Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-51/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı «X11 Kredit Təşkilatı» MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı «X11 Kredit Təşkilatı» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsi üzrə ümumilikdə 34171 manat, əsas borc 18000 manat, faiz borcu 8035 manat, dəbbə 8136 manat məbləğinin tutularaq "X11 Kredit Təşkilatı” MMC-yə ödənilməsi, tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduqları, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 3 saylı evin 67 nömrəli mənzilinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “X11 Kredit Təşkilatı" MMC-yə 34171 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 45 manat və 195 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra «X11 Kredit Təşkilatı» MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək Cavabdeh3 xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsi üzrə ümumilikdə 49504.96 manat, əsas borc 18000 manat, faiz borcu 16978.96 manat, dəbbə 14526 manat məbləğinin tutularaq “X11 Kredit Təşkilatı” MMC-yə ödənilməsi, tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduqları, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 3 saylı evin 67 nömrəli mənzilinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, daşınmaz əmiakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı MMC-yə 49504.96 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 45 manat və 195 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra «X11 Kredit Təşkilatı» MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək Cavabdeh3 xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsi üzrə əsas borc 18000 manat, faiz borcu 19154.99 manat, dəbbə 20592 manat, gecikdirilmiş vaxt üçün AR Mərkəzi Bankın uçot dərəcəsi (7.5%)363,75 manat olmaqla, ümumilikdə 58110.74 manat pul məbləğinin tutularaq “X11 Kredit Təşkilatı” MMC-yə ödənilməsi, tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduqları, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 3 saylı evin 67 nömrəli mənzilinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, daşınmaz əmiakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına “X11 Kredit Təşkilatı” MMC-yə 58110.74 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 45 manat və 313.70 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçı «X11 Kredit Təşkilatı» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «X11 Kredit Təşkilatı» MMC ilə Cavabdeh3 arasında 14.0.2022-ci il tarixində 2022/1856 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 32% faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə 18 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022- ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/1856-İP saylı İpoteka müqaviləsi bağlanaraq, X1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 3 saylı evin 67 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi-**********46-05101-093049, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2022-ci il). "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli arayışa əsasən, xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsi üzrə Cavabdeh3 əsas borcu 18000 (on səkkiz min) manat, faiz borcu 8035 (səkkiz min otuz beş) manat, dəbbə 8136 (səkkiz min bir yüz otuz altı) manat, ümumilikdə 34171 (otuz dörd min bir yüz yetmiş bir) manat təşkil edir.Lakin Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X1 adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər- Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2dur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
5.İddiaçı «X11 Kredit Təşkilatı» MMC-nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə əvvəlki mərhələlərdə məhkəməyə təqdim edilmiş iddia ərizəsi, əlaqəli sənədlər, sübutlar və rəsmi yazışmalar əsasında işə baxılaraq iddia tələbi üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
7. "xxxx" BOKT MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış İpoteka Predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən müəyyən olunur ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixində 2022/1856 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/1856-İP saylı ipoteka müqaviləsi bağlanaraq, X1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 3 saylı evin 67 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. (yüklü edilən əmlakın reyestr nömrəsi - **********46-05101-093049, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixi - xx.xx.2022-ci il). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Elektron notariat” informasiya sistemində saxlanılan sənədlərə əsasən X1 adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qediyyat haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışı, əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 3 saylı evin 67 nömrəli mənzili olan şəxslər - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2dur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsində göstərilən öhdəliklər lazımınca icra edilmədiyindən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş sürətli poçt daşıma xidmətinin vasitəsi ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixində göndərilmişdir. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikasının “İpoteka Haqqında” Qanununun 36-cı maddəsinə əsasən, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş edilmişdir.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh3 «X11 Kredit Təşkilatı» MMC-yə 18000 manat məbləğində əsas borc, 19154.99 manat məbləğində faiz borcu, 20592 manat cərimə, Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7,5%) 363.75 manat borcu olmaqla, cəmi 58110.74 manat borcu mövcuddur.
9. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 3 saylı evin, 67 saylı mənzili ”Kəpəz” BOKT MMC-nin xeyrinə yüklü edilmişdir.
10. 2022/1856 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və ona əlavədən müəyyən edilir ki, «X11 Kredit Təşkilatı» MMC ilə borclu Cavabdeh3 arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 32% olmaqla 36 ay müddətə 18000 manat məbləğində kredit vermişdir.
11. Cavabdeh3 ünvanlanmış xx.xx.2023-ci il tarixli İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, «X11 Kredit Təşkilatı» MMC Cavabdeh3 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.
12. İpoteka saxlayan "xxxx" BOKT MMC, ipoteka qoyan Cavabdeh3 və alıcı-ipoteka qoyan X2 arasında bağlanmış xx.xx.2022 il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən 9 mərtəbəli binanın 9 mərtəbəsində 68.2 kv.m. ümumi sahəsi,42.6 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 67 saylı mənzili ipoteka ilə yüklü edilmişdir.
13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, X2 ünvan 4 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X6 və X4r.
14. xx.xx.2024-cü il tarixli 9/6534 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları xx.xx.2022ci il tarixli, 2022/1856 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə-18.000,00 manat, faiz borcu üzrə 7952,00 manat təşkil edir.
15. ”Lex Fori” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 3 saylı evin, 67 saylı mənzilin qiymətləndirilməsi ilə bağlı mütəxəssislərə şərait yaradılmamışdır.
16. "Caspian Valuation” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 3 saylı evin, 67 saylı mənzilə baxış keçirilməsinə şərait yaradılmadığından qərardad icra olunmadan geri qaytarılmışdır.
İşin faktiki halları.
17. İddiaçı «X11 Kredit Təşkilatı» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «X11 Kredit Təşkilatı» MMC ilə Cavabdeh3 arasında 14.0.2022-ci il tarixində 2022/1856 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 32% faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə 18 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 2022/1856 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixində 2022/1856-İP saylı İpoteka müqaviləsi bağlanaraq, X1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən 3 saylı evin 67 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından «X11 Kredit Təşkilatı» MMC tərəfindən ona xx.xx.2023-ci il tarixli İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və «X11 Kredit Təşkilatı» MMC Cavabdeh3 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş üzrə ekspertiza təyin olunmuş və xx.xx.2024-cü il tarixli 9/6534 saylı ekspert rəyinə əsasən Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları xx.xx.2022-ci il tarixli, 2022/1856 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə-18.000,00 manat, faiz borcu üzrə 7952,00 manat təşkil edir. Məhkəmə tərəfindən mənzilin qiymətləndirilməsinə dair rəy verilməsi ilə bağlı qiymətləndirici dəvət olunmasına baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 3 saylı evin, 67 saylı mənzilə baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadığından qərardad icra olunmadan geri qaytarılmışdır.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
19. İpoteka haqqında qanun
Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı.
Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
24. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
25. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı onunla borclu arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanaraq, X1 mülkiyyətində olan mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından «X11 Kredit Təşkilatı» MMC tərəfindən ona xx.xx.2023-ci il tarixli İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və «X11 Kredit Təşkilatı» MMC Cavabdeh3 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Lakin ipoteka qoyan vəfat etmiş və X1 adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz məbləğini müqavilə ləğv olunan tarixə tələb etməkdə haqlı olmuşdur.
26. «X11 Kredit Təşkilatı» MMC tərəfindən tələb olunan 20592 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 1000 manat məbləğində pul tutulmalıdır.
27. Məhkəmə qeyd edir ki, iddiaçı «X11 Kredit Təşkilatı» MMC tərəfindən Cavabdeh3 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etməsi ilə bağlı müqavilə münasibətlərinə xx.xx.2023-ci il tarixdən xitam verildiyindən hesablanmış faiz borcu cavabdehdən həmin tarixə kimi tələb oluna bilər.
28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 kredit müqaviləsi üzrə 18000 manat məbləğində əsas borc, 7952 manat məbləğində faiz borcu, 1000 manat cərimə borcu və Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7,5%) 363.75 manat borcu olmaqla, cəmi 27315.75 manat iddiaçı «X11 Kredit Təşkilatı» MMC-nin xeyrinə tutulmalıdır.
29. Məhkəmə iddia tələbinin cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmalı olduqlarından həmin hissədə iddia tələbi təmin olunmamalıdır.
30. Məhkəmə tərəfindən mənzilin qiymətləndirilməsinə dair rəy verilməsi ilə bağlı qiymətləndirici dəvət olunmasına baxmayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 3 saylı evin, 67 saylı mənzilə baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadığından qərardad icra olunmadan geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri 65000 manat müəyyən olunduğundan mənzil açıq hərracda satılarkən onun likvid dəyəri 65000 (altmış beş min) manat müəyyən olunmalıdır.
Məhkəmə xərcləri.
31. İş materiallarından görünür ki, iddiaçı BOKT tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 313.70 manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün 45 manat və 580 manat hüquqi yardım göstərilməsi üçün nümayəndəyə xərc ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
32. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 xx.xx.2022-ci il tarixli 2022/1856 saylı kredit müqaviləsi üzrə 18000 manat məbləğində əsas borc, 7952 manat məbləğində faiz borcu, 1000 manat cərimə borcu və Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7,5%) 363.75 manat borcu olmaqla, cəmi 27315.75 (iyirmi yeddi min üç yüz on beş manat, yetmiş beş qəpik) manat borc, 171.94 (yüz yetmiş bir manat, doxsan dörd qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 580 (beş yüz səksən) manat xidmət haqqı «X11 Kredit Təşkilatı» MMC-nin xeyrinə tutulmalı, ünvan 3 saylı evin, 67 saylı mənzilin likvid dəyəri 65000 (altmış beş min) manat müəyyən olunmalı, Tələb ipoteka qoyulmuş ünvan 3 saylı evin, 67 saylı mənzilinə yönəldilməli və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc «X11 Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməlidir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 saylı evin, 67 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq «X11 Kredit Təşkilatı» MMC-yə təhvil verilməlidir. Ekspertiza xərci – 100 (yüz) manat Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. 34.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2022-ci il tarixli 2022/1856 saylı kredit müqaviləsi üzrə 18000 manat məbləğində əsas borc, 7952 manat məbləğində faiz borcu, 1000 manat cərimə borcu və Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7,5%) 363.75 manat borcu olmaqla, cəmi 27315.75 (iyirmi yeddi min üç yüz on beş manat, yetmiş beş qəpik) manat borc «X11 Kredit Təşkilatı» MMC-nin xeyrinə tutulsun. Cavabdeh3 171.94 (yüz yetmiş bir manat, doxsan dörd qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu və 580 (beş yüz səksən) manat nümayəndəyə ödənilən xidmət haqqı «X11 Kredit Təşkilatı» MMC-nin xeyrinə tutulsun. ünvan 3 saylı evin, 67 saylı mənzilin likvid dəyəri 65000 (altmış beş min) manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş ünvan 3 saylı evin, 67 saylı mənzilinə yönəldilsin və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc «X11 Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 saylı evin, 67 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılsın və mənzil boşaldılaraq «X11 Kredit Təşkilatı» MMC-yə təhvil verilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərci – 100 (yüz) manat Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova