Məhkəmə qərarları › İş №e-2(010)-515/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-515/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-515/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 sentyabr 2019-cu il tarixli NBNP ***- *******FİMSA(B)270919-01 nömrəli kredit müqaviləsi üzrə cəmi 3605.21 manat məbləğində borcun-bundan 3497.45 manat əsas və 107.76 manat faiz borcunun və iş üzrə ödənilmiş 56.05 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Abuşov Qılman Qurban oğlu arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli NBNP ***-*******FİMSA(B)270919-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 5 il müddətinə (1 (bir) il güzəşt müddəti tətbiq edilməklə), illik 1 (bir) faiz dərəcəsi ilə 3502.70 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Abuşov Qılman Qurban oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına və 18 may 2023-cü il tarixli **********505 saylı bildirişin göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də Abuşov Qılman Qurban oğlunun 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 12 may 2023-cü il tarixə banka ödənilməmiş cəmi 3605.21 manat borcu vardır. Bundan 3497.45 manatını əsas və 107.76 manatını isə faiz borcu təşkil edir. Daha sonra Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışdan məlum olmuşdur ki, borc alan Abuşov Qılman Qurban oğlu ölmüşdür. Ədliyyə Nazirliyinin “vərəsəlik işlərinin açılıb açılmamasına dair” elektron portalının məlumatlarına əsasən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş borcalan Abuşov Qılman Qurban oğlunun vərəsələrinin müəyyən edilməsi ilə əlaqədar Bakı şəhəri 24 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. 24 saylı Notariat Ofisindən təqdim edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 19 iyun 2021-ci il tarixli Şəhadətnamədən məlum olmuşdur ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 borcalan Abuşov Qılman Qurban oğlunun vərəsələri kimi tanınmışlar. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, Abuşov Qılman Qurban oğlu onun atasıdır və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərdən Cavabdeh1 onun anası, digər cavabdehlər isə onun bacılarıdır. O, ikinci Qarabağ müharibəsində iştirak etmiş və hazırda isə 650 manat əmək haqqı alır. O, atasının banka borclu olmasını etiraf edir, lakin məbləğlə bağlı razı deyil. Belə ki, vərəsəlik qaydasında əldə etdiyi məbləğ atasının əməliyyat olunması və xəstəlik vərəqəsi nəticəsində əldə etməli olduğu məbləğdir. Hazırda qeyd olunan məbləği ödəmək iqtidarında deyildir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

İş materialları.

6. xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)270919-01 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən müəyyən edilir ki, İddiaçı ASC ilə X10 Qurban oğlu arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 1% olmaqla 60 ay müddətə 3502,7 manat məbləğində güzəştli kredit vermişdir. 7.xx.xx.2023-cü il tarixli maliyyə arayışdan müəyyən olunur ki, İddiaçı ASC ilə Abuşov Qılman Qurban oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******FİMSA(B)270919-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə müqavilə üzrə 3497,45 manat əsas borc, 107,76 manat faiz borcu, cəmi 3605,21 manat təşkil edir. 8.Abuşov Qılman Qurban oğluna, X3 və X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli bilridişdən görünür ki, İddiaçı ASC cavabdehlərə yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. 9.xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Abuşov Qılman Qurban oğlunun vərəsələri qızı- Cavabdeh4, qızı- Cavabdeh3, arvadı- Cavabdeh1, oğlu- Cavabdeh2 vərəsələr hesab olunmuş və onlar hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 21-69/M.Ş. nömrəli məktuba əsasən əmək qabiliyyətini itirdiyinə 608,36 manat müavinət pulundan ibarətdir. 10.AZ-İİ 125410 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abuşov Qılman Qurban oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür.

11. İİİ КГ 457476 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Abuşov Qılman Qurban oğlu ilə X5 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmış və bu barədə ərə Abuşov, arvada Abuşova soyadı verilmişdir.

12. Miras payın bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum atası Abuşov Qılman Qurban oğlundan miras qalmış Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 21-69/M.Ş. nömrəli məktuba əsasən əmək qabiliyyətini itirdiyinə 608,36 manat müavinət pulundan onlara düşən paylarını anası Cavabdeh1 bağışlamışlar.

İşin faktiki halları.

13. İddiaçı ASC ilə X10 Qurban oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)270919-01 nömrəli kredit müqaviləsinə əsasən bank borcluya illik 1% olmaqla 60 ay müddətə 3502,7 manat məbləğində güzəştli kredit vermişdir. X10 Qurban oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Abuşov Qılman Qurban oğlunun vərəsələri qızı- Cavabdeh4, qızı-Cavabdeh3, arvadı- Cavabdeh1, oğlu- Cavabdeh2 vərəsələr hesab olunmuş və onlar hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 21-69/M.Ş. nömrəli məktuba əsasən əmək qabiliyyətini itirdiyinə 608,36 manat müavinət pulundan ibarət olmuşdur. Miras payın bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum atası Abuşov Qılman Qurban oğlundan miras qalmış Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 21-69/M.Ş. nömrəli məktuba əsasən əmək qabiliyyətini itirdiyinə 608,36 manat müavinət pulundan onlara düşən paylarını anası Cavabdeh1 bağışlamışlar.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı.

Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

20. Məhkəmənin mövqeyi.

21. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki cavabdehin hərəkətləri müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

22. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı ilə borclu arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Lakin borclu vəfat etmiş və bu səbəbdən öhdəliyi icra edə bilməmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak vərəsə tərəfindən qəbul edilmiş və qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Miras əmlak Azərbaycan Respublikası "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli 21-69/M.Ş. nömrəli məktuba əsasən əmək qabiliyyətini itirdiyinə 608,36 manat müavinət pulundan ibarət olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunun bir hissəsini tələb etməkdə haqlı olmuşdur.

23. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, vərəsələr tərəfindən qəbul edilən miras əmlak ölən şəxsin əmək qabiliyyətinin itirilməsi nəticəsində ödənilən müavinətdən ibarət olmuş və həmin müavinət miras qoyan şəxsin sağlığında əldə edəcəyi əmlak kateqoriyasına daxildir. Həmin müavinət vərəsələrin hamısı tərəfindən qəbul edilsə də, son olaraq vərəsələrdən birinə bağışlanmışdır.

Məhkəmə xərcləri.

24. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 56.05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

25. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu qismən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2019-cu il tarixli MBNP **********FİMSA(B)270919-01 nömrəli kredit müqaviləsi üzrə 608,36 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)270919-01 nömrəli kredit müqaviləsi üzrə 608,36 (altı yüz səkkiz manat, otuz altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar