Məhkəmə qərarları › İş №e-2(010)-5032/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5032/2022

05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5032/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı «Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil Firudun oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı «Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2074.35 manat borc, hüquqi yardım göstərilməsinə görə 400 manat pul vəsaiti və iş üzrə ödənilmiş 44 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 12-2285 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********00410 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə ZENNER G4T mexaniki **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 3.4-cü bəndinin (qazdan istifadə edilmiş lakin dəyəri ödənilməmişdir) tələblərini pozaraq, istifadəsinə verilmiş qazın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehin “Azəriqaz İB”-yə 2074,35 manat məbləğində debütor borcu yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2074,35 manat təşkil etməkdədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Firudun oğlu iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh öz izahatında bildirdi ki, o, iddia ərizəsində qeyd olunan ünvan 2 ünvanında yerləşən ev ona məxsus olsa da, uzun illərdir ki, həmin evdə qardaşı yaşayır və iddia ərizəsində qeyd olunan ünvan 3 ünvanı ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış 12-2285 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********00410 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə ZENNER G4T mexaniki **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus **********00410 nömrəli abonentin saldosundan görünür ki, ünvan 3 ünvanına qaz sərfiyyatına görə 2074.35 manat məbləğində borc hesablanmışdır. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbində cavabdehlə bağlanmış müqavilə əsasında ünvan 3 ünvanında qaz sərfiyyatına görə yaranmış 2074.35 manat məbləğində borc vəsaitini tələb etsə də, lakin iş materallarından və cavabdeh tərəfin izahatından müəyyən edilmişdir ki, cavabdeh ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçisidir, lakin həmin evdə onun qardaşı yaşayır və abonent saldosunda qeyd olunan ünvan 3 ünvanı ilə cavabdehin heç bir əlaqəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh abonent saldosunda qeyd olunan ünvan 3 ünvanında yaşamadığından və həmin mənzillə heç bir bağlılığı müəyyən edilmədiyindən həmin ünvandakı qaz sərfiyyatına görə hesablanmış borc məbləğinin Cavabdeh tutulması halı qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən, iş üzrə hüquqi yardım göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən tələb edilən 400 manat pul vəsaiti və ödənilmiş 44 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı "Azəriqaz" İB-nin Cavabdeh Əlı̇ hüseyn oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar