Məhkəmə qərarları › İş №e-2(010)-5064/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5064/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5064/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********71129 Samsung Galaxy A53 markalı telefon üçün 629.01 manat ödənilməmiş hissə, 62.99 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 601.13 manat ödənilməmiş hissə, 60.87 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Mrac kondisioner üçün 409.14 manat ödənilməmiş hissə, 40.86 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Samsung Watch 4 40MM qol saatı üçün 23.62 manat ödənilməmiş hissə, 2.38 manat cərimə olmaqla, ümumilikdə 1830 manat məbləğində borcun və 38.30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********71129 Samsung Galaxy A53 markalı telefon, X1, Hoffmann Mrac kondisioner, Samsung Watch 4 40MM qol saatı almış və nəticədə 1830 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1014 manat (12 ay x 84.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********71129 Samsung Galaxy A53 markalı telefon üçün ümumilikdə 692 manat olmaqla, ondan 629.01 manat ödənilməmiş hissə, 62.99 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 801.96 manat (12 ay x 66.83 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə 662 manat olmaqla, ondan 601.13 manat ödənilməmiş hissə, 60.87 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1605.6 manat (24 ay x 66.9 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Mrac kondisioner üçün ümumilikdə 450 manat olmaqla, ondan 409.14 manat ödənilməmiş hissə, 40.86 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 567 manat (12 ay x 47.25 manat + 0 manat ilkin ödəniş) olan Samsung Watch 4 40MM qol saatı üçün ümumilikdə 26 manat olmaqla, ondan 23.62 manat ödənilməmiş hissə, 2.38 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 2325.66 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materialları. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəldən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********71129 Samsung Galaxy A53 markalı telefon üçün 629.01 manat ödənilməmiş məbləğ və 62.99 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 601.13 manat ödənilməmiş məbləğ, 60.87 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Mrac kondisioner üçün 409.14 manat ödənilməmiş məbləğ, 40.86 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Samsung Watch 4 40MM qol saatı üçün 23.62 manat ödənilməmiş hissə, 2.38 manat cərimə borcu vardır. Cəmi borcun məbləği 1830 manatdır. İş materiallarında olan 02652408 saylı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, "xxxx" MMC – “ABC”, Cavabdeh– “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə və onun əlavəsinə əsasən, Cavabdeh dəyəri 984 manat olan İmei kodu **********71129 Samsung Galaxy A53 markalı telefon, dəyəri 29.99 manat olan Paket M üçün hər ay 84.5 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 02652408 saylı müqaviləyə əsasən, İmei kodu **********71129 Samsung Galaxy A53 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 02672300 saylı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, "xxxx" MMC – “ABC”, Cavabdeh– “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə və onun əlavəsinə əsasən, Cavabdeh dəyəri 801.96 manat olan Hıper Slim VX690 – Black üçün hər ay 66.83 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 02672300 saylı müqaviləyə əsasən, Hıper Slim VX690 – Black tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 23270245 saylı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, "xxxx" MMC – “ABC”, Cavabdeh– “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə və onun əlavəsinə əsasən, Cavabdeh dəyəri 1605.60 manat olan Hoffmann Mrac-24/HEB (mirror) üçün hər ay 66.90 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 02672300 saylı müqaviləyə əsasən, Hoffmann Mrac-24/HEB (mirror) tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 03861009 saylı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən və onun əlavəsindən görünür ki, "xxxx" MMC – “ABC”, Cavabdeh– “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə və onun əlavəsinə əsasən, Cavabdeh dəyəri 567 manat olan X2 4 40mm Black (SM-R860NZKACİS) üçün hər ay 47.25 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 02672300 saylı müqaviləyə əsasən, X2 4 40mm Black (SM-R860NZKACİS) tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu Məcəllənin 23-1 fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, qüsuru olmayan əşyanı müştəriyə təqdim etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bununla da, iddiaçı Cavabdeh alınmış malların ödənişini tələb etməkdə haqlı olmuşdur. Müqavilələr üzrə tərəflər arasında cavabdeh öz öhdəliklərini icra etmədiyi halda cərimə razılaşdırılmışdır. İddiaçı güzəşt edərək, cərimə məbləğinin müəyyən hissəsini tələb etmiş, məhkəmə isə cəriməni tənəssübsüz surətdə yüksək hesab etməmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sənədlərə qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 02652408 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********71129 Samsung Galaxy A53 markalı telefon üçün 629.01 manat ödənilməmiş hissə, 62.99 manat cərimə, 02672300 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 601.13 manat ödənilməmiş hissə, 60.87 manat cərimə, 23270245 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Mrac kondisioner üçün 409.14 manat ödənilməmiş hissə, 40.86 manat cərimə, 03861009 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Samsung Watch 4 40MM qol saatı üçün 23.62 manat ödənilməmiş hissə, 2.38 manat cərimə olmaqla, ümumilikdə 1830 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 38.30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 233.1, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02652408 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********71129 Samsung Galaxy A53 markalı telefon üçün 629.01 manat ödənilməmiş hissə, 62.99 manat cərimə, 02672300 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X1 üçün 601.13 manat ödənilməmiş hissə, 60.87 manat cərimə, 23270245 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Mrac kondisioner üçün 409.14 manat ödənilməmiş hissə, 40.86 manat cərimə, 03861009 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Samsung Watch 4 40MM qol saatı üçün 23.62 manat ödənilməmiş hissə, 2.38 manat cərimə olmaqla, ümumilikdə 1830 manat məbləğində pul vəsaiti və 38.30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar