Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4989/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 83 379 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1000 manat məbləğində pulun, xx.xx.2024-cü il tarixli, 83 380 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 962 məbləğində manat pulun, xx.xx.2024-cü il tarixli, 83 381 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1442 manat məbləğində pulun, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 684 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 72 manat məbləğində pulun və 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 83 379 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə 1999 manat dəyərində “Paltaryuyan Samsung WW0T654CLX” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün 100 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliklərə təminat olaraq həmin tarixdə İddiaçı MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli, 83 379 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 83 379 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1000 manat təşkil edir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 83 380 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə 2230 manat dəyərində “Camlı Kare gold, Ət çəkən Bosch.MFW68660, Qaz Silveline 5426 B01, Tozsoran Samsung VC18M21DOVG, Ütü Tefal FV9850” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün 100 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliklərə təminat olaraq həmin tarixdə İddiaçı MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli, 83 380 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 83 380 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 962 manat təşkil edir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 83 381 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə 2479 manat dəyərində “Kondisioner LG A18CMH.NGGF-KİT” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün 500 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliklərə təminat olaraq həmin tarixdə İddiaçı MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli, 83 381 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 83 381 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1442 manat təşkil edir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 83 684 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdehə 219 manat dəyərində “Aspirator Bosch DHU636HQ” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh məhsulun alınması üçün məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 83 684 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 684 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 72 manat təşkil edir. Qeyd olunanlara əsasən, nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 83 379 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1000 manat məbləğində pul; xx.xx.2024-cü il tarixli, 83 380 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 962 məbləğində manat pul; xx.xx.2024-cü il tarixli, 83 381 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1442 manat məbləğində pul; Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 684 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 72 manat məbləğində pul tutulmalıdır. İş materialları. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, M-24/11 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 iş günü müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, M-24/12 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 iş günü müddətində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 83 379 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 1999 manat olan “Paltaryuyan Samsung WW0T654CLX” 100 manat ilkin ödəniş edilməklə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 83 379 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində qeyd olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində 114 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 105 manat ödəniş etməlidir. İş materiallarında olan İddiaçı MMC – “Satıcı”, Cavabdeh2 – “Zamin”, Cavabdeh1 – “Borclu” olmaqla bağlanmış 83 379 nömrəli xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin 1.2-ci bəndindən görünür ki, Zaminliklə təmin olunmuş öhdəliyin yaranma əsası 18 ay müddətinə 1999 manat məbləğində malın nisyə verilməsi mümkünlüyünü nəzərdə tutan və Bakı şəhərində bağlanmış xx.xx.2024-cü il tarixli 83 379 saylı nisyə alqı-satqı müqaviləsidir. Müqavilənin 2.1-ci bəndi: Zamin və Borclu nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra olunmasına görə, o cümlədən ödənişin müqavilədə şərtləndirilmiş müddətdə qaytarılmadığı hallarda Satıcı qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş sənədin surətindən görünür ki, Cavabdeh1 “Paltaryuyan Samsung WW0T654CLX” üçün 999 manat ödəmiş və onun 1000 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 379 saylı müqavilə üzrə 1000 manat qalıq borcu vardır. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 83 684 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 219 manat olan “Aspirator Bosch DHU636HQ” 0 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 83 684 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində qeyd olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində 21 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 18 manat ödəniş etməlidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş sənədin surətindən görünür ki, Cavabdeh1 “Aspirator Bosch DHU636HQ” üçün 147 manat ödəmiş və onun 72 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 684 saylı müqavilə üzrə 72 manat qalıq borcu vardır. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 83 380 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 2230 manat olan “Camlı Kare gold, Ət çəkən Bosch.MFW68660, Qaz Silveline 5426 B01, Tozsoran Samsung VC18M21DOVG, Ütü Tefal FV9850” 100 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 83 380 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində qeyd olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində 183 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 177 manat ödəniş etməlidir. İş materiallarında olan İddiaçı MMC – “Satıcı”, Cavabdeh2 – “Zamin”, Cavabdeh1 – “Borclu” olmaqla bağlanmış 83 380 nömrəli xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin 1.2-ci bəndindən görünür ki, Zaminliklə təmin olunmuş öhdəliyin yaranma əsası 12 ay müddətinə 2230 manat məbləğində malın nisyə verilməsi mümkünlüyünü nəzərdə tutan və Bakı şəhərində bağlanmış xx.xx.2024-cü il tarixli 83 380 saylı nisyə alqı-satqı müqaviləsidir. Müqavilənin 2.1-ci bəndi: Zamin və Borclu nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra olunmasına görə, o cümlədən ödənişin müqavilədə şərtləndirilmiş müddətdə qaytarılmadığı hallarda Satıcı qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş sənədin surətindən görünür ki, Cavabdeh1 “Ət çəkən Bosch.MFW68660” üçün 1268 manat ödəmiş və onun 962 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 380 saylı müqavilə üzrə 962 manat qalıq borcu vardır. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh1 arasında bağlanmış 83 381 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 2479 manat olan “Kondisioner LG A18CMH.NGGF-KİT” 500 manat ilkin ödəniş edilməklə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 83 381 nömrəli xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində qeyd olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində 93 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay 82 manat ödəniş etməlidir. İş materiallarında olan İddiaçı MMC – “Satıcı”, Cavabdeh2 – “Zamin”, Cavabdeh1 – “Borclu” olmaqla bağlanmış 83 381 nömrəli xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin 1.2-ci bəndindən görünür ki, Zaminliklə təmin olunmuş öhdəliyin yaranma əsası 24 ay müddətinə 2479 manat məbləğində malın nisyə verilməsi mümkünlüyünü nəzərdə tutan və Bakı şəhərində bağlanmış xx.xx.2024-cü il tarixli 83 381 saylı nisyə alqı-satqı müqaviləsidir. Müqavilənin 2.1-ci bəndi: Zamin və Borclu nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra olunmasına görə, o cümlədən ödənişin müqavilədə şərtləndirilmiş müddətdə qaytarılmadığı hallarda Satıcı qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş sənədin surətindən görünür ki, Cavabdeh1 “Kondisioner LG A18CMH.NGGF-KİT” üçün 1037 manat ödəmiş və onun 1442 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 381 saylı müqavilə üzrə 1442 manat qalıq borcu vardır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.... Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehlərdən alınır.... Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu Məcəllənin 23-1 fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh1 arasında 83379 saylı xx.xx.2024-cü il tarixli, 83380 saylı xx.xx.2024-cü il tarixli, 83381 saylı xx.xx.2024-cü il tarixli və 83684 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, qüsuru olmayan malları müştəriyə təqdim etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı malların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, iddiaçı Cavabdeh1 alınmış malların ödənişini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə bununla yanaşı nəzərə alır ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu satıcı qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilə üzrə zamin dəbbə pulu (cərimə və ya penya), borc tutulması üzrə məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində satıcıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, satıcı qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də, 83379 saylı xx.xx.2024-cü il tarixli, 83381 saylı xx.xx.2024-cü il tarixli, 83380 saylı xx.xx.2024-cü il tarixli müqavilələri üzrə əsas borc öhdəliyi üzrə zamin durmuş digər cavabdeh – Cavabdeh2 münasibətdə də iddia tələbi qismən, həmin müqavilələr üzrə olan borc hissəsində, qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Cavabdeh2 zaminlik müqavilələrini imzalamış, həmin müqavilələr üzrə zamin ilə borclu birgə məsuliyyət daşıyır və həmin nisyə alqı-satqı müqavilələri üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Lakin, 83684 saylı xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh2 zamin durmamış, ona görə bu hissədə ona qarşı tələb əsassızdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 83 379 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1000 manat məbləğində pul, xx.xx.2024-cü il tarixli, 83 380 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 962 məbləğində manat pul, xx.xx.2024-cü il tarixli, 83 381 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1442 manat məbləğində pul, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 684 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 72 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 54 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 1 manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 83 379 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1000 manat məbləğində pul, xx.xx.2024-cü il tarixli, 83 380 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 962 məbləğində manat pul, xx.xx.2024cü il tarixli, 83 381 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1442 manat məbləğində pul və 54 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 83 684 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 72 manat məbləğində pul və 1 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4989/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4989/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver