Məhkəmə qərarları › İş №e-2(010)-52/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-52/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-52/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 28 fevral 2020-cu il tarixli, RBAVT-0025çsaylı kredit müqaviləsi üzrə əsas kreditə görə 28729,94 manat, faiz borcuna görə 5232,22 manat, cərimə borcuna görə 14 000 manat, borcun cəmi məbləği 47962,16 manat məbləğində pulun və ödənilmiş 233,89 manat məbləğində dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus məxsus 2019-cu il buraxılışlı, ban SALYA2BX8LA258408 olan, boz metallik rəngli, ** HG *** qeydiyyat nişanlı, X11 markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 28 Fevral 2020-cu il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə 47962,16 manat və ödənilmiş dövlət rüsumu 233,89 manat məbləğində pulun İddiaçı ASCyə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28 Fevral 2020-cu il tarixli, RBAVT-0025saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 18729,94 manat, faiz borcuna görə 5780,58 manat, dəbbə borcuna görə 14000 manat, cəmi 38510,52 manat məbləğində pulun və ödənilmiş 233,89 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh qızma məxsus 2019-cu il buraxılışlı, ban SALYA2BX8LA258408 olan, boz metallik rəngli, ** HG *** qeydiyyat nişanlı, “X11” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə cəmi 38510,52 manat və ödənilmiş dövlət rüsumu 233,89 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 16729,94 manat, faiz borcuna görə 6555,95 manat, dəbbə borcuna görə 14000 manat, cəmi 37285,89 manat məbləğində pulun və ödənilmiş 233,89 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh qızma məxsus 2019-cu il buraxılışlı, ban SALYA2BX8LA258408 olan, boz metallik rəngli, ** HG *** qeydiyyat nişanlı, “X11” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə cəmi 37285,89 manat və ödənilmiş dövlət rüsumu 233,89 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 23524,27 manat, əsas borca 5% ilə hesablanmış 692,66 manat, dəbbə borcuna görə 14000 manat, cəmi 38216,93 manat məbləğində pulun və ödənilmiş 233,89 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh qızma məxsus 2019-cu il buraxılışlı, ban SALYA2BX8LA258408 olan, boz metallik rəngli, ** HG *** qeydiyyat nişanlı, “X11” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə cəmi 38216,90 manat və ödənilmiş dövlət rüsumu 233,89 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Baş ofis”i ilə Cavabdeh arasında bağlanmış 28 fevral 2020-cu il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsinə əsasən illik 19 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 70 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Daha sonra tərəflər arasında 28 fevral 2020-cu il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsinə bağlanılmış xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmaya əsasən 5 ay (dekabr, yanvar, fevral, mart, aprel) 1000 AZN ödəmək şərti ilə güzəşt verilmiş və güzəşt müddətində yığılmış qrafik borcu müddətin sonuna keçirilmişdir. 28 fevral 2020-cu il tarixli, RBAVT-0025saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 28 fevral 2020-cu il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 28729,94 manat, faiz borcuna görə 5232,22 manat, cərimə borcuna görə 14 000 manat, cəmi 47962,16 manat təşkil edir. 28 fevral 2020-ci il tarixli, RBAVT-0025saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X1 şəhadətnaməsinə əsasən, Cavabdeh məxsus 2019-cu il buraxılışlı, ban SALYA2BX8LA258408 olan, boz metallik rəngli, ** HG *** qeydiyyat nişanlı, Land Rover X11 markalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin qarşısında 28 fevral 2020-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış 28 fevral 2020-cu il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda, həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü (Öhdəliyin icrası müddəti) maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun 36-cı maddəsinin imperativ tələblərinə riayət olunaraq, iddiaçı bank tərəfindən ipoteka qoyan cavabdehə müvafiq bilidirişlə müraciət etmişdir və ipoteka predmeti kimi çıxış edən əmlaka tutmanın yönəldiməsi barədə bildirişin rəsmi qaydada qeydə alınması barədə müvafiq reyestr orqanına müraciət olunmuşdur və bildiriş həmin orqanda qeydə alınmışdır. İddia tələbinin dəqiqləşməsi onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən əsas borcdan ödəniş edilmiş, eyni zamanda faiz borcu artmışdır. Cavabdehin 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 18729,94 manat, faiz borcuna görə 5780,58 manat, dəbbə borcuna görə 14000 manat, cəmi 38510,52 manat təşkil edir. İddia tələbinin dəqiqləşməsi onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən əsas borcdan ödəniş edilmiş, eyni zamanda faiz borcu artmışdır.xx.xx.2023cü il tarixinə cavabdehin 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 16 729,94 manat, faiz borcuna görə 6555,95 manat, dəbbə borcuna görə 14000 manat, cəmi 37, 285,89 manat təşkil edir. İddia tələbinin dəqiqləşməsi onunla əsaslandırılmışdır ki, mülki iş üzrə xx.xx.2023-cü il tarixli e-2(010)-1159/2023 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert rəyin əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh əsas qızının əsas borcu 23 524,27 manat, faiz borcu 470, 46 manat təşkil edir. Ekspert rəyinə uyğun olaraq iddia tələblərini dəqiqləşdirirlər.xx.xx.2023-cü il tarixinə cavabdehin 28 fevral 2020-cə il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə borcu əsas borcuna görə 23 524,27 manat, əsas borca illik 5% ilə hesablanmış 470,49 manat məbləğində əldən çıxmış fayda borcu, dəbbə borcuna görə 14000 manat, cəmi 37 994,76 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə əsas borca görə 23524,27 manat, əsas borca illik 5% ilə hesablanmış 692,66 manat məbləğində əldən çıxmış fayda borcu, cərimə borcuna görə 14000 manat, cəmi 38216,93 manat məbləğində pul tutulmalıdır, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehdən tutulmalıdır. Cavabdehin ərizəsi. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Məhkəmə Ekspertiza Mərkəzinin 9/7023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir xx.xx.2023-cü il tarixədək (iddia ərizəsində tələb olunan tarixədək) əsas borc üzrə 34069,05 manat, faiz borcu üzrə - 719,24 manat, xx.xx.2023-cü il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə - 24689,14 manat, faiz borcu üzrə - 732,27 manat.İlk növbədə qeyd edir ki, xx.xx.2020-ci il tarixli , RBAVT-0025 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay müddətində 70 000 manat əsas borc və 22 375,20 manat faiz borcu olmaqla cəmi 92 375,20 manat ödəməli idi. Ekspert tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 77 737,54 manat ödəmişdir.Nəzərə alınsa ki, cavabdeh tərəfindən xx.xx.2023-cü ildə əlavə olaraq 2000 manat ödəniş olunmuşdur, cəmi kredit müqaviləsi üzrə ödəniş 79373,54 manat təşkil edir.Ekspert xx.xx.2020-ci iltarixdən xx.xx.2023-cü il tarixədək olan 77 740,54 manatın həmin məbləğin 45 310,86 əsas borc, 32 429,68 isə faiz borcdan silinmə kimi qeyd etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə edilmiş 2000 manat ödənişin 1164,86 manatını əsas borc kimi, 835,14 manat isə faiz borca silinmə kimi qeyd etmişdir.Nəticədə göstərilənləri topladıqda ekspertin gəldiyi qənaətə əsasən əsas borcdan 46 475,72 manat ödəmə kimi və 33 261,82 manatın isə faiz borcundan ödəniş kimi hesablamışdır. Ekspert rəyindən görünür ki, bank ödənilən məbləğləri əsas və faiz borcunu silərkən düzgün paylaşdırmamışdır. Nəticədə müqavilənin şərtləri bank tərəfindən pozulmuşdur. Belə ki, müqaviləyə əsasən verilmiş məbləğin illik faiz dərəcəsi 19 % müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən faiz borcunun ümumi məbləği 22 375,20 manat müəyyən edilmişdir. Müqavilənin şərtlərinə (müqavilə maddə 3.1) əsasən müştəri ödənişi gecikdirməyə görə dəbbə pulu (cərimə) ödəyir. Belə olan halda hansı əsasa görə ekspert ödənilmiş 79 737,54 manatdan 33 261,82 manatın isə faiz borcundan silinməsini hesab etmişdir. Nəticədə bu da 10 886,62 manat artıq hesablamışdır, əslində isə bu məbləğ faiz borcundan deyil əsas borcdan silinməli idi. Göründüyü kimi, Cavabdeh tərəfindən müqaviləyə əsasən ödəniləcək 92 375,20 manatdan 79737,54 manat ödənilmişdir və bü günə banka olan borcu 12637,66 manat təşkil edir. Hesablanmış dəbbə borcuna gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçı tələbində 14000 manat dəbbənin tutulmasını xahiş etsə də, bununla bağlı hər hansı əsaslandırma aparmamışdır. Kreditin ödəniş tarixçəsindən də göründüyü kimi bəzi hallarda ödənişlər gecikdirilsə də, bir çox halda cavabdeh tərəfindən ödəniş məbləği nəzərdə tutulduğundan daha çox ödənilmişdir. Bəzi ödənişlər isə bir ayda hətta iki dəfə həyata keçirilmişdir. Belə olan halda digər aylar üzrə ödənişlər gecikdirilməsi, əvvəlki aylar üzrə daha çox ödənişin aparılması ilə bağlı olmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbənin heç bir əsası yoxdur. İddiaçı dəbbə pulunun hesablanması ilə bağlı məhkəməyə hər hansı tutarlı sübutlar təqdim etmədiyindən, dəbbə pulunun tutulması hissəsində də tələb əsassızdır və rədd edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, bank tərəfindən məhkəməyə 4 dəfə dəqiqləşdirmə verilmişdir. Hər dəfə dəqiqləşdirmə təqdim edilərkən əsas borcun məbləği artıq göstərilmişdir. Bu da onu göstərir ki, bank öz mövqeyindən sui-istifadə edərək əsas borca dair məlumatları saxtalaşdırmışdır. Nəticədə ekspert tərəfindən verilmiş rəydə də məlumatlar tam və dolğun olmamışdır. Bununla belə aparılmış ödənişlərə uyğun olaraq cavabdehin hazırki borcu 12637,66 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq irəli sürülmüş tələbin qismən təmin olunması və kredit müqaviləsi üzrə 12637,66 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, ekspertin düzgün hesabladığını, cavabdehin etdiyi ödənişləri ilkin olaraq faiz borcundan sildiyi üçün faiz borcu sıfır olduğunu bildirmişdir. Faiz borcu sıfır olduğu üçün müqavilə müddəti bitdikdən sonranı müqavilənin bitmə tarixindən hesabalanan 5% faiz borcu tələb etdiklərini qeyd etmişdir. Ekspertin rəyində də müqavilənin bitdiyi tarixdən qərardad qəbul olunan tarixədək 5% faiz borcu hesablandığı bildirdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, kredit müqaviləsinə əsasən 70000 manat əsas borc, 22375 manat isə faiz borcudur. Bütün müddət ərzində Cavabdeh elə olub ki, ayda 2 dəfə ödənişlər etmiş, ümumillikdə, 79737 manat ödəniş etdiyini qeyd etmişdir. Bank edilən ödənişləri faizdən silib, lakin faiz ödənildikdən sonra ödənişlərin əsas borcdan silinməli olduğunu bildirmişdir. İddiaçının pandemiya dövründə ödəniş etmədiyini, tərəflər arasında əlavə razılaşma olduğunu qeyd etmişdir. Dəbbə və 5%-lə razı olmadığını bildirmişdir. Ekspertin ifadəsi. xx.xx.2024-cü il tarixdə ekspert X5 məhkəmə iclasında 16 oktyabr 2023-cü il tarixli, 9/7023 nömrəli rəyini təsdiq edərək bildirmişdir ki, 4-cü səhifədə olan rəqəm səhvi (77740,54 əvəzinə 74740,54 göstərilməsi) texniki xarakter daçıyır və ümumi nəticəyə təsir etmir. Həmçinin. qeyd etmişdir ki, əlavə razılaşmada qeyd olunan 5 ay ərzində yığılan faiz kredit müddətinin sonunda hesablanır, yəni 5 ay ərzində 1000 manat ödənilməklə müştəriyə güzəşt olunduğunu bildirmişdir. Əsas borcdan silinmənin müştərinin xeyrinə olduğunu qeyd etmişdir. İş materialları. Rabitəbank” ASC (bundan sonra “Bank” adlandırılacaq) və Cavabdeh (bundan sonra “Borc alan” arasında bağlanmış RBAVT-0025 saylı xx.xx.2020-ci il tarixli əsas kredit mqaviləsindən görünür ki, bank müqavilənin 1.4-cü bəndində göstərilən məqsəd üçün borcalana 70 000 manat məbləğində 36 ay müddətinə, illik 19 %-ə kredit verilmişdir. FİFD 19,73% təşkil edir. Kredit istehlak (avtomobil krediti) məqsədilə verilir. Müqavilənin 1.6 bəndinə görə, faizlər borc alanın ssuda hesabı üzrə borcun yarandığı traixdən onu tam ödənildiyi tarixə qədər hesablanır. Müqavilənin 1.8-ci bəndinə görə, tərəflər aşağıdakı faizlər üzrə son haqq-hesab kredit məbləğinin tam şəkildə qaytarılması ilə eyni vaxtda aparırlır. Müqavilənin 3.1-ci bəndinə əsasən, müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, 1-ci gecikmə gündən 10-cu gecikmə gününədək gecikdirilmiş məbləğin 0.1%, 11-ci gündən başlayaraq isə 1% dəbbə pulu (cərimə) ödəyir. Dəbə pulunun maksimum məbləği Müqavilə məbləğinin 20 faizdən çox ola bilməz. Müqavilənin 3.3-cü bəndinə əsasən Müştəri bəyan edir və öz üzərinə öhdəlik götürür ki, səbəbindən asılı olmayaraq əgər müqavilə üzrə vəzifələrini (öhdəliklərini) vaxtında və tam şəkildə yerinə yetirmədikdə, öhdəliklərini pozduqda və bu səbəbdən Bank borcun tutulması üçün ona qarşı məhkəmə, notarius və ya digər səlahiyyətli dövlət orqanına müraciət etdikdə-borc məbləğinin (əsas və faiz) məbləğləri daxil olmaqla 5 faizi miqdraında Banka cərimə ödəyir. Müştəri qəbul edir ki, Bank borcun tutulması üçün müəyyən xərclər çəkir və əsas kredit borcu, faiz borcu müqavilənin müddəti başa çatdıqdan sonra ikiqat faiz (vaxtı keçmiş) borcu, habelə dəbbə pulundan əlavə cərimənin ödənilməsinə və ondan tutulmasına razılıq verir və bunu heç bir şəkildə mübahisələndirmir. X7rşı cərimənin ödənilnməsi tələbinə dair məhkəmədə iddia qaldırarsa, icra qeydin verilməsi üçün notariusa müraciət edərsə və ya digər səlahiyyəli dövlət orqanına müraciət edərsə, cərimənin müştəridən tutulması üçün hər hansı əlavə sənədlərin təqdim olunmadan tutulmasına razılıq verir və cərimənin ondan tutulmasını məhkəmədə mübahisələndirmir və buna qarşı hər hansı etirazı irəli sürmür. RBAVT-0025 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin müddətin uzadılması haqqında xx.xx.2021-ci il tarixli əlavə razılaşmadan görünür ki, tərəflər razılıq əldə etdilər ki, xx.xx.2020-ci il tarixli, RBAVT-0025 №-li Kredit Müqaviləsi üzrə 5 ay (dekabr yanvar fevral, mart, aprel) 1000 manat ödəmək şərti ilə güzəşt verilir və güzəşt müddətində yığılmış qrafik borcu müddətin sonuna keçirilir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli ödəniş cədvəlidən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hər ay 2565.78, xx.xx.2023-cü il tarixdə 2572.90 manat ödəniş etməlidir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 70000 manat məbləğində pul verilmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci iİ tarixli, RBAVT-0025 müqaviləsinə əsasən 28729,94 manat əsas, 5232,22 manat faiz və 14000 manat cərimə borcu vardır. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı notarial qaydasında təsdiqlənmiş ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasındakı 28 fevral 2020-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini kimi Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan 2019-cü il buraxılışı, boz, metallik, mühərriki 1999sm3, ban nömrəsi SALYA2BX8LA258408, Land Rover X11 markalı avtomobil yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli RB00-10414/2022 saylı bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli RBAVT-0025 saylı kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun 3 gün ərzində ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin bildiriş Cavabdeh tərəfindən imtina edilərək alınmamışdır. xx.xx.2022-ci il tarixli RB00-10414/2022 saylı bildirişdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli RBAVT-0025 saylı kredit müqaviləsi üzrə yaranmış borcun məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönəldilməsi üçün notariat qaydasında təsdiqlənmiş razılaşma bağlamağı təklif edilmişdir. 140742 nömrəli İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Land Rover X11 markalı ** HG *** dövlət qeydiyyatlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək İddiaçı ASC-nin ipoteka yüklülüyündədir. AD N 740095 nömrəli xx.xx.2020-ci il tarixli “X1 Şəhadətnaməsi”nin surətindən görünür ki, “RANG ROVER VELAR” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. RBAVT-0025 saylı kredit müqaviləsinin kredit tarixindən görünür ki, Cavabdeh 18729,94 kredit qalığı, 5780,58 manat faiz və 14000 manat cərimə borcu vardır. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci iİ tarixli, RBAVT-0025 müqaviləsinə əsasən, 18729,94 manat əsas, 5780,58 manat faiz və 14000 manat cərimə borcu vardır. Cəmi 38510,52 manat. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci iİ tarixli, RBAVT-0025 müqaviləsinə əsasən 16729,94 manat əsas, 6555,95 manat faiz və 14000 manat cərimə borcu vardır. Cəmi 37285,89 manat. RBAVT-0025 saylı kredit müqaviləsinin kredit tarixindən görünür ki, Cavabdeh 16729,94 kredit qalığı, 6555,95 manat faiz və 14000 manat cərimə borcu vardır. xx.xx.2023-cü il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət verərək məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Ödəniş qəbzlərindən görünür ki cavabdeh muxtəlif vaxtlarda ödənişlər etmişdir Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1159/2023 saylı, xx.xx.2023-cü tarixli qəradadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023cü il tarixli, 9/3921 nömrəli məktubu ilə rəy verilmədən geri qaytarılmışdır. Suraxanı rayon Məhkəməsinin e-2(010)-1159/2023 saylı, xx.xx.2023-cü tarixli qəradadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli, 9/7023 nömrəli ekspert (E.H.Səfərov) rəyinə əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 28 fevral 2020-ci il tarixli RBAVT-0025 nömrəli müqaviləsi üzrə borc aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il tarixədək (iddia ərizəsində tələb olunan tarixədək) əsas borc üzrə 34069,05 manat, faiz borcu üzrə 719,24 manat; xx.xx.2023-cü il tarixə (müqavilə müddəti bitdiyi tarixədək) əsas borc üzrə 24689,14 manat, faiz borcu üzrə 732,27 manat; xx.xx.2023-cü tarixədək (qərardad çıxarılan tarixədək) əsas borc üzrə 23.524,27, 5% dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 470,49 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli 9/7023 bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. xx.xx.2024-cü il tarixdə ekspert X5 ərizə ilə müraciət edərək, xx.xx.2023 cü il tarixli, 917023 nömrəli rəydə cədvəl məlumatlarında göstərilmiş ödənişlərin cəmi, rəyin ikinci səhifəsində qeyd edildiyi kimi 77.740,54 manat məbləğində olmasının nəzərə alınmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1159/2023 saylı, xx.xx.2023-cü tarixli qəradadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2024-cü il tarixli, 3-16-16/2-9/9043/2023 nömrəli məktubu ilə rəy verilmədən geri qaytarılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Maddə 307. İpoteka müqaviləsi 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ...465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.... Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.[299] 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 26. İpoteka saxlayanın hüquq və vəzifələri 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: ...26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək;... Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;... Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ...39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələr tərəflərin iradə ifadəsini əks etdirir və yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından etibarlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASCyə ödənilməli olan əsas borcu və əsas borca hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Tərəflər arasında müqavilə münasibətləri xx.xx.2023-cü il tarixində bitmiş, bununla da, iddiaçı-bank sonrakı müddətdə qaytarılmamış pul vəsaitlərinə müqavilə ilə şərtləndirilmiş faizi tələb edə bilməz, lakin MM-nin 445.7-ci maddəsinə əsasən, gecikdirmiş məbləğinə gecikdirilmiş vaxt üçün illik beş faizini tələb etməkdə haqlıdır. Bu baxımından, müqavilə müddəti ərzində qaytarılmamış həm əsas həm də faiz borcu gecikdirilmiş məbləğini təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə gecikdirilmiş məbləği və ona hesablanmış illik 5 faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Həmçinin, ekspert rəyinə əsasən, xx.xx.2023-cü il tarixinə Cavabdeh əsas borcu 23524,27 manat, illik 5 % dərəcəsi ilə faiz borcu 470,46 manat təşkil edir. Tərəflər arasında müqavilə üzrə dəbbə pulu razılaşdırılmışdır. Məhkəmə iddianın 14000 manat dəbbə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehə hesablanmış cərimə borcu azaldılmalıdır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra olunmamış pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 14000 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu azaldılaraq 1000 manat müəyyən edilməlidir Məhkəmə, qeyd edir ki, iddia tələbi tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi hissəsində də əsaslıdır. Belə ki, iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən aydın olur ki, Cavabdeh mülkiyyətində olan “RANG ROVER VELAR” minik markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflər kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyi təqdirdə borcun ipoteka predmetinə yönəldilməsi barədə razılaşmışdırlar. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə hissəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23524,27 manat əsas, əsas borca illik 5% dərəcəsi ilə faiz borca görə 692,66 manat və 1000 cərimə borcu olmaqla, cəmi 25216,93 manat məbləğində borc tutularaq, iddiaçı “Bank Respublika” Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə ödənilməli, tələb Cavabdeh məxsus 2019-cu il buraxılışlı, ban SALYA2BX8LA258408 olan, boz metallik rəngli, ** HG *** qeydiyyat nişanlı, “X11” markalı nəqliyyat vasitəsinə yönəldilməli, əmlak hərracda satılmaqla, onun satışından əldə olunmuş pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, onun satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 165,65 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən, iş üzrə aparılmış ekspertiza tədqiqatının 145 manat həcmində xərc cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 fevral 2020-cı il tarixli RBAVT-0025 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 23524,27 manat, əsas borca illik 5% ilə hesablanmış 692,66 manat borcu və 1000 manat cərimə, cəmi 25216,93 manat məbləğində pul və ödənilmiş 165,65 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun Tələb Cavabdeh məxsus 2019-cu il buraxılışlı, ban SALYA2BX8LA258408 olan, boz metallik rəngli, ** HG *** qeydiyyat nişanlı, “X11” markalı nəqliyyat vasitəsinə yönəldilsin. Əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə cəmi 25216,93 manat və ödənilmiş dövlət rüsumu 165,65 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28 fevral 2020-ci il tarixli, RBAVT-0025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 145 manat Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilsin: AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; Dövlət Xəzinədarlığı agentliyi, kod: 210005, VÖEN:**********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3.) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar