Məhkəmə qərarları › İş №e-2(010)-5183/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5183/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5183/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı kredit müqaviləsi üzrə kreditə görə 4515.71 manat əsas, faiz borcuna görə 437.06 manat, cəmi məbləği 4952.77 manat pul və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş qızıl zinət əşyalarına (saat qolbaq – 1ədəd, çəkisi 49.3 qr, əyarı – 583 əyar; qolbaq ağlı – 1 ədəd, çəkisi – 13 qr, əyarı – 583; komplekt ağlı – 1 ədəd, çəkisi – 15 qr, əyarı – 583) yönəldilməsi, bu əmlakların hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı kredit müqaviləsi üzrə 4515.71 manat əsas, faiz borcuna görə 437.06 manat, cəmi 4952.77 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü il tarixli, NZLMB- 10118 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3 və 2.4-cü bəndləri). xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11, 4.2-ci bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 4515.71 manat, faiz borcuna görə 437.06 manat, borcun cəmi məbləği 4952.77 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızı-zinət əşyaları xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmişdir və aşağıdakılardan ibarətdir: saat qolbaq – 1 ədəd, çəkisi 49.3 qr, əyarı – 583 əyar; qolbaq ağlı – 1 ədəd, çəkisi – 13 qr, əyarı – 583; komplekt ağlı – 1 ədəd, çəkisi – 15 qr, əyarı – 583. Qeyd olunanlara əsasən, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı kredit müqaviləsi üzrə kreditə görə 4515.71 manat əsas, faiz borcuna görə 437.06 manat, borcun cəmi məbləği 4952.77 manat pul tutulmalıdır, tələblər girov predmetləri olan, adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir. Girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən işə iştirakları olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini, borcunu ödəmək istədiyini, ona yeni qrafik açılarsa, borcunu ödəyə biləcəyini bildirmişdir.

5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

6. Belə olan halda məhkəmə, işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etdi.

İş materialları.

7. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, NZLMB- 10118 nömrəli razılaşmadan görünür ki, Müştəri kredit üzrə ödənişləri bu razılaşmaya əlavə edilən kreditin ödəniş cədvəli əsasında annuitet qaydada ödəməyi öhdəsinə götürür. Müştəri aldığı krediti ümumi şərtlərdə və bu razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə uyğun olaraq Banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür.

8. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödənişlərin xx.xx.2024 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 274.43 manat (sonuncu ay 274.81 manat olmaqla) ödənilməsi təsdiq edilmişdir.

9. İddiaçı ASC (girov saxlayan) və Cavabdeh (girov qoyan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, NZLMB-10118 nömrəli saxlanc girovu haqqında müqavilədən görünür ki, Girov qoyan Girov saxlayanla aralarında bağlanılan xx.xx.2024-cü il tarixli, NZLMB-10118 saylı kredit müqaviləsi, bu müqavilənin 4.1-ci bəndində qeyd olunan Əlavələrdə göstərilən malları qeyd olunan kredit müqavilələri və onlar əsasında bağlanan razılaşmalara əsasən verilmiş kreditlərə əsasən yaranmış öhdəliyin təminatı kimi Girov saxlayana (girov saxlayan həm də borc verəndir) girova və onun sahibliyinə verir. Kredit müqaviləsi bərpaolunan kredit xətti və ya bərpaolunan kredit limitinin ayrılmasını nəzərdə tutduqda ayrılmış kredit xətti və ya kredit limiti qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində Borcalan tərəfindən dəfələrlə istifadə edilə bilər.

10. xx.xx.2024-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində İddiaçı ASC-nin “Nizami” filialından NZLMB-10118 saylı kredit müqaviləsi əsasında 24 ay müddətə, 28 %lə götürəcəyi 5000 manat məbləğdə lombard kreditinin təminatı olaraq girov qoyduğu 77.3 qr qızıl-zinət əşyalarını kredit mütəxəssisinin iştirakı ilə kassaya təhvil vermişdir. Girov qoyulan qızıl-zinət əşyaları: bir ədəd çəkisi 49.3 qr, əyarı 583, dəyəri 3278.45 manat, bazar dəyəri 4857.53 manat olan saat qolbaq; bir ədəd çəkisi 13 qr, əyarı 583, dəyəri 864.5 manat, bazar dəyəri 1280.89 manat olan qolbaq ağlı; bir ədəd çəkisi 15 qr, əyarı 583, dəyəri 997.5 manat, bazar dəyəri 1477.95 manat olan komplekt ağlı.

11. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4515.71 manat əsas, 437.06 manat faiz, cəmi 4952.77 manat borcu var.

12. xx.xx.2024-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə borcunun məbləği (4515.71 manat əsas borc, 437.06 manat faiz borcu olmaqla, cəmi 4952.77 manat) barədə xəbərdar edilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.

İşin faktiki halları.

13. İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı Bank Borcalana 24 ay müddətinə illik 28 %lə 5000 manat məbləğində kredit verməyi, Borcalan isə həmin krediti və hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada Banka qaytarmağı öhdəsinə götürmüşdür.

14. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli girov müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat kimi girov qoymuşdur. Həmin əşyalar İddiaçı ASC-nin saxlancına verilmişdir.

15. İddiaçı ASC tərəfindən 5000 manat məbləğində kredit Cavabdeh verilmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması). Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Maddə 300. Girovun növləri. 300.0. Girov aşağıdakı növlərdə ola bilər: 300.0.1. saxlanc. Maddə 301. Saxlanc. Saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 740. Borc müqaviləsi üzrə faizlər. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 742. Borcun qaytarılması. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 743. Kredit müqaviləsinin anlayışı. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bankla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Odur ki, Cavabdeh müqavilə üzrə ödənilməmiş 4515.71 manat əsas borc və 437.06 manat faiz borcu tutularaq iddiаçı İddiaçı ASC-yə ödənilməlidir.

19. Həmçinin borclu girovla təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə iddiaçı Bank tələbin girov predmetinə yönəldilməsini tələb etməkdə də haqlı olmuşdur. Belə ki, Cavabdeh iddiaçı Bank qarşısında götürdüyü kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat olaraq Bankla girov müqaviləsi bağlamış, bu müqaviləyə əsasən özünə məxsus qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarından görünür ki, girov qoyulmuş əşyalar bir ədəd çəkisi 49.3 qr, əyarı 583 olan saat qolbaq; bir ədəd çəkisi 13 qr, əyarı 583 olan qolbaq (ağlı); bir ədəd çəkisi 15 qr, əyarı 583 olan komplektdən (ağlı) ibarət olmuşdur.

20. Hazırda Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyi müəyyən edildiyindən cavabdehdən tutulan borc girov predmetinə yönəldilməli, yəni həmin qızıllar hərracda satılaraq əldə edilən vəsait hesabına cavabdehin iddiaçıya olan borcu ödənilməli, əgər satışdan əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etməzsə, qalan borc cavabdehdən ümumi qaydada tutulmalı, əksinə, satışdan əldə edilən vəsait cavabdehdən tutulan borc məbləğindən artıq olarsa, qalıq vəsait cavabdehə qaytarılmalıdır.

21. Bu hissədə məhkəmə qeyd edir ki, iddia tələbində satışdan əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, tələbin cavabdehin “digər əmlakı”na yönəldilməsi tələb edilsə də, iddianın bu hissədə təmin edilməsi mümkün deyil. Belə ki, Cavabdeh iddiaçı Bankla aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat olaraq bağladığı girov müqaviləsinə əsasən yalnız adları yuxarıda qeyd edilmiş qızıl-zinət əşyalarını girov qoymuşdur. Bu baxımdan sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icra edilmədiyi hazırkı vəziyyətdə cavabdeh yalnız bu öhdəliklərin icrasına təminat qoyduğu əşyalarla məsuliyyət daşımalıdır. Nəzərə alınmalıdır ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi icraya yönəldiləcəyi və icra sənədi üzrə borclu (cavabdeh) tərəfindən müvafiq icra sənədi üzrə tələb könüllü icra edilməyəcəyi halda “İcra haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada tələbin borclu kimi onun digər əmlakına yönəldilməsi mümkündür. Lakin bu, məhkəmə qətnaməsinin icrası qaydasında həll olunan məsələdir və hazırkı məhkəmə mübahisəsinin predmeti ola bilməz. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

23. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 4515.71 manat əsas borc, 437.06 manat faiz borcu olmaqla, cəmi 4952.77 manat məbləğində borc və 70 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma girov qoyulmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyətində saxlanılan qızıl-zinət əşyalarına (bir ədəd çəkisi 49.3 qr, əyarı 583 olan saat qolbaq; bir ədəd çəkisi 13 qr, əyarı 583 olan qolbaq (ağlı); bir ədəd çəkisi 15 qr, əyarı 583 olan komplekt (ağlı)) yönəldilməklə, həmin əşyalar hərracda satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 4515.71 manat əsas borc, 437.06 manat faiz borcu olmaqla, cəmi 4952.77 manat (dörd min doqquz yüz əlli iki manat yetmiş yeddi qəpik) məbləğində borc və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutulma girov qoyulmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyətində saxlanılan qızıl-zinət əşyalarına (bir ədəd çəkisi 49.3 qr, əyarı 583 olan saat qolbaq; bir ədəd çəkisi 13 qr, əyarı 583 olan qolbaq (ağlı); bir ədəd çəkisi 15 qr, əyarı 583 olan komplekt (ağlı)) yönəldilməklə, həmin əşyalar hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc həcmində ödəniş edilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar