Məhkəmə qərarları › İş №e-2(010)-4978/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4978/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4978/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s. tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi üzrə 850 manat əsas borc, 396,11 manat faiz borcu, 170 manat cərimə borcu, cəmi 1416 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 31,77 manat məbləğində pulun ödənilməsi, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi: üzük (1qaş yox) - 4 ədəd, çəkisi 12 qr, əyarı - 585; Qolbağ, 1 ədəd, çəkisi - 6,2 qr, əyarı - 585; cəmi çəkisi – 18,2 qr., bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB- 06786 saylı kredit müqaviləsi üzrə 850 manat əsas borc, 396,11 manat faiz borcu, 170 manat cərimə borcu, cəmi 1416 manat və dövlət rüsumu kimi ödənilmiş 31,77 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsinə əsasən illik 30 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 850 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB- 06786 saylı kredit müqaviləsi üzrə borcun məbləği kreditə görə 850 manat əsas borc, 396,11 manat faiz borcu, 170 manat cərimə borcu, cəmi 1416 manat məbləğində təşkil edir. xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "Rabitəbank” ASC-nin “Nizami” filialına saxlanca verilmiş və həmin əşyalar: üzük (1qaş yox)-4 ədəd, çəkisi 12 qr, əyarı - 585; Qolbağ, 1 ədəd, çəkisi-6,2 qr, əyarı - 585; cəmi çəkisi – 18,2 qr., ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli NZLMB- 06786 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi üzrə borcun məbləği kreditə görə 850 manat əsas borc, 396,11 manat faiz borcu, 170 manat cərimə borcu, cəmi 1416 manat məbləğində pul tutulmalı, tələblər girov predmetləri olan qızıl-zinət əşyalarına yönəldilməli və girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əbilfəz Zeynallı ərizə ilə məhkəməyə müraciət edərək təyin edilmiş prosesdə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və məhkəmə iclasında iştirakları olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh illik 30 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 850 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, Cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarını banka girov qoyulmuşdur. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 850 manat əsas borc, 396,11 manat faiz borcu, 170 manat cərimə borcu, cəmi 1416 manat məbləğində borcu yaranmışdır. İşə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi əsasında illik 30 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 850 manat məbləğində lombard kreditinin təminatı olaraq girov qoyduğu 18,2 qram qızıl-zinət əşyalarını kredit mütəxəssisin iştirakı ilə kassaya təhvil-təslim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci və 297-ci maddələrinə uyğun olaraq, girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 850 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh özünə məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli Girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilsə də, bu günə qədər borcu ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bankın iddiasının 170 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən cavabdehdən xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi üzrə 850 manat əsas borc, 396,11 manat faiz borcu, 50 manat dəbbə borcu olmaqla, cəmi 1296,11 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi üzrə əsas borca görə 850 manat əsas borc, 396,11 manat faiz borcu, 50 manat dəbbə borcu olmaqla, cəmi 1296,11 manat məbləğində borc və 31,77 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməli, tələb Cavabdeh məxsus olan üzük (1qaş yox) - 4 ədəd, çəkisi 12 qr, əyarı - 585; Qolbağ, 1 ədəd, çəkisi - 6,2 qr, əyarı - 585; cəmi çəkisi – 18,2 qr., girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbinin girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borclunun digər əmlakına yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, hərracın nəticələri bəlli olmadığından və digər əmlaklar barədə sübut təqdim olunmadığından həmin hissədə iddia tələbi təmin oluna bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-06786 saylı kredit müqaviləsi üzrə 850 manat əsas borc, 396,11 manat faiz borcu, 50 manat dəbbə borcu olmaqla, cəmi 1296,11 (bir min iki yüz doxsan altı manat, on bir qəpik) manat məbləğində borc və 31,77 (otuz bir manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Tələb Cavabdeh məxsus olan üzük (1qaş yox) - 4 ədəd, çəkisi 12 qr, əyarı - 585; Qolbağ, 1 ədəd, çəkisi - 6,2 qr, əyarı - 585; cəmi çəkisi – 18,2 qr., girov qoyulmuş qızılzinət əşyalarına yönəldilsin. Qızıl-zinət əşyaları açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar