Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5190/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi İddiaçı MMC-yə vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2447,11 manat, mediasiya xərci üçün ödənilmiş 60 məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin “OBA Naxımov 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2513 (iki min beş yüz on üç) manat 46 (qırx altı) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2447 (iki min dörd yüz qırx yeddi) manat 11 (on bir) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2447 (iki min dörd yüz qırx yeddi) manat 11 (on bir) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Tərəflərin izahatları 25 dekabr 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh İddiaçı MMC-nin əməkdaşı olub. İşlədiyi marketdə sayım keçirilib və yekunda İddiaçı MMC-yə 2447,11 manat ziyan dəyib. Cavabdehə xəbərdarılq məktubu göndərilməsinə baxmayaraq müəssisəyə yaxınlaşmamış və borcunu ödəməmişdir. Həmin məhsulların cavabdehə təhvil verilməsi ilə bağlı sənədləşmələr həcmcə həddən artıq çoxdur. Təqdim edə bilməmişdir. İddia tələbinin təmin edilərək qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materialları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 300 manat müəyyən edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi üzrə 655 İ-Q saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 300 manat müəyyən edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 33 V-d saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən administrator vəzifəsinə işə qəbul olunmuş və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 390 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC qarşısında administrator vəzifəsi üzrə ona etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi X2lə öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli inventarizasiya komissiyasının iltizamnaməsindən görünür ki, Cavabdeh sayımda tam olaraq iştirak etdiyini, sayılan çəki və məhsulları qarşılaşdırılma vasitəsilə əyani şəkildə yerində yoxladığını, əksik olan məhsullarıa düzəliş olunmasını və sayından və sayım qrupundan heç bir narazılığı olmadığını özü imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli OBA-NAXİMOV 2 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt Cavabdeh tərəfindən imza edilməmişdir. xx.xx.2024-cü il tarixli OBA-NAXİMOV (366) inventarizasiya siyahısından görünür ki, Cavabdeh təhvil verilmiş məhsullar sırasından 2498 adda məhsul əskikgəlmişdir. Həmin siyahı Cavabdeh tərəfindən imza edilməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh çalışdığı OBA-NAXİMOV 2 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələri ilə tanış olmaq maddi məsul şəxs kimi inventarizasiyanın nəticəsini imzalanmağın mütləq olduğu barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh işlədiyi dövrdə 2447,11 manat əskikgəlmə aşkar edilmişdir. 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli 123-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndi ilə işçinin ərizəsinə əsasən xitam verilmişdir. Cavabdeh maddi məsuliyyətli sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı MMC yə olan ümumi borcu 2447,11 manat təşkil edir. İşin faktiki halları İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin əmək müqaviləsi üzrə işlədiyi dövrdə ona 2447,11 manat dəyərində maddi ziyan vurduğunu iddia edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X2i
1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X2 daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin əmək müqaviləsi üzrə işlədiyi dövrdə ona 2447.11 manat dəyərində maddi ziyan vurduğunu iddia edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə iş materiallarına və iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən edir ki, iddiaçı inventarizasiya siyahısında adları çəkilmiş çoxsaylı məhsulların cavabdeh tərəfindən təhvil alınmasını və inventarizasiya komissiyası tərəfindən keçirilmiş növbədənkənar yoxlama zamanı əksikgəlmələrə görə cavabdehin borcunun yaranmasını bildirsə də, inventarizasiya siyahısında adları çəkilən məhsulların cavabdehə verilməsi və onun tərəfindən təhvil alınmasını sübuta yetirə bilməmişdir. İddia tələbinin əsasını təşkil edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərində olsa da, göründüyü kimi, o, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1)güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu baxımdan yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz.
Məhkəmə xərcləri İddia təmin edilmədiyindən 60 manat dəyərində mediasiya xərci iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli və 60 (altmış) manat dəyərində mediasiya xərci iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. 60 (altmış) manat dəyərində mediasiya xərci iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova