Məhkəmə qərarları › İş №e-2(010)-5198/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5198/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5198/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı (bundan sonra – İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19646 nömrəli nisyə alğı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19646 nömrəli zaminlik müqaviləsi üzrə ödənilməmiş 879.98 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 220 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 1099.98 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumu əvəzi kimi 40 manat pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19646 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 2046 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 2046 ABŞ dolları) “Apple İphone 15 Pro Max 256 GB” markalı 01 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19646 nömrəli nisyə alğı-satqı müqaviləsinə zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 282 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cü il tarixdə 147.39 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 146.80 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 147.39 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 146.02 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 296.42 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər.

5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. İddiaçı MMC (Satıcı) və Cavabdeh1 (Alıcı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış VİP19646 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, “Alıcı” ona “İphone 15 Pro Max 256GB” markalı mobil telefonun nisyə alğı-satqı yolu ilə verilməsini xahiş etmiş, ödənişləri dolların gündəlik məzənnəsinə uyğun olaraq manatla ödəməyə dair razılığını, bundan əlavə müqavilənin şərtlərinə etirazı olmadığını öz imzası ilə təsdiq etmiş və müqavilə həmin şərtlərlə bağlanmış hesab edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, VİP19646 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 147 ABŞ dolları məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

8. xx.xx.2024-cü il tarixli, VİP19646 nömrəli nisyə alğı-satqı müqaviləsinə əlavə olan təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli, VİP19646 nömrəli nisyə alğı-satqı müqaviləsində nəzərdə tutulan mal alıcıya təhvil verilmiş və bu barədə akta imza edilmişdir.

9. İddiaçı MMC (Satıcı) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış VİP19646 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin predmetini “Satıcı” ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP19646 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 “Satıcı” qarşısında öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə “Satıcı” ilə “Zamin” arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir.

10. xx.xx.2025-ci il tarixli, xx/xx-19525 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, VİP19646 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 762.54 ABŞ dolları əsas və 220 ABŞ dolları cərimə olmaqla, cəmi 982.54 ABŞ dolları borcu vardır.

11. xx.xx.2025-ci il tarixli, xx/xx-18924 nömrəli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, VİP19646 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borcun, eləcə də aylıq ödənişlərin gecikdirildiyi üçün gecikdirilmiş məbləğə hesablanmış cərimənin həcmi barədə məlumat verilmiş, həmin borcun və hesablanmış cərimənin tam şəkildə 3 (üç) iş müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

12. İddiaçı MMC (Satıcı) və Cavabdeh1 (Alıcı) arasında xx.xx.2024-cü il tarixli, VİP19646 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 ona “İphone 15 Pro Max 256GB” markalı mobil telefonun nisyə alğı-satqı yolu ilə verilməsini xahiş etmiş, ödənişləri dolların gündəlik məzənnəsinə uyğun olaraq manatla ödəməyə dair razılığını, bundan əlavə müqavilənin şərtlərinə etirazı olmadığını öz imzası ilə təsdiq etmiş və müqavilə həmin şərtlərlə bağlanmış hesab edilmişdir.

13. Bundan əlavə, qeyd edilən nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı MMC və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli, VİP19646 nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin borclunun müvafiq nisyə alğısatqı müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi üçün məsuliyyəti tam şəkildə öz üzərinə götürmüşdür.

14. İddiaçı MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbində əsas borc 879.98 ABŞ dolları həcmində qeyd edilsə də, məhkəmə icraatı gedişində iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışının tədqiqindən aşkar olunur ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə 117.44 ABŞ dolları ödəniş etmiş və qalıq borcu 762.54 ABŞ dolları təşkil etmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

19. Belə ki, iddiaçı ilə bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Çünki iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əşyanı borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda bunu lazımınca etməmişdir. Odur ki, cavabdehdən nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir.

20. Həmçinin borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini hər iki cavabdehə qarşı yönəltməkdə də haqlı olmuşdur.

21. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da, dəbbə puluna münasibətdə qismən təmin edilməlidir.

22. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər.

23. İşdən göründüyü kimi, iddiаçı cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixli, VİP19646 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 220 ABŞ dolları cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir.

24. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də cаvаbdehin öz öhdəliyini lаzımıncа yerinə yetirməməsində ifаdə оlunаn iddiaçının ümumi mаrаğı ilə cavabdehin mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdarı azaldılaraq 20 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

Məhkəmə xərcləri.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 33.31 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, VİP 19646 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 762.54 ABŞ dolları əsas və 20 ABŞ dolları cərimə olmaqla, cəmi 782.54 ABŞ dolları məbləğində pul vəsaiti (qətnamənin icra edildiyi vaxt dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) və 33.31 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, VİP 19646 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 762.54 (yeddi yüz altmış iki dollar, əlli dörd sent) ABŞ dolları əsas və 20 (iyirmi) ABŞ dolları cərimə olmaqla, cəmi 782.54 (yeddi yüz səksən iki dollar, əlli dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti (qətnamənin icra edildiyi vaxt dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş 33.31 (otuz üç manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar