Məhkəmə qərarları › İş №e-2(010)-4977/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4977/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4977/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı "ViGrande» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 29 dekabr 2022-ci il tarixli, 70 914 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 259 manat əsas borcun; 30 avqust 2023-cü il tarixli, 77 520 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 105 manat əsas borcun; 24 dekabr 2023-cü il tarixli, 80 750 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 589 manat əsas borcun; 24 dekabr 2023-cü il tarixli, 80 751 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 250 manat əsas borcun; 19 yanvar 2024-cü il tarixli, 81 542 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 41 manat əsas borcun; 18 mart 2024-cü il tarixli, 83 066 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 106 manat əsas borcun, ümumilikdə 1350 manat əsas borcun və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli, 70 914 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 881 manat dəyərində “Televizor Hisense 43A6G” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması məbləği 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 29 dekabr 2022-ci il tarixli, 70 914 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 29 dekabr 2022-ci il tarixli, 70 914 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 259 manat təşkil edir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2023-cü il tarixli, 77 520 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 421 manat dəyərində “Redmi 12 4/128GB Blue" adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 30 avqust 2023-cü il tarixli, 77 520 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 30 avqust 2023-cü il tarixli, 77 520 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 105 manat təşkil edir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2023-cü il tarixli, 80 750 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 738 manat dəyərində “Televizor Hisense 43A5730FA” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün məbləği 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 24 dekabr 2023-cü il tarixli, 80 750 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 24 dekabr 2023-cü il tarixli, 80 750 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 589 manat təşkil edir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2023-cü il tarixli, 80 751 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 634 manat dəyərində “Samsung Adapter 25W PD, Tel.Samsung Galaxy A245 Black 128 GB” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 24 dekabr 2023-cü il tarixli, 80 751 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 24 dekabr 2023-cü il tarixli, 80 751 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 250 manat təşkil edir. Həmçinin “Vigrande" MMC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli, 81 542 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 65 manat dəyərində “Ütü Evrolux Sİ5074” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 19 yanvar 2024-cü il tarixli, 81 542 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 19 yanvar 2024-cü il tarixli, 81 542 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 41 manat təşkil edir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 mart 2024-cü il tarixli, 83 066 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 641 manat dəyərində "Mikrow.Sam.MG23K3515AS/BW, Fritoz Fakir UNO CHEFRY HOT AİR FRYER” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 18 mart 2024-cü il tarixli, 83 066 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 18 mart 2024-cü il tarixli, 83 066 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 106 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 19 yanvar 2024-cü il tarixli, 81 542 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 5 manat (ilk ay 10 manat) olmaqla ödənilməsi tərəflər arasında azılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 19 yanvar 2024-cü il tarixli, 81 542 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə qalıq borcu 41 manat təşkil edır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 30 avqust 2023-cü il tarixli, 77 520 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 30 avqust 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 35 manat (ilk ay 36 manat) olmaqla ödənilməsi tərəflər arasında azılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 30 avqust 2023-cü il tarixli, 77 520 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə qalıq borcu 105 manat təşkil edır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 24 dekabr 2023-cü il tarixli, 80 750 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 24 dekabr 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 31 manat (ilk ay 21 manat) olmaqla ödənilməsi tərəflər arasında azılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 24 dekabr 2023-cü il tarixli, 80 750 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə qalıq borcu 589 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 29 dekabr 2022-ci il tarixli, 70 914 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 29 dekabr 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 37 manat (ilk ay 30 manat) olmaqla ödənilməsi tərəflər arasında azılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 29 dekabr 2022-ci il tarixli, 70 914 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə qalıq borcu 259 manat təşkil edır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 24 dekabr 2023-cü il tarixli, 80 751 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 24 dekabr 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 53 manat (ilk ay 51 manat) olmaqla ödənilməsi tərəflər arasında azılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 24 dekabr 2023-cü il tarixli, 80 751 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə qalıq borcu 250 manat təşkil edır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 18 mart 2024-cü il tarixli, 83 066 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 53 manat (ilk ay 58 manat) olmaqla ödənilməsi tərəflər arasında azılaşdırılmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 18 mart 2024-cü il tarixli, 83 066 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə qalıq borcu 106 manat təşkil edır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcun ödənilməsi və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli, **********31nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən 29 dekabr 2022-ci il tarixli, 70 914 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 259 manat; 30 avqust 2023-cü il tarixli, 77 520 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 105 manat; 24 dekabr 2023-cü il tarixli, 80 750 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 589 manat; 24 dekabr 2023-cü il tarixli, 80 751 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 250 manat; 19 yanvar 2024-cü il tarixli, 81 542 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 41 manat və 18 mart 2024-cü il tarixli, 83 066 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 106 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 29 dekabr 2022-ci il tarixli, 70 914 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 259 (iki yüz əlli doqquz) manat əsas borc, 30 avqust 2023-cü il tarixli, 77 520 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 105 (bir yüz beş) manat əsas borc; 24 dekabr 2023-cü il tarixli, 80 750 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 589 (beş yüz səksən doqquz) manat əsas borc; 24 dekabr 2023-cü il tarixli, 80 751 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 250 (iki yüz əlli) manat əsas borc; 19 yanvar 2024-cü il tarixli, 81 542 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 41 (qırx bir) manat əsas borc; 18 mart 2024-cü il tarixli, 83 066 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 106 (bir yüz altı) manat əsas borc olmaqla, ümumilikdə 1350 (bir min üç yüz əlli) manat məbləğində ödənilməmiş hissə və ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29 dekabr 2022-ci il tarixli, 70 914 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 259 (iki yüz əlli doqquz) manat əsas borc, 30 avqust 2023-cü il tarixli, 77 520 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 105 (bir yüz beş) manat əsas borc; 24 dekabr 2023-cü il tarixli, 80 750 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 589 (beş yüz səksən doqquz) manat əsas borc; 24 dekabr 2023-cü il tarixli, 80 751 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 250 (iki yüz əlli) manat əsas borc; 19 yanvar 2024-cü il tarixli, 81 542 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 41 (qırx bir) manat əsas borc; 18 mart 2024-cü il tarixli, 83 066 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 106 (bir yüz altı) manat əsas borc olmaqla, ümumilikdə 1350 (bir min üç yüz əlli) manat məbləğində ödənilməmiş hissə və ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar