Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-514/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi İddiaçı MMC Cavabdeh qarşı ““inzibati xəta haqqında protokollara görə ödənilmiş pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 1383 manat məbləğində pulun və ödənilmiş 33.83 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2020-ci il tarixli MAS- 2385 saylı ‘‘Daxili lizinq" müqaviləsinə əsasən 2020- ci il buraxılışlı, “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu “Azərmaş'’ MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir . “Daxili lizinq müqaviləsi" və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq “Azərmaş" MMC iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(011 )-2448/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 3402.54 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X3 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; EQ 10421000 saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat; EQ 10421006 saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat: BNA 13117610 saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 32 manat: BNA ******* saylı protokola görə 32 manat: BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; EQ 10421003 saylı protokola görə 9 manat; EQ 10421002 saylı protokola görə 9 manat; EQ 11124971 saylı protokola görə 9 manat; EQ 10421008 saylı protokola görə 9 manat; EQ 10421016 saylı protokola görə 9 manat; İXP ******* saylı protokola görə 100 manat; İXP ******* saylı protokola görə 200 manat; BNA ******* saylı protokola görə 64 manat; İXP ******* saylı protokola görə 64 manat; EQ 10421007 saylı protokola görə 36 manat; EQ 10421001 saylı protokola görə 36 manat; BNA ******* saylı protokola görə 36 manat: BNA ******* saylı protokola görə 36 manat;EQ ******* saylı protokola görə 36 manat məbləğində pul "Azərmaş” MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1383 manat məbləğində ödəniş edilmişdir. mülkiyyət hüququ ilə "Azərmaş” MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X2 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərann icra edilməsi üçün YPX inpektorlanna təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Tərəflərin izahatları İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 mart 2025-ci il tarixli məhkəmə iclasında izahat verən Cavabdeh bildirmişdir ki iddianı etiraf edir. Hazırda xəstəxanada müalicə alır. İş materialları Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KHAZAR SD” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli MAS-2385 saylı X1 və ona 1 saylı Əlavədən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə görə lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini və lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin əsas məbləğini 13300 manat təşkil edir. Ödənilmiş 9 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 19 faiz həcmində mükafat məbləği hesablanır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili Cavabdeh təhvil verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2448/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 21 may 2020-ci il tarixli MAS-2385 saylı daxili lizinq müqaviləsinə əsasən 2.118,59 manat əsas, 651.15 manat mükafat, 20 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş zərərin əvəzi olaraq 612.80 manat olmaqla, ümumilikdə 3.402,54 (üç min dörd yüz iki manat əlli dörd qəpik) manat pul vəsaiti və 68.27 (altmış səkkiz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı “Azərmaş" MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, 1815 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş cərimə protokollarının surətlərindən görünür ki, BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat; EQ 10421000 saylı protokola görə 18 manat; BNA ******* saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat; EQ 10421006 saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 18 manat: BNA 13117610 saylı protokola görə 18 manat: BNA ******* saylı protokola görə 32 manat: BNA ******* saylı protokola görə 32 manat: BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; EQ 10421003 saylı protokola görə 9 manat; EQ 10421002 saylı protokola görə 9 manat; EQ 11124971 saylı protokola görə 9 manat; EQ 10421008 saylı protokola görə 9 manat; EQ 10421016 saylı protokola görə 9 manat; İXP ******* saylı protokola görə 100 manat; İXP ******* saylı protokola görə 200 manat; BNA ******* saylı protokola görə 64 manat; İXP ******* saylı protokola görə 64 manat; EQ 10421007 saylı protokola görə 36 manat; EQ 10421001 saylı protokola görə 36 manat; BNA ******* saylı protokola görə 36 manat: BNA ******* saylı protokola görə 36 manat;EQ ******* saylı protokola görə 36 manat məbləğində pul "Azərmaş” MMC tərəfindən ödənilmişdir. İşin faktiki halları İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş aylıq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, avtomobil qəzalı vəziyyətdə iddiaçıya qaytarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 747.Lizinq müqaviləsi 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1 Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Maddə 748. Lizinq müqaviləsinin subyektləri 748-1.5 Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-7.1 Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuşdur. İş materiallarından da göründüyü kimi tərəflər arasında daxili lizinq müqaviləsi imzalanmış və həmin müqavilə əsasında lizinq obyekti qüsursuz şəkildə müqavilədə nəzərdə tutulmuş şərtlərlə lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İstinad edilən hüquq normalarının tələblərindən aydın olur ki, lizinq obyekti lizinq verənin mülkiyyətində qalmaqla, lizinq alanın istifadə və sahibliyinə təqdim edilir. Lakin, lizinq alan, yəni cavabdeh müqavilə şərtlərinə riayət etməmiş və daha sonra həmin lizinq obyekti qəzalı vəziyyətdə lizinq alan tərəfindən lizinq verənə geri qaytarılmışdır. Tutulmalı olan məbləğə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan inzibati xəta haqqında cərimə protokollarından göründüyü kimi, lizinq obyektinə münasibətdə inzibati xəta haqqında cərimə protokollarına əsasən iddiaçı tərəfindən ödənilmiş ümumi məbləğ 1383 manat təşkil edir. Belə ki, Cavabdeh 21 may 2020-ci il tarixdən onun istifadəsinə verilmiş “KHAZAR SD” markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydaları pozduğuna görə müxtəlif vaxtlarda cərimə olunmuşdur. Bu cərimələrin cəmi məbləği 1383 manat təşkil edir. Hazırda İddiaçı MMC həmin cərimələrə görə ödəmiş olduğu 1383 manat məbləğində pulun ona geri qaytarılmasını istəyir. Məhkəmə müəyyən edir ki, cavabdeh iddianı qəbul etmişdir. Cavabdehin iddianı qəbul etməsinə dair izahatı protokolda əks olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə Lakin, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin iddia tələbində qeyd olunan inzibati xəta haqqında protokollara görə ödəniş etmiş olduğu 1383 manat məbləğində pulu etiraf etməsi öz təsdiqini tapdığına görə iddia təmin edilməli və cavabdehdən 1383 (bir min üç yüz səksən üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 33.83 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 1383 (bir min üç yüz səksən üç) manat və ödənilmiş dövlət rüsumuna görə 33.83 (otuz üç manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1383 (bir min üç yüz səksən üç) manat və ödənilmiş dövlət rüsumuna görə 33.83 (otuz üç manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sərdlik edən: Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-514/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-514/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver