1296 m3, 1.5 x 12 x 90 = 1620 m3 kimi hesablanmışdır. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmçinin, həmin aktda qaz işlədiciləri qismində PQ4 və QSSQ qeyd edilmişdir. Lakin cavabdehin PQ4 və QSSQ istifadə etməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən bu akt mötəbər sübut kimi nəzərə alına və sübutların hüquqi dəyərləndirilməsi prosesinə cəlb edilə bilməz. xx.xx.2023-cü il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 60) x 0.12 = 120.96 manat xx.xx.2023-cü il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 30) x 0.12 = 60.48 manat xx.xx.2023 cü il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 30) x 0.12 = 60.48 manat xx.xx.2023-cü il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 30) x 0.12 = 60.48 manat, radiator tipli qaz işlədicisinə görə ( 0.8x12x30) x0.12=34.56 manat olmaqla, ümumilikdə 760.32 manat. İV.2024-cü il üzrə tərtib edilmiş aktlar. xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 4 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: xx.xx.2024-cü il tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 30) x 0.12 = 60.48 manat, xx.xx.2024-cü tarixli akt üzrə istehlakçının qaz sayğacından kənar qeyri qanuni təbii qazdan istifadəsi nəticəsində tərtib edilmiş və akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün, iran sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 12 x 60 = 864 m3, 3x12 x 60 = 2160 m3, 1.5 x 12 x 60 = 1080 m3 kimi hesablanmışdır. Həmin aktda qaz işlədiciləri qismində PQ4 və QSSQ , iran sobası qeyd edilmişdir. Lakin cavabdehin PQ4, iran sobası və QSSQ istifadə etməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən bu akt mötəbər sübut kimi nəzərə alına və sübutların hüquqi dəyərləndirilməsi prosesinə cəlb edilə bilməz. xx.xx.2024-cü tarixli akt üzrə dəmir soba tipli qaz işlədicisinə görə - (1.4 x 12 x 30) x 0.12 = 60.48 manat, Məhkəmə iddia tələbinin “Təbii X1nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə nəzərdə tutulmuş 591.04 manat hissəsinə münasibətdə qeyd edir ki, istehlakçı Cavabdeh abonent olduğu ünvan 2 ünvanında yerləşən evə İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, tədbir görülməsi aidiyyəti üzrə müvafiq orqana göndərilmiş, MN №1277250 saylı inzibati təneh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh tərəfindən yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar, küçə qaz xəttinə qoşulmaqla 591.04 manat məbləğində təbii qazın talanması xx.xx.2024-cü il tarixdə aşkarlanmış və nəticədə o, AR İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə nəzərdə tutulmuş xətanı törətmiş, 100 manat məbləğində cərimə edilmişdir. Hazırkı halda cavabdeh orqan tərəfindən qeyd olunan akt tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunduğu üçün cavabdehin abonent hesabına xx.xx.2024-cü il tarixli ******* saylı akta görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin cavabdehdən tələb olunması qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmalıdır. Beləliklə 2024-cü il üzrə tərtib edilmiş aktlara görə ümumilikdə 712 manat. İddia tələbinin ikinci hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, yuxarıda istinad edildiyi kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə sərf etdiyi qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə 2013-cü ildən bu zamana kimi 5699.65 manat məbləğində qaz sərf etdiyi halda cəmi 1008.99 manat ödəniş etmiş, 4690.66 manat məbləğində sayğac göstəricisi üzrə sərfiyyat borcu yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan 4690.66 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində İddiaçı İB-yə vurulmuş zərərə görə 1714.8 manat və qaz sərfiyyatı üzrə yaranmış debitor borca görə 4690.66 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 128.01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə (120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.) uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi (84.05 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma nəticəsində İddiaçı İB-yə vurulmuş zərərə görə 1714.8 (bir min yeddi yüz on dörd manat səksən qəpik) manat, qaz sərfiyyatı üzrə yaranmış debitor borca görə 4690.66 (dörd min altı yüz doxsan manat altmış altı qəpik) manat olmaqla, cəmi 6405.46 (altı min dörd yüz beş manat qırx altı qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 84.05 (səksən dörd manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar